Parklanma ilə bağlı yeni qaydalar belə olacaq Açıqlama


Digərləri 26 İyn 2023 18:10:00 256 0

Parklanma ilə bağlı yeni qaydalar belə olacaq  Açıqlama

Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Son.az metbuat.az-a istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb. Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, digər yerlərdə parklanma pulsuz olacaq. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun müəyyən edilir. "Yol hərəkəti haqqında" qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Parklanmanın şəhər mobilliyinin əsas elementlərindən biri olduğunu xatırladan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Metbuat.az-a bildirdi ki, bu məsələni həll etmədən, şəhərdə əhalinin mobilliyinə nail ola bilməzdik:

"Azərbaycanın iri şəhərində yaşayan, avtomobili olan və mütəmadi olaraq şəhər içərisində parklama problemi yaşayan vətəndaşlar üçün gec də olsa, bu qərarın verilməsi sevindirici haldır. Burada diqqət çəkən digər məqam parklama qiymətləri ilə bağlıdır. Bir neçə il bundan əvvəl müvafiq qurumlar Nazirlər Kabinetinə parklanma ilə bağlı layihələrini göndərən zama parklanma qiymətlərini bugünkü qiymətlərdən demək olar ki, iki dəfə artıq təklif etmişdilər. Görünür, cənab Prezident sosialyönümlü siyasətini nəzərə alaraq parklanma qiymətlərini çox da yüksək təyin etməyib. Şəhərin zonalar üzrə bölünüb qiymətin bu formada tətbiqi xidməti də əlçatan edəcəkdir".

Eldəniz Cəfərov hesab edir ki, yeni qərar paytaxtda parklanma məsələləri ilə yanaşı, bir çox digər nəqliyyat problemlərinin də həllinə kömək edəcəkdir.

"Belə çətinliklərdən birincisi Bakı şəhərində avtomobillərin nizamsız olaraq harada gəldi dayanmasıdır. Bu da əsasən tıxaclara səbəb olur. İkinci məsələ yaşayış və qeyri-yaşayış obyektlərinin artıq məcburi olaraq özlərinin parklama yerlərinin yaradılması ilə bağlı məsələni gündəmə gətirəcək. Mənim etdiyim araşdırmalara görə, bir il ərzində parklanmadan təxminən 50 milyon manat dövlət büdcəsindən yan keçirdi. Bundan sonra həmin məbləğ büdcəyə gedəcək və yəqin ki, bu məbləğ avtomobil nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində xərclənə bilər.

Bilirsiniz ki, parklanma nəzarətçiləri də, qeyri-leqal çalışırdılar, onların sosial təminatı yox idi. Bundan sonra parklanma nəzarətçiləri də qanuni çalışacaqlar və bu xidmətə görə maaş alıb, gələcəkdə də pensiya almaq, təqaüdə çıxmaq imkanları da onlar üçün daha da asanlaşacaqdır. Bəzi özəl parklanma yerləri qanunu pozaraq hətta onlara irad bildirən zaman deyirdilər ki, bizim qanundan xəbərimiz yoxdur. Bundan sonra yeni qanuna görə həm özəl, həm də qeyri-özəl parklanma yerlərində də qapalı və açıq havada olmasından asılı olmayaraq, vətəndaşlar ilk 15 dəqiqəni pulsuz avtomobillərini saxlayıb işlərini görə bilərlər".

Sinan Oğan Azərbaycanı təbrik etdi like
  • 26 İyn 17:58  
Digərləri Sinan Oğan Azərbaycanı təbrik etdi

Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan 26 İyun - Silahlı Qü

arrow Ətraflı
Əməkdar artistin səhhətində problem yaranıb like
  • 26 İyn 17:46  
Şou-biznes Əməkdar artistin səhhətində problem yaranıb

Əməkdar artist Gülbahar Şükürlünün səhhətində problem yaranıb.

arrow Ətraflı
Qəhvə beyin strukturuna ciddi təsir edir like
  • 26 İyn 17:34  
Digərləri Qəhvə beyin strukturuna ciddi təsir edir

Onillik araşdırmalar sübut edib ki, qəhvə insan orqanizmi üçün faydalı

arrow Ətraflı
Xaçmazda yanmış meyitləri tapılan ərarvadla bağlı şok məlumat  RƏSMİ like
  • 26 İyn 17:24  
Kriminal Xaçmazda yanmış meyitləri tapılan ərarvadla bağlı şok məlumat RƏSMİ

Bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat

arrow Ətraflı
Ən təhlükəli ət növü açıqlandı like
  • 26 İyn 17:22  
Digərləri Ən təhlükəli ət növü açıqlandı

Alimlər ən təhlükəli ət növünü açıqlayıblar.

arrow Ətraflı
Zabratda "Gəncə Təndir"ində partlayış olub, like
  • 26 İyn 17:21  
Digərləri Zabratda "Gəncə Təndir"ində partlayış olub,

Zabratda "Gəncə Təndir"ində partlayış baş verib.

arrow Ətraflı
Qubada iki bələdiyyə sədri cəzalandırılıb like
  • 26 İyn 17:20  
Digərləri Qubada iki bələdiyyə sədri cəzalandırılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əm

arrow Ətraflı
"Bilirəm, əxlaqsız kimi görünür, amma xoşum gəlir" like
  • 26 İyn 17:10  
Şou-biznes "Bilirəm, əxlaqsız kimi görünür, amma xoşum gəlir"

Məşhur Hollivud aktyoru Conni Deppin qızı, aktrisa Lili-Rouz Depp qalmaqall�

arrow Ətraflı
"Onların heç bir halda Azərbaycan Ordusuna qarşı hər hansı hərəkət etmək şansı yoxdur" like
  • 26 İyn 16:50  
Digərləri "Onların heç bir halda Azərbaycan Ordusuna qarşı hər hansı hərəkət etmək şansı yoxdur"

Azərbaycan ordusunun bölmələrindən biri Qarabağda qanunsuz erməni silahl�

arrow Ətraflı
Saakaşvili Rusiyadakı qiyamdan yazdı: Putin zəiflədi like
  • 26 İyn 16:46  
Dünya Saakaşvili Rusiyadakı qiyamdan yazdı: Putin zəiflədi

Rusiyada dünən baş verən hadisələr ("Vaqner" rəhbəri Yevgeni P

arrow Ətraflı
Ermənistanda vəkillər etiraz aksiyasına başladı like
  • 26 İyn 16:34  
Digərləri Ermənistanda vəkillər etiraz aksiyasına başladı

Ermənistanda polis idarələrində vəkillərə qarşı qeydə alınan zorakıl

arrow Ətraflı
Lerikdə bədbəxt hadisə  Gəzməyə getmişdi, öldü like
  • 26 İyn 16:22  
Digərləri Lerikdə bədbəxt hadisə Gəzməyə getmişdi, öldü

Lerikdə bədbəxt hadisə nəticəsində istirahətə gedən şəxs ölüb.

arrow Ətraflı
Sevgilisinin dostu ilə eşq yaşayan Afradan bikinili FOTOlar like
  • 26 İyn 16:10  
Şou-biznes Sevgilisinin dostu ilə eşq yaşayan Afradan bikinili FOTOlar

Həm istedadı, həm də gözəlliyi ilə adından söz etdirməyə davam edən

arrow Ətraflı
Türkiyə və Azərbaycan birgə PUA istehsalını nəzərdən keçirir like
  • 26 İyn 15:58  
Digərləri Türkiyə və Azərbaycan birgə PUA istehsalını nəzərdən keçirir

Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı v�

arrow Ətraflı