Beynəlxalq Muğam Müsabiqəsində ikinci tura keçənlər bəlli oldu FOTO


Kriminal 20 İyn 2023 20:17:00 212 0

Beynəlxalq Muğam Müsabiqəsində ikinci tura keçənlər bəlli oldu  FOTO

İyunun 20-də "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun növbəti mərhələsi təşkil edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dinləmələr ilk olaraq instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan digər 6 iştirakçı - Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Hasan Kiriş (Türkiyə), Farxodbek Madaminov, Toshtemur Shukrullayev (Özbəkistan), Ofir Viflich (İsrail), daha sonra xanəndəlik kateqoriyası üzrə digər 5 ifaçı - Xəyal Hüseynov, Mirəli Sarızadə (Azərbaycan), Sohiba Abdullayeva, Alibek Saparboev (Özbəkistan), İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

Sonra müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış ifaçıların adı açıqlanıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan), İsa Shokri Charandabi (İran) müsabiqənin ikinci turuna vəsiqə qazanıblar.

Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.

Qeyd edək ki, iyunun 21-də müsabiqənin ikinci turunun dinləmələri təşkil ediləcək. Dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq.

Bu türk serialında azərbaycanlı aktyor çəkilirmiş  VİDEO  FOTO like
  • 20 İyn 20:10  
Digərləri Bu türk serialında azərbaycanlı aktyor çəkilirmiş VİDEO FOTO

Türkiyədə maraqla izlənilən və sezon finalı ilə diqqət çəkən "A

arrow Ətraflı
Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib  MN like
  • 20 İyn 19:50  
Digərləri Bu ay 640 hektaradək ərazi minalardan tam təmizlənib MN

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəa

arrow Ətraflı
Çox işlədiyi üçün işdən qovuldu like
  • 20 İyn 19:22  
Dünya Çox işlədiyi üçün işdən qovuldu

Barselona sakini Jean P. hədsiz zəhmətinin bədəlini ödəyib.

arrow Ətraflı
"Həmişə arvadıma zəng edib gəlirdim, bu dəfə..."  Mingəçevirdə qadın məşuqu ilə tutuldu like
  • 20 İyn 18:52  
Digərləri "Həmişə arvadıma zəng edib gəlirdim, bu dəfə..." Mingəçevirdə qadın məşuqu ilə tutuldu

Mingəçevir şəhərində 1981-ci il təvəllüdlü Daşqın həyat yoldaşı N

arrow Ətraflı
At cəmdəklərini mal əti adı ilə satırmış  VİDEO  FOTO like
  • 20 İyn 18:46  
Digərləri At cəmdəklərini mal əti adı ilə satırmış VİDEO FOTO

Qidaya yararsız at ətini mal əti adı altında satan Cəlilabad rayon sakini

arrow Ətraflı
"Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir"  VİDEO like
  • 20 İyn 18:10  
Şou-biznes "Aldatmaması üçün qadın kişini hər mənada qane etməlidir" VİDEO

Türkiyəli aktrisa Feyza Civelek son açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
PAnın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli like
  • 20 İyn 18:08  
Digərləri PAnın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üçün qəbul cədvəli

Prezident Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2023-cü

arrow Ətraflı
XİNdən Paşinyana cavab like
  • 20 İyn 18:06  
Siyasət XİNdən Paşinyana cavab

20 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan Par

arrow Ətraflı