Elşad İsgəndərov: Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib FOTO


Siyasət 19 İyn 2023 22:09:00 219 0

Elşad İsgəndərov: Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib   FOTO

19 iyul tarixində Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşü çərçivəsində LINKS Avropa Fondunun təşkilatçılığı və Avropa Birliyinin dəstəyi ilə "Minalardan azad Cənubi Qafqaz" mövzusunda tədbir təşkil edilib.

XİN-dən Son.az-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov məruzəçi qismində çıxış edib.

Çıxışında Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin 10 %-ə yaxın ərazisinin Ermənistan tərəfindən məqsəqyönlü şəkildə minalarla çirkləndirildiyini, sözügedən ərazilərdə 1 milyon yarımdan artıq minanın basdırıldığını diqqətə çatdırıb.

Ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsinin bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri olduğunu vurğulayan E.İsgəndərov mina qurbanlarından söz açıb. Təkcə 2020-ci ilin noyabr ayından indiyənədək işğaldan azad edilmiş ərazilərdə baş vermiş 179 insident nəticəsində 57 vətandaşımızın həlak olduğunu, 247-sinin isə ağır yaralandığını bildirib.

Çıxışda, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığı vurğulanıb. Mövcud çətinliklərə baxmayaraq Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizlədiyi bildirilib. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə habelə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiya sədrliyinin nümayəndəsi Albreöt von Vittke, Avropa Birliyi Nümayəndəliyinin tərksilah şöbəsinin müdiri Marketa Homolkova, Gürcüstanın BMT-nin Cenevrə Mərkəzi nəzdində daimi nümayəndəsi Alexander Maysuradze, LİNK Avropa Fondunun icraçı direktoru Dennis Sammut çıxış edib. Natiqlər minaların Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafa ciddi maneə olduğunu, bu böyük humanitar problemlə bağlı beynəlxalq həmrəyliyə ehtiyac duyulduğunu vurğulayıblar. Bu səpkidə dəyərləndirmə və yardım üzrə maraqlı tərəflərin iştirakı ilə beynəlxalq konfransının təşkil edilməsinin vacibliyi qeyd olunub.

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb like
  • 19 İyn 22:08  
Kriminal İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşl�

arrow Ətraflı
Kerem Bürsin sevgilisindən ayrıldı  FOTO like
  • 19 İyn 22:00  
Şou-biznes Kerem Bürsin sevgilisindən ayrıldı FOTO

Türkiyəli aktyor Kərəm Bürsin sevgilisi Mehtap Alagüllə ayrılıb.

arrow Ətraflı
Ukrayna kəşfiyyatı Kadırovu axtarır like
  • 19 İyn 21:51  
Dünya Ukrayna kəşfiyyatı Kadırovu axtarır

2023-cü ildə Ramzan Kadırov və ailəsinin müdafiəsinə təxminən 201 mily

arrow Ətraflı
Mərdəkanda dənizdə batan şəxsin meyiti tapıldı like
  • 19 İyn 21:44  
Digərləri Mərdəkanda dənizdə batan şəxsin meyiti tapıldı

Mərdəkanda dənizdə batan şəxsin meyiti tapılıb.

arrow Ətraflı
Bu ölkədə robot polislər işə başlayıb like
  • 19 İyn 21:37  
Digərləri Bu ölkədə robot polislər işə başlayıb

Sinqapur Respublikasında robot polislər fəaliyyətə başlayıb.

arrow Ətraflı
Estetikli halı bəyənilmədi  FOTO like
  • 19 İyn 21:30  
Şou-biznes Estetikli halı bəyənilmədi FOTO

Tədbirlərin birində görüntülənən tükiyəli müğənni Mustafa Sandal �

arrow Ətraflı
Türkiyəli müğənni vəfat etdi  SON DƏQİQƏ like
  • 19 İyn 20:43  
Şou-biznes Türkiyəli müğənni vəfat etdi SON DƏQİQƏ

Türkiyəli müğənni Halil Taşkın vəfat edib.

arrow Ətraflı
Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb  FOTO like
  • 19 İyn 20:36  
Kriminal Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb FOTO

İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında "Muğam aləmi" V

arrow Ətraflı
İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri... like
  • 19 İyn 20:19  
Dünya İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri...

İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edil�

arrow Ətraflı
Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir like
  • 19 İyn 20:08  
Digərləri Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir

Ayaq ucu ilə yerimək sağlamlığa müsbət təsir edir, qan dövranını yax�

arrow Ətraflı
Nuradan çimərlik FOTOları like
  • 19 İyn 19:58  
Şou-biznes Nuradan çimərlik FOTOları

Müğənni Nura Suri istirahətə yollanıb. 

arrow Ətraflı