İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri...


Dünya 19 İyn 2023 20:19:00 217 0

İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri...

İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edilən kamikadze dronlarının hazırlanmasında iştirakı mümkündür.

APA xəbər verir ki, bu barədə İsrailin "ALMA" araşdırma və təhsil mərkəzinin məlumatında bildirilib.

Qeyd olunub ki, İran dronları hazırda Ukrayna və Afrika ilə yanaşı, Mərkəzi Amerikada (Venesuela) da istifadə edilir ki, bu da onlara ABŞ ərazisində əməliyyat imkanları yaradır.

Vurğulanıb ki, İranın mülki şirkətlərinin "Şahed 136" dronunun hissələrinin istehsal edilməsində və inkişaf etdirilməsində iştirakı mümkündür. Belə ki, bu şirkətlərdən biri "Chekad Sanat Faraz Asia" kimi də tanınan "Shakad Sanat Asmari" şirkətidir. 2013-cü ildə qeydiyyatdan keçmiş şirkətin SEPAH tərəfindən idarə edildiyi, müxtəlif aviasiya komponentləri istehsalı üzrə ixtisaslaşdığı bildirilib.

Məlumata görə, şirkətin əsas müştərisi İranın aviasiya sənayesidir. Əlavə olunub ki, şirkət həm İranda, həm də ölkə xaricində əcnəbilər vasitəsilə tikinti, xidmət, kommersiya və s. sahələrdə də fəaliyyət göstərir. Şirkətin hazırkı CEO-sunun Hadi Zahoriyan, onun müavininin isə Mohammad Şahab Xaniyan olduğu bildirilib. Əvvəlki CEO isə Ehsan Rahat Varnosfadrani olub və o, hazırda şirkətin baş elmi işçisidir.

Varnosfadraninin 2022-ci ildə dərc edilmiş məqaləsi pilota yüngül aviasiya vasitəsini idarə etməyə yardım edən sistemlə bağlıdır.

Kamikadze dronlarının hazırlanmasında iştirakı mümkün olan daha bir İran şirkəti isə "Daria Fanawar Burhan Sharif" şirkətidir. Qeyd olunub ki, şirkətin CEO-su Ehsan İmaninecaddır. Məlumata görə, SEPAH ilə əlaqələri olan şirkət elektron sxemlərin, optik sistemlərin, kommunikasiya sistemlərinin hazırlanması sahəsində ixtisaslaşıb. 2016-cı ildə Tehranda təsis edilmiş şirkətin direktorlarından birinin Saba Hassanpur olduğu, daha iki idarə heyəti üzvlərinin isə Mohammad Hossein Suleiman Biki və Seyyed Mahdi Alua olduğu müəyyən edilib. "ALMNA"nın məlumatında sözügedən şirkətlərə sanksiya tətbiq edilib-edilməməsi ilə bağlı məlumat olmadığı qeyd olunub. Vurğulanıb ki, sözügedən şirkətlərlə bağlı məlumatların toplanması zamanı onların tez-tez öz adlarını dəyişdirdikləri müəyyən edilib.

"Bu, SEPAH ilə əlaqəli digər şirkətlərin praktikasıdır", - məlumatda bildirilib.

Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir like
  • 19 İyn 20:08  
Digərləri Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir

Ayaq ucu ilə yerimək sağlamlığa müsbət təsir edir, qan dövranını yax�

arrow Ətraflı
Nuradan çimərlik FOTOları like
  • 19 İyn 19:58  
Şou-biznes Nuradan çimərlik FOTOları

Müğənni Nura Suri istirahətə yollanıb. 

arrow Ətraflı
Vüqar Kərimova ağır itki like
  • 19 İyn 19:56  
Digərləri Vüqar Kərimova ağır itki

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova ağır itk

arrow Ətraflı
Paytaxtda qeyriyaşayış obyektləri bahalaşacaq  VİDEO like
  • 19 İyn 19:46  
Digərləri Paytaxtda qeyriyaşayış obyektləri bahalaşacaq VİDEO

Paytaxtda qeyi-yaşayış obyektlərinin qiymətləri qalxacaq.

arrow Ətraflı
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi like
  • 19 İyn 19:36  
Dünya Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır  Ömər Çelik like
  • 19 İyn 19:12  
Digərləri Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır Ömər Çelik

Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır.

arrow Ətraflı
“Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa”  VİDEO like
  • 19 İyn 18:46  
Şou-biznes “Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa” VİDEO

"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uş

arrow Ətraflı
Xızıda sel basan ərazidə 22 nəfər təxliyə edilib  VİDEO  FOTO like
  • 19 İyn 18:22  
Digərləri Xızıda sel basan ərazidə 22 nəfər təxliyə edilib VİDEO FOTO

Xızıda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.

arrow Ətraflı
Müxalifət Paşinyandan "qaçdı" like
  • 19 İyn 18:00  
Digərləri Müxalifət Paşinyandan "qaçdı"

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günl�

arrow Ətraflı