Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb FOTO


Kriminal 19 İyn 2023 20:36:00 226 0

Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb  FOTO

İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır. Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.

İyunun 20-də keçiriləcək müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil ediləcək. Qeyd edək ki, dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Müsabiqənin ikinci turu iyunun 21-də keçiriləcək.

Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də "Qran Pri" üzrə mükafatlar təqdim ediləcək.

"Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri... like
  • 19 İyn 20:19  
Dünya İsrail araşdırma mərkəzi AÇIQLADI: İranın bu şirkətləri...

İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edil�

arrow Ətraflı
Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir like
  • 19 İyn 20:08  
Digərləri Ayaq ucu ilə yeriyin: Sağlamlığa çox xeyirlidir

Ayaq ucu ilə yerimək sağlamlığa müsbət təsir edir, qan dövranını yax�

arrow Ətraflı
Nuradan çimərlik FOTOları like
  • 19 İyn 19:58  
Şou-biznes Nuradan çimərlik FOTOları

Müğənni Nura Suri istirahətə yollanıb. 

arrow Ətraflı
Vüqar Kərimova ağır itki like
  • 19 İyn 19:56  
Digərləri Vüqar Kərimova ağır itki

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova ağır itk

arrow Ətraflı
Paytaxtda qeyriyaşayış obyektləri bahalaşacaq  VİDEO like
  • 19 İyn 19:46  
Digərləri Paytaxtda qeyriyaşayış obyektləri bahalaşacaq VİDEO

Paytaxtda qeyi-yaşayış obyektlərinin qiymətləri qalxacaq.

arrow Ətraflı
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi like
  • 19 İyn 19:36  
Dünya Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada İran rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır  Ömər Çelik like
  • 19 İyn 19:12  
Digərləri Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır Ömər Çelik

Ermənistan Azərbaycana qarşı olan təcavüzkar mövqeyinə son qoymalıdır.

arrow Ətraflı
“Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa”  VİDEO like
  • 19 İyn 18:46  
Şou-biznes “Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa” VİDEO

"Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uş

arrow Ətraflı
Xızıda sel basan ərazidə 22 nəfər təxliyə edilib  VİDEO  FOTO like
  • 19 İyn 18:22  
Digərləri Xızıda sel basan ərazidə 22 nəfər təxliyə edilib VİDEO FOTO

Xızıda köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib.

arrow Ətraflı