"Instagram"da tanış olduğu şəxs narkotik satdırdı VİDEO


Kriminal 19 İyn 2023 16:58:00 215 0

"Instagram"da tanış olduğu şəxs narkotik satdırdı  VİDEO

Binəqədi rayonunda "Instagram" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxsdə 3 kiloqram heroin aşkar edilib.

DİN-dən Son.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunan Rəşad Quliyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni "instagram" sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiyini və narkokuryerliyə cəlb olunduğunu bildirib. Rəşad Quliyev barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Qeyd edilib ki, Binəqədi rayonunda cari ilin may ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 46 nəfər saxlanılıb. Onların hər biri barəsində araşdırmalar davam etdirilir. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həmçinin qeyd edilən dövr ərzində həyata keçirdikləri təxirəsalınmaz əməliyyatlar zamanı Biləcəri və ətraf ərazilərdə 50-yə yaxın evdən pul, qızıl-zinət və məişət oğurlayan Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov, Binəqədi qəsəbəsində 10-dan çox mənzildə silsilə oğurluq cinayətləri törədən əvvəllər məhkum olunmuş Əlikram Əliyev, əsasən qadınlara qarşı soyğunçuluq edərək zərərçəkənlərin mobil telefonlarını, eləcə də pul vəsaitlərini ələ keçirən Əziz Paşayev, Sadiq Əmrəliyev və sonuncunun tanışı Nofəl Ramazanov da saxlanılaraq istintaqa təqdim ediliblər. Binəqədi rayonu ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri davam etdirilir.

Düşmən atəş açarkən biz silahsız idik  Laçın postunda yaralanan hərbçimiz  FOTO like
  • 19 İyn 16:52  
Digərləri Düşmən atəş açarkən biz silahsız idik Laçın postunda yaralanan hərbçimiz FOTO

Ermənilərin iyun ayının 15-də Laçın sərhəd-buraxılış məntəqəsini

arrow Ətraflı
Bu Qanuna dəyişiklik təsdiqləndi like
  • 19 İyn 16:50  
Siyasət Bu Qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2023-cü il bü

arrow Ətraflı
DSMFnin gəlir və xərcləri artırıldı like
  • 19 İyn 16:48  
Digərləri DSMFnin gəlir və xərcləri artırıldı

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan�

arrow Ətraflı
Son sutkada 2 nəfər yoluxdu like
  • 19 İyn 16:40  
Digərləri Son sutkada 2 nəfər yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxm

arrow Ətraflı
Kifayət Məmmədova yüksək vəzifəyə like
  • 19 İyn 16:22  
Digərləri Kifayət Məmmədova yüksək vəzifəyə

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin dire

arrow Ətraflı
İran Paşinyanı pis vərdişə qurşandırdı like
  • 19 İyn 16:10  
Siyasət İran Paşinyanı pis vərdişə qurşandırdı

Rəsmi İrəvanın indiki hərəkətləri yüksək dozalı narkotikin təsiri al

arrow Ətraflı
Muğam Mərkəzində Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək like
  • 19 İyn 15:56  
Kriminal Muğam Mərkəzində Vüsal Hacıyevin ilk solo konserti keçiriləcək

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində müğənni Vüsal Hacıyevin ilk

arrow Ətraflı
Qida məhsulları ilə bağlı açıq reyestrin aparılması qaydası müəyyənləşdi like
  • 19 İyn 15:48  
Digərləri Qida məhsulları ilə bağlı açıq reyestrin aparılması qaydası müəyyənləşdi

Nazirlər Kabineti "Qida məhsullarının təhlükəli hesab edilməsinə �

arrow Ətraflı
Biləsuvarda qətlə yetirilən keçmiş polisin FOTOsu like
  • 19 İyn 15:26  
Digərləri Biləsuvarda qətlə yetirilən keçmiş polisin FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Biləsuvarda keçmiş polis əməkdaşı Bayram

arrow Ətraflı
Dövlət qulluqçularının nə qədər maaş aldığı like
  • 19 İyn 15:24  
Digərləri Dövlət qulluqçularının nə qədər maaş aldığı

2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min

arrow Ətraflı