Bu nəqliyyat vasitələrində gedişhaqqı bahalaşacaq?


Digərləri 19 İyn 2023 12:23:00 190 0

Bu nəqliyyat vasitələrində gedişhaqqı bahalaşacaq?

"Avtomobil nəqliyyatı haqqında" qanuna və digər qanunlara sərnişindaşıma ilə bağlı bir sıra dəyişikliklərin edilməsi təklif edilir. Dəyişikliklər Milli Məclisin 16 iyun tarixində keçirilən növbədənkənar iclasında birinci oxunuşda təsdiq edilib.

Son.az Trend-ə istinadən bildirir ki, dəyişikliklərlə həmçinin taksi avtomobillərinə və sürücülərinə dair bir sıra tələblər müəyyən edilir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icazə alması nəzərdə tutulur. Cəmiyyətdə bu dəyişikliklərin taksi xidmətinin qiymətlərinə təsir edəcəyi barədə ehtimallar mövcuddur. Hətta taksi xidmətinin qiymətlərinin dövlət tərəfindən tənzimlənəcəyi barədə düşünənlər də var.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, dövlət bu tipli xidmətlərin qiymətini tənzimləmir.

"Qiymətləri tənzimlənən mallar və xidmətlərlə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı var. Həmin siyahıda taksi xidməti yoxdur. Taksi qiymətinin dövlət tərəfindən tənzimlənməsinə də ehtiyac yoxdur. Amma sərnişindaşıma ilə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər taksi xidmətinin maya dəyərinə təsir edəcək. Çünki dəyişikliklərdə taksi avtomobillərinə dair, sürücülərə dair ciddi tələblər var.

Misal üçün, dəyişikliyə əsasən, taksi xidməti göstərən avtomobil reysqabağı texniki yoxlamadan keçməlidir, sürücü reysqabağı tibbi müayinədən keçməlidir. Bu xidmətlərin də hamısı ödənişlidir. Bundan əlavə, taksi fəaliyyəti üçün icazə alınacaq, taksi aqreqatorları üçün icazə alınacaq. Bu icazələr də ödənişlidir. Bu dəyişikliklər qüvvəyə minəcəyi halda taksi xidmətinin maya dəyəri bahalaşacaq. Bu baxımdan taksi xidmətinin qiymətinin bahalaşacağı gözləniləndir", - deyə Ə.Hüseynov əlavə edib.

O əlavə edib ki, bu yeniliklərin doğuracağı nəticələri cəmiyyət 2024-cü ilin əvvəllərindən hiss etməyə başlaya bilər. "Amma bu yeniliklər o zaman uğurlu olacaq ki, ictimai nəqliyyatda illərdir yığılıb qalan problemlər həll olunsun. İctimai nəqliyyatda problemlər həll olunmadan taksi sahəsində hər hansı ciddi dəyişikliklərin gözlənilən nəticələri mümkün deyil", - deyə ekspert vurğulayıb.

Son.az 

Artilleriya bölmələrimiz “hədəf”i dəqiqliklə vurdu like
  • 19 İyn 12:19  
Siyasət Artilleriya bölmələrimiz “hədəf”i dəqiqliklə vurdu

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlar

arrow Ətraflı
Ağdamda kütləvi məzarlıq aşkarlanıb like
  • 19 İyn 12:16  
Digərləri Ağdamda kütləvi məzarlıq aşkarlanıb

Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb.

arrow Ətraflı
Sənədsiz əmlaklara çıxarışlar necə veriləcək? like
  • 19 İyn 12:05  
Digərləri Sənədsiz əmlaklara çıxarışlar necə veriləcək?

Əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə müsahibəsi

arrow Ətraflı
Ermənistan nifrət siyasətində uşaqlardan istifadə edir like
  • 19 İyn 11:54  
Siyasət Ermənistan nifrət siyasətində uşaqlardan istifadə edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

arrow Ətraflı
Əhaliyə şad xəbər  Bu ərazilərdə ev tikənlərə "kupça" veriləcək like
  • 19 İyn 11:32  
Digərləri Əhaliyə şad xəbər Bu ərazilərdə ev tikənlərə "kupça" veriləcək

"Sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq regio

arrow Ətraflı
Meyxanaçıların aparıcılıq etdiyi yeni veriliş gündəm oldu like
  • 19 İyn 11:21  
Şou-biznes Meyxanaçıların aparıcılıq etdiyi yeni veriliş gündəm oldu

Azərbaycanın tanınmış meyxanaçıları Vüqar Əbdülov, Oqtay Kamil, Mehma

arrow Ətraflı
“Norm ASC” Azərbaycanda ən yaxşı idarə olunan şirkət seçilib like
  • 19 İyn 11:10  
Digərləri “Norm ASC” Azərbaycanda ən yaxşı idarə olunan şirkət seçilib

"Norm" ASC "Best Managed Companies Azerbaijan" layihəsinin

arrow Ətraflı
Azərbaycan Rusiya ilə sərhəddə “SərhədSipər” əməliyyatları keçirir like
  • 19 İyn 11:01  
Siyasət Azərbaycan Rusiya ilə sərhəddə “SərhədSipər” əməliyyatları keçirir

Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisind

arrow Ətraflı
Vilayət Eyvazov polis mayoruna VƏZİFƏ VERDİ like
  • 19 İyn 10:52  
Digərləri Vilayət Eyvazov polis mayoruna VƏZİFƏ VERDİ

Naxçıvan MR Kəngərli Rayon Polis Şöbəsinə kadr təyinatı olub.

arrow Ətraflı
"Başıma güllə vursam da, Allah onu qaytarmayacaq" like
  • 19 İyn 10:45  
Şou-biznes "Başıma güllə vursam da, Allah onu qaytarmayacaq"

Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl

arrow Ətraflı
Adana 4, Malatya 4,4, Kahramanmaraşda isə 4 bal like
  • 19 İyn 10:37  
Digərləri Adana 4, Malatya 4,4, Kahramanmaraşda isə 4 bal

Türkiyənin 3 şəhərində zəlzələ olub.

arrow Ətraflı
“Bank Respublika”da "Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır like
  • 19 İyn 10:30  
Digərləri “Bank Respublika”da "Günay Bank" əmanətçilərinə kompensasiya verilməsinə başlanılır

19 iyun 2023-cü il tarixindən etibarən ölkənin aparıcı banklarından biri

arrow Ətraflı
Rusiyanın Ukraynadakı itkilərinin sayı 220 mini keçib like
  • 19 İyn 10:16  
Dünya Rusiyanın Ukraynadakı itkilərinin sayı 220 mini keçib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 220 450 hər

arrow Ətraflı
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" like
  • 19 İyn 10:09  
Siyasət "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik"

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri

arrow Ətraflı
Naxçıvanda qadın boğularaq öldürülüb like
  • 19 İyn 10:05  
Kriminal Naxçıvanda qadın boğularaq öldürülüb

İyunun 19-da saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndind

arrow Ətraflı