Uşaqlar arasında depressiya halları ARTIR – Psixoloqdan HƏYƏCAN TƏBİLİ


Digərləri 02 İyn 2023 08:00:00 153 0

Uşaqlar arasında depressiya halları ARTIR – Psixoloqdan HƏYƏCAN TƏBİLİ

"Depressiyanın yaşı çox gəncləşib. Amma bizim cəmiyyət hələ bunu tam qəbullanmaq istəmir. Hansı valideynə desən ki, uşağın depressiya keçirir, təbii ki, bu söz ən azından onun xoşuna gəlməyəcək. Üstəlik də bu fikirlə razılaşmayacaq. Başlayacaq ki, atasına və yaxud anasına oxşayıb, az danışandı, qaraqabaqdı".

Son.az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, valideynlərin bir çoxu reallığı qəbul etmədikləri üçün məktəb psixoloqlarının üzərinə bu sahədə daha çox iş düşür:

"Uşağın depressiyaya düşdüyünü valideynə ilkin olaraq məktəbdəki psixoloqu inandırmalıdır. Məktəb psixoloqunun və eləcə də müəllimlərin borcudur ki, uşaqların davranışını davamlı şəkildə izləsinlər. Çox təəssüf ki, biz bunu görmürük. Ona görə də uşaqlar arasında depressiyaya düşənlərin sayı kəskin artıb.

Bir faktı deyim ki, əvvəllər 10-12 yaşlı uşaqlar arasında intihar hadisələrinə çox nadir halda rast gəlinirdi. Amma indi bu adi məişət hadisəsinə çevrilib. 

Uşaqlar arasında depressiya hallarının əsas səbəbi yetkinlik yaşının çox irəli getməsidir. Əvvəllər uşaqlarda yetkinlik yaşı 13-16 yaş arasında müəyyə edilmişdi. Amma indiki uşaqlar hətta 11 yaşında yetkinləşirlər. Buna səbəbsə təbii ki, sosial şəbəkələr və informasiya bolluğudur. Uşaqlar kiçik yaşlarından daha çox məlumatlar aldıqları üçün daxilən çox tez böyüyürlər".

Gülnar Orucova qeyd edir ki, yetkinlik yaşının cavanlaşması təbii ki, depressiyanın da cavanlaşmasına səbəb olub:

"Məsələn, autizm xəstələrinin sayı son vaxtlar çoxalıb. Bəziləri bunu peyvəndlə, kimlərsə qidaların tərkibi ilə əlaqələndirirlər. Bəziləri də bunu genetik faktorla izah edirlər. Yəni söylənilən səbəblər çoxdur. Amma kim hansı səbəb gətirirsə, gətirsin, fakt budur ki, autizmli uşaqların sayı günbəgün artır. Bundan başqa nitq qüsurlu uşaqların da sayı durmadan çoxalır. Sosiallaşma, adaptasiya problemi olan uşaqların da sayı artır".

Psixoloq hiperaktivliyin də artıq bir sindroma çevrildiyini söyləyib:

"Bu sindromdan əziyyət çəkən uşaqlara da çox rast gəlinir. Nə yazıq ki, cəmiyyətimizdə hiperaktiv uşaqlara yanaşma tərzi fərqlidir. Belə uşaqlara nadinc, dəcəl adı qoyaraq hətta onları döyürlər, fiziki cəza verirlər. Bu da həmin uşaqlarda davranış pozuntusu kimi özünü göstərir.

Təcrübə göstərir ki, valideynlər uşaqların problemini çox zaman qəbul etmirlər. Və yaxud düşünürlər ki, uşaqdakı problem zamanla keçib gedəcək. Amma psixoloji yardım olmasa, heç bir travma keçib getmir.

Məsələn, nənənin, babanın və yaxud digər yaxın adamın itkisi uşaqda böyük travma yaradır. Ailədə şiddətin olması da uşaqları düpressiyaya salır. Ona görə də uşaqlara qarşı çox diqqətli olmalı, onların davranışlarında baş verən dəyişikliyə həssaslıqla yanaşmalışıq".

Yaponiyada 45 min nəfər təxliyə edildi – SƏBƏB like
  • 02 İyn 07:52  
Dünya Yaponiyada 45 min nəfər təxliyə edildi – SƏBƏB

Yaponiyanın qərbindəki Uvadzima şəhərinin təxminən 52 900 sakininə &quo

arrow Ətraflı
Hindistan ballistik raketini sınaqdan keçirdi like
  • 02 İyn 07:38  
Dünya Hindistan ballistik raketini sınaqdan keçirdi

Hindistan "Aqni-1" ballistik raketini sınaqdan keçirib.

arrow Ətraflı
Rusiya Donetski atəşə tutdu: ölü və yaralılar var like
  • 02 İyn 07:31  
Dünya Rusiya Donetski atəşə tutdu: ölü və yaralılar var

Ötən gün Rusiya qoşunlarının Donetsk vilayətini atəşə tutması nətic�

arrow Ətraflı
Müharibənin dəhşətli statistikası: Rusiya nə qədər ukraynalı uşağı öldürüb? like
  • 02 İyn 07:27  
Dünya Müharibənin dəhşətli statistikası: Rusiya nə qədər ukraynalı uşağı öldürüb?

İyunun 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın paytaxtına növbə

arrow Ətraflı
Saakaşvilinin deputatdan uşağı dünyaya gəldi like
  • 02 İyn 07:18  
Dünya Saakaşvilinin deputatdan uşağı dünyaya gəldi

Ukraynanın 32 yaşlı deputatı Yelizaveta Yasko ana olub.

arrow Ətraflı
Appalac yamaclarında bir ev  FOTO like
  • 02 İyn 07:07  
Digərləri Appalac yamaclarında bir ev FOTO

"Hoedemaker Pfeiffer" burosu ABŞ-dakı Appalaç dağlarının yamacla

arrow Ətraflı
310 km/saat sürətlə hərəkət edən Aston Martin  FOTO like
  • 02 İyn 06:06  
Digərləri 310 km/saat sürətlə hərəkət edən Aston Martin FOTO

Ilk satış ilində Aston Martin DBX krossoveri üç mindən çox satılaraq, Br

arrow Ətraflı
Elxan Şirinov plastik əməliyyat keçirən xanım həmkarını məsxərəyə qoydu – VİDEO like
  • 02 İyn 05:05  
Şou-biznes Elxan Şirinov plastik əməliyyat keçirən xanım həmkarını məsxərəyə qoydu – VİDEO

Müğənni Elxan Şirinov xanım həmkarlarının plastik və estetik əməliyya

arrow Ətraflı
“Ata ocağı” final edir  FOTO like
  • 02 İyn 04:04  
Digərləri “Ata ocağı” final edir FOTO

Xəzər TV-də yayımlanan "Ata ocağı" serialı bu il final edir.

arrow Ətraflı
Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb like
  • 02 İyn 03:03  
Digərləri Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı ü

arrow Ətraflı
"Whatsapp"dan gələn bu mesajlara like
  • 02 İyn 02:02  
Digərləri "Whatsapp"dan gələn bu mesajlara

"Whatsapp" tətbiqi vasitəsilə tanınmış şirkətlərin adından i

arrow Ətraflı
Məşhur tennisçinin qızı çimərlik geyimində like
  • 02 İyn 01:01  
Şou-biznes Məşhur tennisçinin qızı çimərlik geyimində

Məşhur rusiyalı tennisçi Yevgeni Kafelnikovun qızı Alesya Alesya çimərli

arrow Ətraflı
Günün qoroskopu: Başladığınız işləri başa vurmağa çalışın like
  • 02 İyn 00:01  
Digərləri Günün qoroskopu: Başladığınız işləri başa vurmağa çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər  VİDEO like
  • 01 İyn 23:56  
Digərləri Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər VİDEO

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir.

arrow Ətraflı