Türkiyədə YENİ SİNDROM Zəlzələdən sonra bir çox insanda...


Digərləri 31 May 2023 23:18:00 89 0

Türkiyədə YENİ SİNDROM  Zəlzələdən sonra bir çox insanda...

Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan zəlzələlərdən sonra həm fəlakət qurbanlarında, həm də hadisədən dolayısı ilə təsirlənən insanlarda yuxu pozuntusu yaranıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, zəlzələ ilə bağlı narahatlıq keçirən insanlar xüsusilə fəlakətin baş verdiyi vaxtda, saat 04:17-də oyanmağa və oyaq qalmağa çalışırlar. Bununla da baş verə biləcək mümkün zəlzələ zamanı ayaq üstə olmaq istəyirlər.

Bu barədə uşaq və yeniyetmə psixiatriyası üzrə türkiyəli mütəxəssis Çağlar Ceyks məlumat verib.

Mütəxəssis zəlzələdən sonra narahatlıq səbəbilə yuxu pozuntusu ilə bağlı şikayətlərin artdığını deyib.

"Üç ay əvvəl yaşadığımız zəlzələdən bu yana çox ciddi narahatlıq müşahidə edirəm. Bu da yuxu və motivasiya pozuntuları, konsentrasiya itkisi kimi problemlərə gətirib çıxarır. Universitetə ​​qəbul imtahanına hazırlaşan yeniyetmələrdə "Niyə oxuyuruq?" kimi həyatın mənasının itirilməsi hissi yaranır", - deyə o qeyd edib.

Çağlar Ceyks zəlzələ vaxtında oyanan insanlara bəzi məsləhətlər verib.

"Zəlzələ saat 04:17-də baş verdi. Lakin statistik məlumatlara nəzər yetirsək, zəlzələlərin çox zaman gündüz saatlarında baş verdiyini görə bilərik. İnsanlar 04:17-də yuxudan oyanırlar və bu da zəlzələyə  yatağında yaxalanmaq qorxusundan irəli gəlir. Ancaq bunun zərərləri daha çox ola bilər. Çünki kifayət qədər yatmayan insan həyatdan zövq ala bilməmək, düzgün fikir yürüdə bilməmək kimi problemlərlə üzləşəcək. Normal yuxu sağlamlıq üçün çox vacibdir. Bunun üçün mənəvi dəstək alına bilər, həmçinin yuxu gigiyenasına diqqət yetirilməsi də önəmlidir. Gecə gec saatlarda çox çay və qəhvə içilməməlidir. İşıq altında çox oturmaq olmaz", - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, zəlzələ anında yuxudan oyanmaq beynin travmanı kodlaşdırmasından qaynaqlanır:

"Beyindəki müvafiq bölgə baş verənləri qeydə alır. Saat 04:17-də zəlzələ olubsa, insanın həmişə o saatda oyanmasına səbəb olur. Həmin saatda oyananlar düşünürlər ki, oyaq olsam, bina uçsa, qaça və ya hərəkət edə bilərəm. Deməliyəm ki, belə bir zəlzələnin yenidən baş verməsi ehtimalı statistik baxımdan aşağıdır. Ona görə də insanlarla terapiya şəklində ünsiyyət çox vacibdir", - deyə o bildirib.

İyun ayında bu bürclər “qara siyahı”da olacaq like
  • 31 May 23:07  
Digərləri İyun ayında bu bürclər “qara siyahı”da olacaq

Astroloq Vlad Ross iyun ayında "qara siyahı"da olacaq 3 bürcü aç�

arrow Ətraflı
Melike Şahin ərə getdi  FOTO like
  • 31 May 22:56  
Şou-biznes Melike Şahin ərə getdi FOTO

Türkiyəli müğənni Melike Şahin ailə qurub.

arrow Ətraflı
Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq  FOTO like
  • 31 May 22:45  
Digərləri Süni intellekt “Titanik”dəki sirli adamı axtaracaq FOTO

Dərin dəniz xəritələri hazırlayan "Magellan" şirkətinin tədqi

arrow Ətraflı
Bu əraziləri su basdı  VİDEO like
  • 31 May 22:39  
Digərləri Bu əraziləri su basdı VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens

arrow Ətraflı
Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi like
  • 31 May 22:26  
Digərləri Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonund

arrow Ətraflı
Dəmirdaş üzr istədi və siyasətdən getdi like
  • 31 May 22:23  
Digərləri Dəmirdaş üzr istədi və siyasətdən getdi

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmi

arrow Ətraflı
AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır like
  • 31 May 22:14  
Dünya AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır

Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının

arrow Ətraflı
Göyçay qaranlığa qərq oldu like
  • 31 May 22:08  
Digərləri Göyçay qaranlığa qərq oldu

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü k�

arrow Ətraflı
Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb oldu  FOTO like
  • 31 May 22:03  
Digərləri Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb oldu FOTO

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrind�

arrow Ətraflı
Göyçayda güclü külək nəticəsində ölənlərlə bağlı DİNdən AÇIQLAMA  YENİLƏNİB like
  • 31 May 21:55  
Digərləri Göyçayda güclü külək nəticəsində ölənlərlə bağlı DİNdən AÇIQLAMA YENİLƏNİB

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi i

arrow Ətraflı
Tovuzda iki qardaş bıçaqlanıb like
  • 31 May 21:43  
Digərləri Tovuzda iki qardaş bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş.verib.

arrow Ətraflı
İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb  FOTO like
  • 31 May 21:41  
Siyasət İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb FOTO

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda

arrow Ətraflı
Rusiya qoşunları üç istiqamətdə hücuma keçdi like
  • 31 May 21:30  
Dünya Rusiya qoşunları üç istiqamətdə hücuma keçdi

Gün ərzində rus qoşunları yenidən bir neçə istiqamətdə hücuma keçmə

arrow Ətraflı