“Dəli qız” rolu onu dəli etdi – “Kann kinofestivalı”nın ulduzu haqqında bilmədiklərimiz FOTO


Şou-biznes 31 May 2023 22:34:00 157 0

“Dəli qız” rolu onu dəli etdi – “Kann kinofestivalı”nın ulduzu haqqında bilmədiklərimiz  FOTO

O istedadlı aktrisa kimi öz adından "Masumlar apartmanı" serialında bəhs etdirməyi bacarmışdı. 

Bu günlərdə Kann kinofestivalında "Ən yaxşı qadın aktrisa" nominasiyasında mükafat aldıqdan sonra adı yenidən dillərə düşdü. Təbrik edənlər olsa da, daha çox hücumlara məruz qaldı. Hər kəs "Fransada Türkiyəni pislədi" deyib acılamağa çalışdı. O əslində ölkəsini pisləməmişdi, cəmiyyətin təzyiqlərinə baxmayaraq ümidini itirməyən, yıxılanda qalxmağı bacaran qadınları təmsil etdiyini demişdi. Həqiqətləri dilə gətirən qadın olmaq asan deyildi. Merve Dizdar bunu bacardı.

Son.az lent.az-a istinadən bildirir ki, "Göz önündə" layihəsində Merve Dizdarın həyat yolundan bəhs edilir.

O, 1987-ci ildə İzmir şəhərində ziyalı ailədə doğulub. Uşaq vaxtı valideynləri onu idmana, rəsm dərnəklərinə, müxtəlif məşğuliyyət sahələrinə yönləndirsə də, qız özünü yalnız teatr dərnəyində tapa bilir. Bütün ömrünü səhnəyə həsr etməyə qərar verir.

Müsahibələrindən birində bildirib ki, aktyorluqdan başqa heç bir işi bacarmır. "Nə zamansa bu işdən uzaq qalsam, yəqin ki, acından öləcəm. Çünki əlimdən başqa bir iş gəlmir. Sənətimi həyatımın mərkəzinə qoymuşam",- deyə o qeyd edib. 

Merve Dizdar müxtəlif film və seriallarda komik, dramatik, psixoloji, xarakterik obrazları ustalıqla yaradıb. Bu günə qədər " Eltilerin Savaşı", "Bir Aşk İki Hayat", " Yok Artık 2", "Mandıra Filozofu", "Bir Ses Böler Gecey", "Quru otlar üstündə" filmlərində, 12-dən çox serialda oynayıb.

Rollarının üzərində həddən artıq çox işlədiyini, zəhmətkeş insan olduğunu bildirən Merve bu səbəblə şəxsi həyatına da zaman ayıra bilmir. Öz dediyi kimi sevməyə və sevilməyə zamanı yoxdur. Kino ilə evlənib.

Həyatını duyğuları idarə edir. Bu onun ən pis və ən yaxşı cəhətidir. Çünki duyğuları həyatını cəhənnəmə çevirsə də, aktyorluq sənətində ona uğur qazandırır. Elə bu duyğuları səbəbilə xoşbəxt ailə həyatı cəmi 3 il davam edə bilib. Günün birində başa düşüb ki, duyğuları ölüb və ayrılıb.

37 yaşlı aktrisa 2 il öncə özü kimi aktyor olan əri Gürhan Altundaşardan boşanıb. Ayrılsalar da dost qalmağı bacarıblar. Mervenin dediyinə görə, bu həyatda ən çox güvəndiyi adam boşandığı əridir və bu yəqin həmişə belə qalacaq.

O çox ağlağan qadındır. "Servi boyluym, al yazmalım" filminə baxıb ağlamağı çox sevirəm,- deyə müsahibələrinin birində bildirib.

Aktrisa ona ən çox şöhrət gətirən "Masumlar apartmanı" serialındakı rolundan sonra əməlli başlı psixoloji travma aldığını və psixoloji müalicə götürdüyünü deyib.

"O filmdə mən də, Ezgi Mola da Birkan Sokolluda yerlə yeksan olmuşduq. Asan şeylər yaşamadıq. Film həm uşaqlıq travmalarımızla üzləşməyimizə səbəb oldu. Həm də gündəlik yaşadığımız ağır duyğular sanki belimizi bükdü. Evdən işə gələcək halımız qalmamışdı. Sanki gülümsəməyi yadırğamışdıq. Psixoloji müalicə almasam yəqin dəli olardım. Heç asan bir şey deyildi. Özümlə üzləşdim. Lakin bu rol mənim aktrisa kimi miladımdır",- deyə o qeyd edib. Bu filmdə aktrisa  Ezgi Mola ilə dostluğa başlayan aktrisa bildirib ki, onları real həyatda hər kəs bacı zənn edirmiş. "Hətta doğma analarımız belə bizi az qala qarışıq salırdı. Huyumuz da, suyumuz da bir olmuşdu",- deyir Merve Dizdar.

Filmdən sonra maşın sürməyi və daha cəsur olmağı öyrəndiyini deyən aktrisa maraqlı bir hobbisini də dilə gətirib: "2-3 gün boş zamanım olan kimi topladığım pullarımı götürüb hava limanına gedirəm. Öncədən heç nə planlamıram. İlk qalxan təyyarə hansıdırsa, ona minib tanımadığım ölkələrə və ya şəhərlərə uçuram. İki gün kəşfiyyat edib geri qayıdıram. Bu çox xoşuma gəlir". 

"Pula düşkün deyiləm, nə istədiyimi çox zaman bilmirəm. Nə istədiyini bilmək böyük hünərdir məncə" - bu fikirlər də ona aiddir.

Aktrisa makiyaj eləməyi sevmir. Çox zaman sosial şəbəkələrdən izləyicilər ona "nə üçün qaşlarını aldırmırsan, dişlərin əyridir, düzəltdirmirsən?" şəklində tənqidlər yağdırırlar. O isə qaşlarından məmnun olduğunu bir çox obrazların canlandırılmasında özü qədər qaşının da rol oynadığını deyir.

"Çirkinəmsə mən çirkinəm, bu sizləri niyə narahat edir?" deyə o cavab verir.

Kann kinofestivalında ona uğur qazandıran film Nuri Bilgə Ceylanın lentə aldığı "Quru otlar üstündə" bədii filmiydi. Merve bu filmdə böhtana məruz qalmış və həyata olan inamını itirmiş müəllimi sevən, ona ümid verən qadın rolunu oynayır. Kanndan gəldikdən sonra hücumlara məruz qalan aktrisanı cəmi iki nəfər müdafiə edib. Həmkarı Kadir İnanır və İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu.

Merve sosial şəbəkələrdən sıxlıqla istifadə etmir. Bunu çox bacarmır. Və ən acığı gedən şey rejissorların sosial şəbəkələrdə izləyicisi çox olan aktyor və aktrisalara üstünlük verməsidir. "Hamımız istedadımıza görə filmlərə dəvət almalıyıq, sosial şəbəkədə filmin reytinqini qaldırmaq izləyicisi çox olan aktyoru seçmək haqsızlıqdır və bu aktyorun üstünə yüklənən yükdür, ondan istifadə etməkdir", deyə o üsyan edir.

Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi like
  • 31 May 22:26  
Digərləri Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsildi

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonund

arrow Ətraflı
Dəmirdaş üzr istədi və siyasətdən getdi like
  • 31 May 22:23  
Digərləri Dəmirdaş üzr istədi və siyasətdən getdi

Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmi

arrow Ətraflı
AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır like
  • 31 May 22:14  
Dünya AEBA: İranın uran ehtiyatları limitdən 23 dəfə artıqdır

Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının

arrow Ətraflı
Göyçay qaranlığa qərq oldu like
  • 31 May 22:08  
Digərləri Göyçay qaranlığa qərq oldu

Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü k�

arrow Ətraflı
Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb oldu  FOTO like
  • 31 May 22:03  
Digərləri Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb oldu FOTO

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrind�

arrow Ətraflı
Göyçayda güclü külək nəticəsində ölənlərlə bağlı DİNdən AÇIQLAMA  YENİLƏNİB like
  • 31 May 21:55  
Digərləri Göyçayda güclü külək nəticəsində ölənlərlə bağlı DİNdən AÇIQLAMA YENİLƏNİB

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi i

arrow Ətraflı
Tovuzda iki qardaş bıçaqlanıb like
  • 31 May 21:43  
Digərləri Tovuzda iki qardaş bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş.verib.

arrow Ətraflı
İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb  FOTO like
  • 31 May 21:41  
Siyasət İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb FOTO

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda

arrow Ətraflı
Rusiya qoşunları üç istiqamətdə hücuma keçdi like
  • 31 May 21:30  
Dünya Rusiya qoşunları üç istiqamətdə hücuma keçdi

Gün ərzində rus qoşunları yenidən bir neçə istiqamətdə hücuma keçmə

arrow Ətraflı
Sabahdan əcnəbilərin qoruq və muzeylərə giriş qiyməti dəyişəcək like
  • 31 May 21:19  
Kriminal Sabahdan əcnəbilərin qoruq və muzeylərə giriş qiyməti dəyişəcək

İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq

arrow Ətraflı
Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi  FOTO like
  • 31 May 21:11  
Digərləri Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi FOTO

Sudanlı həmkarı Ömər əl-Bəşir tərəfindən Türkiyə Prezidenti Rəcəb

arrow Ətraflı
Naxçıvanda 31 yaşlı kişi qətlə yetirildi  Cinayəti törədən... like
  • 31 May 20:54  
Digərləri Naxçıvanda 31 yaşlı kişi qətlə yetirildi Cinayəti törədən...

Mayın 31-də saat 19 30 radələrində Naxçıvan MR Şərur rayon Püsyan kən

arrow Ətraflı
İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir like
  • 31 May 20:50  
Siyasət İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın

arrow Ətraflı
Bu çay orqanizminizdə möcüzələr YARADACAQ like
  • 31 May 20:42  
Digərləri Bu çay orqanizminizdə möcüzələr YARADACAQ

Rozmarin çayı şişkinlik üçün ideal bir vasitə olacaq, həmçinin qan ax�

arrow Ətraflı