Marketlərdə Ukrayna adı ilə İran duzu satılır?


Digərləri 30 May 2023 17:12:00 116 0

Marketlərdə Ukrayna adı ilə İran duzu satılır?

"Son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların satışı ilə bağlı bəzi məlumatlar əldə edirik. Hətta ofisimizdə bunlardan bir neçəsinin nümunəsi də var".

Son.az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, Ukraynada müharibə getdiyi üçün hazırda Azərbaycana duz idxal olunmur.

Bununla belə, müsahibimiz qeyd edib ki, bazarda Ukraynadan gətirildiyi iddia edilən duzların satışına da rast gəlinir:

"Onun üzərində guya Ukraynada istehsal olunduğu, markalandığı və yodlaşdırıldığı barədə məlumatlar əks olunub. Əslində isə elə deyil və daha çox İran duzuna oxşayır. Bu da onu göstərir ki, İran ölkəmizə "Ukrayna məhsulu" adı ilə saxta duz idxal edir. Ofisdə başqa bir istehsalçıya məxsus duz da var. İstehsalçı naməlum mənbədən gətirdiyi duzu "yodlaşdırılmış məhsul" kimi satışa çıxarır, amma tərkibində 1 faiz də olsun yod yoxdur.

Bazarda yerli duz göllərindən yığılmış və üzərinə "Yodludur" sözü yazılmış, əslində yod olmayan digər duz məhsullarının da satışı təşkil olunur. Bundan başqa, şampunlar, İrandan gətirilmiş, üzərində Azərbaycan dilində məlumatlar olmayan və tərkibində təhlükəli maddələr olan yuyucu vasitələr və digər naməlum məhsullar satılır".

Qeyd edək ki, son vaxtlar mətbuatda və sosial şəbəkələrdə saxta düyü məhsullarının satılması ilə bağlı məlumatlar və videogörüntülər dolaşmaqdadır.

Bu məlumatları təkzib edən Eyyub Hüseynov Azərbaycanda süni düyü məhsullarının satılmadığını və ölkəyə belə bir məhsulun daxil olmadığını bildirib:

"Dünyada belə bir texnologiyadan istifadə olunur, amma ölkəmizdə buna icazə verilmir. Bizdə hər düyünün öz dəmləmə xüsusiyyətləri var. Əgər düyü düzgün dəm almırsa, o dəqiqə bunu bəzi dövlət qurumlarınınn boynuna yıxırlar ki, gətirdiyiniz məhsullar keyfiyyətsiz, yaxud da saxtadır. Kim belə bir halla qarşılaşırsa və aldığı düyü sünidirsə, ofisimizə yaxınlaşsın. Əgər bizim laboratoriyada məhsulun saxta olduğunu görsək, həmin şəxsə 100 manat verəcəyəm. Yaxşı olardı ki, əhali az təmizlənmiş düyü məhsullarına üstünlük versin. Parıldayan və cilalanmış düyünün qidalılığı az olduğu üçün almasınlar. Nisbətən sarı və yerli düyü yaxşı məhsul sayılır".

Bütün qida məhsullarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altında satışa çıxarıldığını deyən AİB sədri bildirib ki, xaricdən ölkəyə heç bir məhsul daxil olmur:

"Saxta məhsul ona deyirlər ki, hansısa şirkətin nişanı ilə başqa məhsulu satışa çıxarırlar. Bu da saxta məhsul adlanır. AQTA yalnız məhsulların təhlükəsizliyinə cavabdehlik daşıyır. Ölkədə məhsulun keyfiyyətinə məsul olan dövlət orqanı isə hələ də yoxdur".

Onun sözlərinə görə, rəhbəri olduğu quruma Ukraynadan və Rusiyadan gətirilən ət məhsullarının tərkibi və keyfiyyəti ilə bağlı istehlakçılardan çoxlu suallar daxil olur:

"Məlumdur ki, ölkə əhalisinin çoxu xaricdən gətirilən ət məhsullarına üstünlük verirlər ki, bununla da çox böyük səhvə yol verirlər. Yerli ət məhsulları isə daha ekoloji təmiz və istehlaka yararlıdır. Yaxşı olardı ki, istehlakçılar ət alarkən üzərindəki etiketlərə və nişanlara etibar etməsinlər".

Belə bir sual yaranır: Əgər AQTA istehlak bazarına nəzarət edirsə, o zaman belə məhsullar hansı yollarla satışa çıxarılır?

Bu məhsulların kənardan gətirilmədiyini söyləyən ekspertin sözlərinə görə, onlar ölkə daxilində, hətta Bakıda hazırlanırlar:

"Düz deyirsiniz, gərək AQTA bu məsələyə də nəzarət etsin, amma təəssüf ki, qurumun nəzarətindən yayınan belə hallar da baş verir".

İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib like
  • 30 May 17:08  
Siyasət İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hers

arrow Ətraflı
Xankəndidə nəyin hazırlığı görülür?  Paşinyan özündən like
  • 30 May 17:06  
Siyasət Xankəndidə nəyin hazırlığı görülür? Paşinyan özündən

Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zon

arrow Ətraflı
İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm like
  • 30 May 17:02  
Siyasət İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük

arrow Ətraflı
Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar like
  • 30 May 16:58  
Siyasət Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar

Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva v�

arrow Ətraflı
Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş  VİDEO  FOTO like
  • 30 May 16:52  
Şou-biznes Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş VİDEO FOTO

Keçmiş "Hepsi" qrupunun üzvü Cemre Kemer illər sonra yeni etirafl

arrow Ətraflı
İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur like
  • 30 May 16:44  
Siyasət İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən

arrow Ətraflı
Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir  VİDEO like
  • 30 May 16:40  
Digərləri Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir VİDEO

Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantıla

arrow Ətraflı
Kənan MM nazirliyə müraciət etdi  "Böyrəyimi satıram" like
  • 30 May 16:28  
Şou-biznes Kənan MM nazirliyə müraciət etdi "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

arrow Ətraflı
Saatlıda ailə üzvləri hamilə qadını döydü like
  • 30 May 16:10  
Digərləri Saatlıda ailə üzvləri hamilə qadını döydü

Saatlı rayonunda hamilə qadın döyülüb.

arrow Ətraflı
Rus Dram Teatrının aktyorları qəzaya düşdü  VİDEO like
  • 30 May 16:04  
Şou-biznes Rus Dram Teatrının aktyorları qəzaya düşdü VİDEO

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının heyəti Şəkidə qəzaya d

arrow Ətraflı