Səmada təhlükəsizlik: Bakıda təhlükəli yüklərin daşınması müzakirə olunub FOTO


Digərləri 30 May 2023 15:58:00 179 0

Səmada təhlükəsizlik: Bakıda təhlükəli yüklərin daşınması müzakirə olunub  FOTO

Mayın 29-dan 30-dək Bakıda "Təhlükəli yüklərin daşınması" mövzusunda təlim-praktiki seminar keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şurasının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə əməkdaşlığı və "Silk Way West Airlines" şirkətinin dəstəyi ilə təşkil olunub.

Seminarda regionun aviasiya idarələri, aviaşirkətləri və hava limanlarından 100-dən çox mütəxəssis iştirak edib. Tədbirin keçirilməsində məqsəd təhlükəli yüklərin hava nəqliyyatı ilə təhlükəsiz daşınmasının təmin edilməsinə praktiki yardım və dəstək göstərməkdir.

Seminarda aviaşirkətlərin təcrübəsinə əsaslanan təhlükəli yüklərin daşınması xüsusiyyətləri, təhlükəsizlik risklərinin qiymətləndirilməsi, litium batareyaların daşınması zamanı risklərin azaldılması tədbirlərinin hazırlanması, peyvəndlərin hava yolu ilə daşınmasının xüsusiyyətləri, insidentlər haqqında məlumatların mübadiləsi üçün IATA proqramı və səriştəyə əsaslanan kadr hazırlığı və qiymətləndirilməsi məsələləri daxil olmaqla müxtəlif aspektlərə baxılıb.

Seminar çərçivəsində regionda təhlükəli yüklərin daşınmasının aktual problemlərinə həsr olunmuş dəyirmi masa da təşkil olunub. İştirakçılar tərəfindən müxtəlif kateqoriyalı təhlükəli yüklərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi, onların düzgün etiketlənməsi, qablaşdırılması, saxlanılması və hava limanlarında daşınması ilə bağlı praktiki tapşırıqlara xüsusi diqqət yetirilib.

Seminar hibrid formatda keçirilib.

Seminarın təşkilatçıları təhlükəli yüklərin təhlükəsiz daşınması sahəsində iştirakçılar arasında əlaqə şəbəkəsinin genişləndirilməsinə və əməkdaşlığa töhfə verən yüksək səviyyədə qarşılıqlı əlaqə və təcrübə mübadiləsini qeyd ediblər.

Sonda bütün iştirakçılar materialın uğurla mənimsənilməsini təsdiq edən sertifikatları əldə ediblər.

Bakıda itkin kimi axtarılan qız özünü like
  • 30 May 14:50  
Digərləri Bakıda itkin kimi axtarılan qız özünü

Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar

arrow Ətraflı
Prezident: Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur like
  • 30 May 14:44  
Siyasət Prezident: Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur

Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında - red.) ticarət

arrow Ətraflı
Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır like
  • 30 May 14:40  
Digərləri Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövr

arrow Ətraflı
Bu sahələr üzrə əlavə vəsait ayrılacaq like
  • 30 May 14:38  
Digərləri Bu sahələr üzrə əlavə vəsait ayrılacaq

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36568,8 milyon

arrow Ətraflı
Yenidən baxılmış dövlət büdcəsinin kəsiri açıqlanıb like
  • 30 May 14:36  
Digərləri Yenidən baxılmış dövlət büdcəsinin kəsiri açıqlanıb

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210,0 milyon ma

arrow Ətraflı
Məşhur aktyor yaxtada dincəlir like
  • 30 May 14:28  
Şou-biznes Məşhur aktyor yaxtada dincəlir

Amerikalı aktyor Leonardo Di Kaprio dostları ilə birlikdə yaxtada dincəlm�

arrow Ətraflı
ETTELAATın Bakıya qarşı planı üzə çıxdı like
  • 30 May 14:17  
Digərləri ETTELAATın Bakıya qarşı planı üzə çıxdı

İran Xalq Mücahidləri Təşkilatına yaxın olan "Rejimi devirmək üç�

arrow Ətraflı
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək like
  • 30 May 14:16  
Siyasət Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri gözlənilir.

arrow Ətraflı
İsxak Hersoq: Biz Azərbaycana açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik like
  • 30 May 14:10  
Siyasət İsxak Hersoq: Biz Azərbaycana açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik

Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəkl

arrow Ətraflı