ETTELAATın Bakıya qarşı planı üzə çıxdı


Digərləri 30 May 2023 14:17:00 147 0

ETTELAATın Bakıya qarşı planı üzə çıxdı

İran Xalq Mücahidləri Təşkilatına yaxın olan "Rejimi devirmək üçün inqilab" haker qrupu internet vasitəsilə İran prezidentinin internet resurslarına nüfuz etdiyini və 120 serverdə məlumat əldə etdiyini bildirib. Haker qrupu İran prezidentinin kompüterinə, iş və istirahət zonasını; prezidentin üzgüçülük hovuzu ilə bağlı "gizli" və "tam məxfi" məlumatları, İbrahim Rəisinin İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə etiraz mesajını yayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə siyasi ekspert Cəmaləddin Quliyev qeyd edib.

Onun sözlərinə görə, sənədlərin içərisində Azərbaycanla bağlı mühüm məqamlar var:

"Dərc olunmuş sənədlərin birində Kəşfiyyat Nazirliyinin İran - Azərbaycan münasibətlərinə dair hesabatı əks olunur. Hesabatda deyilir ki, polis Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra səfirliyin binasına 20 dəqiqəlik gecikmə ilə gəlib. Xatırladaq ki, Azərbaycan tərəfi ilk vaxtlardan səfirliyin mühafizəsində qəsdən yol verilmiş səhlənkarlıqlardan bəhs edir, polisin hadisəyə bilərəkdən gec reaksiya verdiyini vurğulayırdı. Amma İran rəsmiləri səhlənkarlıqları, səfirliyin mühafizəsinin təşkil olunmamasını, polisin hadisəyə gec reaksiyasını inadla təkzib edir, Azərbaycanı guya məişət məsələsini siyasiləşdirməkdə ittiham edirdilər. Sənədlərdən anlaşılır ki, İranın güc qurumlarından biri (Kəşfiyyat Nazirliyi) bu məsələlərə görə digər qurumu - Daxili İşləri Nazirliyini təqsirkar bilir və məsuliyyəti öz üzərindən atır.

Digər sənədə əsasən, İranın Kəşfiyyat Nazirliyi Rusiyaya təklif edir ki, NATO-nun Azərbaycan Respublikasında hərbi mövcudluğuna həssaslığını artırsın. Bu da olduqca mühüm məqamdır. Dəfələrlə qeyd etmişik ki, İran mediasının ekspert qismində təqdim etdiyi şəxslər vaxtilə Qasım Süleymaninin davrandığı kimi, Rusiyanı Azərbaycana qarşı birgə mübarizə aparmağa, bu məqsədlə Azərbaycanda NATO, Türkiyə və İsrailin mövcudluğuna, bu mövcudluğun Rusiya üçün yaratdığı risklərə inandırmağa çağırışlar edirlər. İndi həmin ekspertlərin başının hara bağlı olduğu aşkarlanır; İran kəşfiyyatı Rusiyanı Azərbaycana qarşı təhrik etmək üçün həm kulisarxası danışıqlarda, həm təbliğat resurslarında planlı iş aparır".

Pakistanın Baş naziri Azərbaycana səfər edəcək like
  • 30 May 14:16  
Siyasət Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri gözlənilir.

arrow Ətraflı
İsxak Hersoq: Biz Azərbaycana açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik like
  • 30 May 14:10  
Siyasət İsxak Hersoq: Biz Azərbaycana açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik

Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəkl

arrow Ətraflı
Rusiya tankının vurulduğu an like
  • 30 May 14:06  
Digərləri Rusiya tankının vurulduğu an

Ukraynanın Donetsk vilayətində Rusiya ordusuna məxsus tank vurulub.

arrow Ətraflı
“Mən pis iş görməmişəm” like
  • 30 May 13:55  
Şou-biznes “Mən pis iş görməmişəm”

Bir neçə gün öncə Türkiyədə saxlanılan azərbaycanlı reper Asya Əliza

arrow Ətraflı
Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 30 May 13:53  
Siyasət Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Prezid

arrow Ətraflı
Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var like
  • 30 May 13:44  
Digərləri Taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var

Taksi sürücüləri iş saatlarının çox olmasından şikayətlənirlər.

arrow Ətraflı
Qarabağ KOBları proqramına start verilib  FOTO like
  • 30 May 13:42  
Digərləri Qarabağ KOBları proqramına start verilib FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin

arrow Ətraflı
Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  FOTO like
  • 30 May 13:34  
Siyasət Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 30-da Azərbaycan Respublikas

arrow Ətraflı
Finlandiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib like
  • 30 May 13:24  
Siyasət Finlandiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Finlandiya Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktub

arrow Ətraflı
Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib like
  • 30 May 13:16  
Siyasət Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narış

arrow Ətraflı
Avtomobilin satılan zaman sığortasına xitam verilməsi təklif edilir like
  • 30 May 13:11  
Digərləri Avtomobilin satılan zaman sığortasına xitam verilməsi təklif edilir

Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək t�

arrow Ətraflı
Mayın son gününün like
  • 30 May 13:08  
Digərləri Mayın son gününün

Mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Rasim Balayev: "Elxan Qasımovu oğlu "yıxdı" like
  • 30 May 13:00  
Kriminal Rasim Balayev: "Elxan Qasımovu oğlu "yıxdı"

"Elxan oğlundan sonra ayağa qalxa bilmədi. Hər gün qəbiristanlığa g

arrow Ətraflı