Günün qoroskopu: Həmin təkliflərdən birini qəbul etsəniz...


Digərləri 26 May 2023 00:01:00 164 0

Günün qoroskopu: Həmin təkliflərdən birini qəbul etsəniz...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - qüvvəniz və imkanlarınız xaricində olan işlərə başlamayın. Potensialınızı düzgün qiymətləndirin, realist olun. Uğur şanslarının az olduğu aşkarlananda geri çəkilməyin, ruhdan düşməyin. Yardımçı, köməkçi arayın. Bu, yaxşı taktikadır. Müttəfiqlər yardımı əsirgəməyəcəklər, bəzi işləri sizinlə birlikdə bitirəcəklər.

Günün ikinci yarısında bacarıq, bilik və təcrübənizi nümayiş etdirməkdən çəkinməyin. Amma ifrata varmayın, özünüreklamla məşğul olmayın. İmiclə eksperimentlər etmək, gerçəkdən də, parlaq nəsnəni sınaqdan keçirmək olar. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq.

Buğa - sənədlərin hazırlanması və qeydə alınması ilə bağıl problemlər yarana bilər. Nüfuzlu insanlar və ya dövlət qurumlarının nümayəndələri ilə təmaslar asan olmayacaq. Müstəqil çalışsanız, böyük uğurlara nail ola bilərsiniz.

Birgə layihələrin reallaşdırılması və ya əməkdaşlıq məqamlarında çətinliklər yaranacaq.

Günün ikinci yarısında emosional fon əlverişlidir. Ruh düşkünlüyünə qapılmayın. Baş verənlərə rəğmən geri çəkilməyin, süst olmayın. Dəyər verdiyiniz insanlardan xəbər alacaqsınız.

Axşam saatları dostlarla ünsiyyət, dəvət olunduğunuz yerə yollanmaq üçün əlverişlidir.

Əkizlər - peşəkar fəaliyyət sahəsindəki problemlər sizi ruhdan salmasın. Əksinə, daha böyük enerji ilə çalışın, qeyri-standart qərarlar qəbul edin.

Yeni müttəfiqlərin axtarışı və əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. İşgüzar danışıqlar, səfər və müzakirələr uğurlu olacaq.

Günün ikinci yarısında az da olsa, gəlir əldə edəcəksiniz. Hədiyyə almağınız istisna deyil. Sevdiyiniz insanla axşam saatlarını normal keçirməyə çalışın.

Səhhətinizdə kiçik problemlər istisna deyil. Amma sağlıq durumunuza görə təlaşa düşməyin - təhlükə yoxdur.

Xərçəng - işlərə təkbaşına başlayaraq tənha çalışmayın. Ən çətin situasiyalarda yanınızda olacaq müttəfiqlər və ya köməkçilər tapa bilərsiniz. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərlə bağlı məsələləri müzakirə etmək üçün pis gün deyil.

Zəngin yaşam təcrübəsinə malik insanlar günün ikinci yarısında sizə yaxşı məsləhət verəcəklər.

Maliyyə baxımından əlverişli zamandır. Xərclər az, gəlirlər isə çoxdur. Alış-verişə çıxa bilərsiniz. Ailə üzvlərinə xüsusi diqqət yetirin. Sevdiyiniz insanla həssas olun.

Şir - sizi böyük, amma mürəkkəb işlər gözləyir. Həmin işlərə başlamazdan əvvəl yardımçılar tapın, nüfuzlu insanlardan dəstək alın. Problemləri təkbaşına həll etmək mənasız və qeyri-effektiv seçim olardı. "Komanda oyunu" daha məsləhətdir. Mühüm qərarlar qəbul etməklə yanaşı, bəzi əməliyyatlara rəhbərlik edə bilərsiniz.

Günün ikinci yarısı maliyyə məsələləri ilə bağlı situasiya baxımından neytraldır. İri məbləğli gəlirlər ehtimalı azdır. Qəfil xərclər də olmayacaq.

Diqqət mərkəzinə düşsəniz də, yeni münasibətlərə başlamağa tələsməyin.

Qız - çox müşkül problemi həll etmək məcburiyyətində qalacaqsınız. Ətrafınızda olan insanlara çox işlərə qadir olduğunuzu sübut edin. Peşəkar fəaliyyət sahəsindəki uğurlarınız həmkarlarınızın qibtəsinə və paxıllığına səbəb ola bilər. Onlar yalnız nəticəni görür, uğur əldə etmək üçün göstərdiyiniz səyləri və çəkdiyiniz zəhməti nəzərə almaq istəmirlər.

Günün ikinci yarısında sərfəli, uzunmüddətli anlaşma, sövdələşmə və müqavilə istisna deyil.

İşlər çox olsa da, axşam saatlarında yaxınlarla təmaslara vaxt ayırın. Bu vaxtı əla keçirəcəksiniz. Sevdiyiniz adamlarla dil tapmağa çalışın. Münaqişə, qarşıdurma və mübahisələrə yol verməyin.

Tərəzi - yeni təəssüratlar xoş olacaq. Sizi xoş xəbərlər gözləyir. Gün pis keçməyəcək. Peşəkar fəaliyyət müstəvisində yeni, maraqlı işlər peyda olur. Həmin işləri görərkən yeni təcrübə və bacarıq əldə etməklə yanaşı, maraqlı insanlarla tanış olacaqsınız.

Gəlirlər gecikir. Amma maliyyə böhranı olmayacaq. Malik olduğunuz vəsaiti ağılla xərcləyin.

Günün ikinci yarısı romantik görüşlər və dostlarla təmaslar, rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. Sizdə mənfi emosiyalar və qıcıq yaradan insanlardan uzaq durun.

Həmin yaramaz şəxslər əhvalınızı korlaya bilər.

Əqrəb - yaxın ətrafınızdakı insanlar sizdən işlərdə ciddi irəliləyişlər, yaşanan problemlərin təcili həllini gözləyirlər. Siz də onların ümidlərini puç etməmək və gözləntilərini doğrultmaq üçün çox çalışırsınız. Məqsədə çatırsınız, amma bu, asan olmur. Əsəb gərginliyi yüksək olacaq.

Günün ikinci yarısında emosiyalarınıza hakim olmağa çalışın, hisslərin əsiri olmayın. Təmasları məhdudlaşdırın. Həyasız və tamahkar insanlarla ünsiyyəti dayandırın.

Axşam saatlarında gəzintiyə çıxın, istirahət edin.

Yaşam potensialının səviyyəsi aşağıdır. Yoluxucu xəstəliyə mübtəla olmamaq üçün profilaktiki tədbirlərə əl atın.

Ailə üzvləri və ya ən yaxın dostlarla vaxt keçirin.

Oxatan - çox işlər görməlisiniz. Günlə bağlı planı nə qədər tez hazırlayıb ona riayət etməyə başlasanız, bir o qədər yaxşıdır. Boş söhbətlərə vaxt sərf etməyin. Sizinlə ünsiyyətdə olmaq istəyənlər az deyil. Onların arasında sizdən, sadəcə, öz məqsədləri üçün yararlanmaq istəyənlər də var.

Günün ikinci yarısında gəlirlər olacaq. Amma əldə ediləcək məbləğ sizi razı salmayacaq.

Məişət texnikası, mebel, interyer predmetləri, habelə yaxınlarınıza hədiyyələr almaq üçün münasib zamandır. Axşam saatlarında yeni bilik, bacarıq və ya təcrübə əldə edə bilərsiniz. Dünyagörüşünü artırmaq, yeni faydalı tanışlıqlara nail olmaq şansı var.

Oğlaq - günün ilk yarısı yaxşı xəbərlər və maraqlı işgüzar təkliflər zamanıdır. Qərarları sürətlə, təxirə salmadan qəbul etmək gərəkdir. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır.

Saatlar keçdikcə əhvalınız pisləşə bilər. Bir qədər istirahət edin. Gəzintiyə çıxmaqda, rəğbət bəslədiyiniz insanla söhbətdə xeyir var.

Günün ikinci yarısında uzaq yola çıxmayın. Evdə qalın, bəyəndiyiniz işlərlə məşğul olun.

Qida rasionunuza fikir verin, tamahkarlıq etməyin. Əks təqdirdə səhhətinizdə problemlər yarana bilər.

Dolça - aldığınız informasiyalar qarışıq və ziddiyyətlidir. Dürüst qərar qəbul etmək asandır. İntuisiya susur. Yalnız öz sağlam məntiqinizə, yaşam təcrübənizə bel bağlayın. Etibar etdiyiniz insanın, yaxın dostun məsləhətindən yararlanmaq olar. Aldığınız təkliflər yalnız ilk baxışdan cazibədar və maraqlıdır.

Həmin təkliflərdən birini qəbul etsəniz, çətinliklərlə üzləşəcəksiniz.

Günün ikinci yarısında imiclə eksperimentlər etməyin. Axşam saatlarına yaxın sevdiyiniz insanla söhbət edin. Səmimi, həssas olun. Sizi anlayacaq, dəstəkləyəcəklər. Hisslərinizi bölüşməkdən çəkinməyin.

Balıqlar - kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Bir müddət sonra gəlir gətirəcək anlaşma və sövdələşmələrə nail ola bilərsiniz. İş yerini dəyişmək, daha çox maaş verilən yerdə çalışmaq imkanları yaranır. Amma o iş indiki ilə müqayisədə daha az maraqlıdır. Düşünün - belə dəyişiklik sizə gərəkdirmi?

Günün ikinci yarısında qəfil səfər, işgüzar görüşlər istisna deyil. Qarşınızda yeni perspektivlər yaranır.

Axşam saatları idman və fiziki əmək üçün münasibdir. Yaxşı formadasınız, ifrat yorğunluq riski yoxdur. Axşam saatlarında xoş sürprizlər ola bilər. Romantik görüş pis keçməsə də, gözləntilərinizi doğrultmayacaq.  

Son.az

Bu məlhəm gözlərinizi sağaldacaq like
  • 25 May 23:55  
Digərləri Bu məlhəm gözlərinizi sağaldacaq

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkis

arrow Ətraflı
İrina Şeyk qalmaqallı geyimindən danışdı like
  • 25 May 23:45  
Şou-biznes İrina Şeyk qalmaqallı geyimindən danışdı

Rusiyalı məşhur model İrina Şeyk 76-cı Kann Film Festivalında geyindiyi q

arrow Ətraflı
Limonadlarda olan bu maddə like
  • 25 May 23:38  
Digərləri Limonadlarda olan bu maddə

Bütün energetik içkilərdə, limonadlarda E211 maddəsi var. Hətta təbii ş

arrow Ətraflı
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub like
  • 25 May 23:33  
Siyasət Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 25-də Moskvada Azərbaycan Re

arrow Ətraflı
Səhiyyə ocağına oxşamayan Balakənin qəsəbə xəstəxanası  VİDEO like
  • 25 May 23:30  
Digərləri Səhiyyə ocağına oxşamayan Balakənin qəsəbə xəstəxanası VİDEO

Balakənin Qabaqçöl qəsəbəsi rayonun ən ucqar yaşayış məntəqəsidir.

arrow Ətraflı
Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirməyə başlayıb like
  • 25 May 23:19  
Dünya Rusiya Belarusa taktiki nüvə silahları yerləşdirməyə başlayıb

Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə başlanılıb.

arrow Ətraflı
Vladimir Putin: Heydər Əliyev görkəmli siyasi xadim, ölkələrimizin tarixində birləşdirici simadır like
  • 25 May 23:08  
Siyasət Vladimir Putin: Heydər Əliyev görkəmli siyasi xadim, ölkələrimizin tarixində birləşdirici simadır

Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet �

arrow Ətraflı
Məktəblərdə ştat ayrılıb, amma dərs keçirilmir  Kimdir müqəssir? like
  • 25 May 23:00  
Digərləri Məktəblərdə ştat ayrılıb, amma dərs keçirilmir Kimdir müqəssir?

Hazırda bir çox məktəblərdə bəzi fənnlər var ki, dərs proqramına sal�

arrow Ətraflı
Rusiya  Azərbaycan münasibətləri yüksək səviyyədədir  Vladimir Putin like
  • 25 May 22:55  
Siyasət Rusiya Azərbaycan münasibətləri yüksək səviyyədədir Vladimir Putin

Rusiya - Azərbaycan münasibətləri yüksək səviyyədədir.

arrow Ətraflı
"WhatsApp" yarımçıq mesajlar üçün bildirişlər göndərəcək like
  • 25 May 22:48  
Digərləri "WhatsApp" yarımçıq mesajlar üçün bildirişlər göndərəcək

"WhatsApp" masaüstü tətbiqi üçün yarıda qalan mesajlara bildiri

arrow Ətraflı
Güclü leysan yağışlar Daşkəsən və Göygöldə fəsadlar törədib like
  • 25 May 22:39  
Digərləri Güclü leysan yağışlar Daşkəsən və Göygöldə fəsadlar törədib

Axşam saatlarından başlayaraq yağan güclü yağış səbəbindən Daşkəs�

arrow Ətraflı
Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“ like
  • 25 May 22:35  
Şou-biznes Aktrisa Zülfiyyə: “Həmkarlarım problemlərini efirdə səsləndirməyə qorxurlar“

Aktrisa Zülfiyyə Qurbanovanın sosial şəbəkə hesabında paylaşdığı pos

arrow Ətraflı
Bakıda eyvandan qopan beton parçası piyadanın başına düşdü  VİDEO like
  • 25 May 22:26  
Digərləri Bakıda eyvandan qopan beton parçası piyadanın başına düşdü VİDEO

"ATV Xəbər"in növbəti buraxılışında qəzalı vəziyyətdə ola

arrow Ətraflı