Tahir Kərimli gecə küçəyə çıxan gəncləri qınadı: “Qızlıoğlanlı bədənlərini “döydürüblər”


Digərləri 24 May 2023 16:10:00 174 0

Tahir Kərimli gecə küçəyə çıxan gəncləri qınadı: “Qızlıoğlanlı bədənlərini “döydürüblər”

"Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər? Deməli, bunlar işləmirlər də, faydalı işlə məşğul olmurlar. Yoxsa gecə rahat yatarlar ki, səhər durub işə getsinlər. Nə üçün bunlar küçəyə ancaq elə qısa paltarda çıxmaq istəyirlər? Buna "əyləncə" adı da verməzdim. Doğrudur, dünya dəyişir, indi internet əsridir, bütün xəbərlər hamıya çatır, dünyanı idarə edənlərdə də Qərb dövlətləridir. Qərb dövlətlərində isə bizim mentalitetimizə uyğun olmayan cəhətlər var. Çox təəssüf ki, onların texnoloji üstünlükləri nəticəsində həmin mənfi tendensiyalar bizə gəlib çatır. Buna görə də, gərək gənclər ailələrin - valideynlərin qadağa qoymasını başa düşələr. Onlar özləri də valideyn olacaqlar. Yəqin, belə düşünürlər ki, öz övladlarına sərbəstlik verəcəklər. Yoxsa əks halda, bilərdilər ki, valideynləri doğru deyir. Bu nə deməkdir ki, Bakıda gecə gəzəsən, yaxud şortda?! Bizim mentalitetdə bu şeylər ayıb sayılır. Bu, ümumi tendensiyaya, xasiyyətə çevrilməməlidir. İnsanlar ətraflarına hörmət qoymalı, sevginin, məhəbbətin müqəddəsliyini dərk etməlidirlər. Ailə həyatı quracaqlarsa, onlar belə açıq-saçıqlıqla necə ailə quracaqlar? Yəqin, ya faktiki nikahda olacaqlar, ya da sabah heç hüquqi cəhətdən nikaha da ehtiyac duymayacaqlar. Bunlar öz gələcəklərini necə görürlər? Belə düşüncəylə necə öz gələcəklərini quracaqlar? Bununla hara gedirlər? Düşünməlidilər..."

Bu sözləri pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli Bakıda gənclər arasında keçirilən sosial sorğunun sosial şəbəkələrdə paylaşılan görüntüləri barədə danışarkən deyib.

"Bu ki özbaşınalığa, ailə həyatının darmadağın olmasına, yüngül əxlaqa gedib çıxır. Bu nə deməkdir? Bəzən maşınla keçəndə, ya piyada gəzəndə görürəm ki, qızlı-oğlanlı bədənlərini "döydürüblər", gərəksiz hərəkətlər edirlər. Nə deməkdir? İnternet məkanı da tam əxlaqsızlıqla doludur. Buna görə də valideynlərin həyəcan təbili çalması, qadağalar qoyması tam doğrudur".

Deputat bildirib ki, Bakıda gecələr təhlükəsizliyin o qədər də təmin olunmadığını düşünən gənclər də var:

"Bizim uğurlarımızdan biri elə budur ki, Bakıda, ümumilikdə Azərbaycanda sabitlik var, təhlükəsizlik təmin olunur. Heç kim bu təhlükəsizliyi poza bilməz. Hər bir kəs də bilməlidir ki, ictimai qaydaları, normaları, mənəvi dəyərləri gözləməlidir. Bizdə əxlaq polisi yoxdur, amma onların əxlaqsızlıq sayılan hərəkətlərinə iradlar tutulmasını da başa düşməli, bu yoldan qayıtmalıdırlar. Doğrudur, belə bir deyim var: uşaq valideynindən çox, zəmanəsinə bənzəyər. Zəmanənin təzyiqi altında çətin ki, mənim kimilərin, ağsaqqalların sözü keçsin. Amma yenə də bununla belə sağlam düşüncəli gənclərə müraciət edirəm ki, ətraflarında təbliğat aparsınlar, mənəvi dəyərlərimizi sınmağa qoymasınlar. Yaxşı, bu, kapitalizmdirsə, Yaponiya və digər ölkələrdə də var, amma onlar müəyyən qədər mənəvi dəyərlərini qoruyub-saxlayırlar. Bizim isə başımızın tacı olan əxlaqımız, İslam, Qafqaz, türk, azərbaycanlı mentalitetimiz var və bu, gözlənilməlidir. Gənclər kənardan gələn yan təsirlərdən canlarını qurtarsınlar, onlarda müqavimət gücü yaransın. Əhli-keflik fayda verməz - nə özlərinə, nə ailələrinə, nə də dövlətə..."

Zoran Milanoviç İlham Əliyevə təbrik məktubu göndərib like
  • 24 May 16:08  
Siyasət Zoran Milanoviç İlham Əliyevə təbrik məktubu göndərib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyev

arrow Ətraflı
Avstriya Prezidenti İlham Əliyevi təbrik edib like
  • 24 May 16:07  
Siyasət Avstriya Prezidenti İlham Əliyevi təbrik edib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Preziden

arrow Ətraflı
Elm və Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olundu like
  • 24 May 16:06  
Digərləri Elm və Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olundu

Mətin Kərimli Elm və Təhsil Nazirliyinə aparat rəhbəri təyin olunub.

arrow Ətraflı
Misir Prezidenti İlham Əliyevə məktub ünvanlayıb like
  • 24 May 16:04  
Siyasət Misir Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlh

arrow Ətraflı
Anna Netrebko Azərbaycan musiqisi sədaları altında rəqs etdi  VİDEO like
  • 24 May 16:00  
Şou-biznes Anna Netrebko Azərbaycan musiqisi sədaları altında rəqs etdi VİDEO

Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanı

arrow Ətraflı
“Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində açılacaq like
  • 24 May 15:54  
Kriminal “Plener əsərlər sərgisi” Xətai Sənət Mərkəzində açılacaq

Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək

arrow Ətraflı
Ermənilər Ermənistanı itirə bilər: İmkanlar azalır, vaxt daralır like
  • 24 May 15:48  
Siyasət Ermənilər Ermənistanı itirə bilər: İmkanlar azalır, vaxt daralır

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütünlüy�

arrow Ətraflı
Məşhur türk serialında Azərbaycanla bağlı kobud səhv  FOTO like
  • 24 May 15:38  
Digərləri Məşhur türk serialında Azərbaycanla bağlı kobud səhv FOTO

Azərbaycanda geniş izləyici kütləsi olan türk serialı - "Ben bu ciha

arrow Ətraflı
Bu ərazilərdə su olmayacaq like
  • 24 May 15:36  
Digərləri Bu ərazilərdə su olmayacaq

25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci mag

arrow Ətraflı
Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına reaksiya like
  • 24 May 15:14  
Siyasət Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına reaksiya

Rusiya xarici işlər nazirliyi Paşinyanın Qarabağı Azərbaycanın bir hiss�

arrow Ətraflı
Daşınmaz əmlakların sığortalanması məcburidir? like
  • 24 May 15:12  
Digərləri Daşınmaz əmlakların sığortalanması məcburidir?

Zamanında insanları çox sərt qaydalarla sığortaya öyrəşdirdilər deyə,

arrow Ətraflı
Ceyhun Bayramovun məktubu like
  • 24 May 15:02  
Siyasət Ceyhun Bayramovun məktubu

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənista

arrow Ətraflı
Zilanlı kəndi bir il yarıma tikiləcək  VİDEO like
  • 24 May 15:00  
Digərləri Zilanlı kəndi bir il yarıma tikiləcək VİDEO

Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən

arrow Ətraflı