Kılıçdaroğlunun Azərbaycandan üzr istəməsi


Digərləri 22 May 2023 11:08:00 131 0

Kılıçdaroğlunun Azərbaycandan üzr istəməsi

Türkiyədə Millət İttifaqından prezidentliyə namizəd olan Kamal Kılıçdaroğlunun "Azərbaycansız dəhliz" layihəsinə qarşı etirazlar səngimir. Bu layihənin antiazərbaycan, antimilli bir layihə olduğunu əksər siyasi xadimlər, media irəli sürməkdə davam edirlər. Seçkiqabağı belə bir bəyanatın onun nüfuzuna ciddi zərbə vurduğunu vurğlayırlar. CHP sədrinin layihənin Azərbaycandan yox, İrandan keçməsi barədə fikirlərinin iki ölkə arasında münasibətlərə xələl gətirməyə yönəlik plan olduğu vurğulanır. Mayın 28-də keçiriləcək ikinci tur prezident seçkiləri ərəfəsində CHP sədrinin ünvanına qardaş ölkənin müxtəlif bölgələrindən sərt etirazlar daxil olmaqdadır. Bu dəfə Kılıçdaroğlunu QHT-lər hədəfə alıb. Məsələn, Ərzurumda fəaliyyət göstərən QHT rəhbəri Murat Ertaş, "Türkiyə-Azərbaycan həmrəyliyinin CHP-ni narahat etdiyini düşünmək istəmirik. Ancaq edilən əhəmiyyətsiz açıqlamaları anlamaqda çətinlik çəkirik. CHP sədrinin Azərbaycan Türklərindən üzr istəməsini gözləyirik" deyib. "Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün dəyərlidir" deyən Ertaş açıqlamalarını belə davam etdirib: "Çindən Londona gedən fasiləsiz ticarət yolunun ən əhəmiyyətli tranzit nöqtəsi Azərbaycan marşrutudur. Bu marşrutu təhlükəsiz etmək üçün qəhrəman Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi. Azərbaycanın Ermənistanla qəhrəmancasına müharibəsi zamanı CHP-nin xarici siyasətinə cavabdeh olan CHP sədrinin müavini Ünal Çeviköz "Türkiyədən Azərbaycana silah yardımı edilib, cihadçı qruplar da göndərilib" kimi cəfəng bəyanat verib. CHP sədri Kamal Kılıçdaroğlunun Çinin 'Orta Kəmər Yolu Təşəbbüsünü' 'Həyatımın Layihəsi' ifadəsi kimi təxribat xarakterli açıqlamalarını unutmamaqla yanaşı, xəritədə kəmər yolu layihəsinin Azərbaycandan deyil, İrandan keçməsi heç vaxt qəbul edilmir. İki qardaş Ölkənin Türkiyə və Azərbaycanın həmrəyliyinin CHP-ni niyə narahat etdiyini anlamaqda çətinlik çəkirik! Kılıçdaroğlunun layihəsi yalnız Ermənistan və İranı sevindirir".

 "Turan yolu deyə biləcəyimiz bu yolun mühüm dəhlizlərindən biri, şübhəsiz ki, "Zəngəzur dəhlizi"dir. Yetmiş faiz tamamlanan dəhliz istifadəyə verildikdə, biz Ərzurumdan Naxçıvan üzərindən avtomobil yolu ilə Bakıya gedə biləcəyik. CHP sədri cənab Kamal Kılıçdaroğluna çağırışımız odur ki, Qarabağ müharibəsi zamanı partiya üzvlərinin, indi isə onun verdiyi açıqlamalar təkcə Azərbaycandakı qardaşlarımızı deyil, hamımızı üzdü. Türk Dövlətləri Təşkilatının yarandığı, həmrəyliyin artdığı bir vaxtda Kılıçdaroğlunun açıqlaması qəbuledilməzdir" deyə fikrini tamamlayıb.

Azər Son.az

Azərbaycan və Litva prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb like
  • 22 May 11:02  
Siyasət Azərbaycan və Litva prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 22-də Vilnüsdə Azərbaycan

arrow Ətraflı
Nüşabə oğlunun toyunda baş verən qalmaqaldan ilk dəfə danışdı  VİDEO like
  • 22 May 11:00  
Şou-biznes Nüşabə oğlunun toyunda baş verən qalmaqaldan ilk dəfə danışdı VİDEO

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl Türk sənət musiqisinin

arrow Ətraflı
İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub like
  • 22 May 10:52  
Siyasət İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub

Son.az Trend-ə istinadən xəbər verir ki, mayın 22-də Vilnüsdə Azərbay

arrow Ətraflı
"İşğal dövründə ermənilər bütün infrastrukturu məhv edib" like
  • 22 May 10:50  
Digərləri "İşğal dövründə ermənilər bütün infrastrukturu məhv edib"

Ermənisan nümayəndə heyəti Azərbaycanda Milli Məclis və ATƏT PA tərəf

arrow Ətraflı
28 may seçkilərində rekord göstərici ilə qalib gələcəyik  Ərdoğan like
  • 22 May 10:48  
Digərləri 28 may seçkilərində rekord göstərici ilə qalib gələcəyik Ərdoğan

Türkiyədə 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci tu

arrow Ətraflı
"Bu, bir sıra problemlərin həllinə səbəb olacaq" like
  • 22 May 10:46  
Digərləri "Bu, bir sıra problemlərin həllinə səbəb olacaq"

Yaşıl iqtisadiyyata keçid bir sıra problemlərin həllinə səbəb olacaq. Y

arrow Ətraflı
Gəncədə qadını şantaj edən şəxs saxlanıldı like
  • 22 May 10:36  
Kriminal Gəncədə qadını şantaj edən şəxs saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkda

arrow Ətraflı
Şəhriyarla Afaq Bakı gecələrində  VİDEO like
  • 22 May 10:24  
Şou-biznes Şəhriyarla Afaq Bakı gecələrində VİDEO

ATV-nin keçmiş əməkdaşları Afaq Gəncəli və Şəhriyar Əbilov birlikdə

arrow Ətraflı
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılıb like
  • 22 May 10:18  
Digərləri Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılıb

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbu

arrow Ətraflı
80 yaşlı kişi intihar etdi like
  • 22 May 10:00  
Digərləri 80 yaşlı kişi intihar etdi

Qazaxda 80 yaşlı kişi intihar edib.

arrow Ətraflı
Dizel subsidiyasi kəsildi, sərnişindaşımada vəziyyət daha da ağırlaşdı  FOTO like
  • 22 May 09:40  
Digərləri Dizel subsidiyasi kəsildi, sərnişindaşımada vəziyyət daha da ağırlaşdı FOTO

Xəbər verdiyimiz kimi, bu ilin 1 fevral tarixindən Bakı şəhərində və ə

arrow Ətraflı
Qobustanda ağır yol qəzası  5 nəfər ölüb like
  • 22 May 09:29  
Digərləri Qobustanda ağır yol qəzası 5 nəfər ölüb

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı