"5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb" FOTO


Digərləri 22 Apr 2023 23:24:00 156 0

"5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb"  FOTO

"5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər".

Son.az bildirir ki, bu şikayətlə "qafqazinfo"ya Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında "Pilot Residence" MTK tərəfindən inşa edilmiş binada yaşayan sakinlər müraciət edib.

Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq "Pilot Residence" MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib: "Binanın sakinləri ilə "Pilot Residence" MTK arasında yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir".

Yaşayış kompleksi layihəyə uyğun olaraq belə olmalı idi:

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: "Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, "Pilot Residence" MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm "Pilot Residence" MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edirlər.

Yaşayış kompleksi sakinlərindən mənzil və yeraltı qarajlar üçün külli miqdarda vəsait toplayan "Pilot Residence" MTK-nın təsisçisi Babək İsmayılov Layihənin yekunlaşdırmaması ilə bağlı məsuliyyəti hazırda müvafiq dövlət icra hakimiyyəti orqanlarının üzərinə yıxmağa çalışır. Belə ki, o,  yaşayış binasının və yeraltı qarajların istismara təhvil verilməməsi, həyət ərazisindəki sakinlərin həyatına birbaşa təhlükə yaradan bərbad vəziyyət, yaşayış binasının istismara qəbulunun mümkünsüzlüyü və binada yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasını "Pilot Residence" Yaşayış Kompleksinə dövlət tərəfindən giriş-çıxışın ayrılmaması ilə əlaqələndirir. Halbuki layihəyə uyğun olaraq kompleksə giriş-çıxış təmin olunub və yaşayış binasının infrastruktur təminatına, o cümlədən nəzərdə tutulan həyət və qarajlarına giriş-çıxış üçün yol infrastrukturu təminatı verilib". 

Yaşayış kompleksi hazırda belədir:

"Bu il Rusiyanın təcavüzünü dayandırmaq üçün 10 dəfə çox yardım lazımdır" like
  • 22 Apr 23:14  
Dünya "Bu il Rusiyanın təcavüzünü dayandırmaq üçün 10 dəfə çox yardım lazımdır"

Ukrayna bu il Rusiya ilə müharibəyə son qoymaq üçün müttəfiqlərin hər

arrow Ətraflı
Nazir keçmiş rəisin qardaşı oğluna vəzifə verdi like
  • 22 Apr 23:03  
Digərləri Nazir keçmiş rəisin qardaşı oğluna vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis ley

arrow Ətraflı
May ayının sevgi bürcləri like
  • 22 Apr 22:58  
Digərləri May ayının sevgi bürcləri

May ayının yeni ümidlər və böyük gözləntilərlə keçirməyi düşünü

arrow Ətraflı
İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı like
  • 22 Apr 22:53  
Dünya İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı

"Yerablur" hərbi panteonunun ərazisində həmin ərazidə xidmət ed

arrow Ətraflı
Ağstafada baş verən partlayışla bağlı cinayət işi başlanıb like
  • 22 Apr 22:48  
Digərləri Ağstafada baş verən partlayışla bağlı cinayət işi başlanıb

Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi əra

arrow Ətraflı
Bu ölkədə hava limanına hücum: 9 ölü, 60 yaralı... like
  • 22 Apr 22:43  
Dünya Bu ölkədə hava limanına hücum: 9 ölü, 60 yaralı...

Malidə silahlı şəxslər hava limanına hücum ediblər.

arrow Ətraflı
Azdramın 42 yaşlı əməkdaşı qəfil like
  • 22 Apr 22:31  
Digərləri Azdramın 42 yaşlı əməkdaşı qəfil

Akademik Milli Dram Teatrının əməkdaşı 42 yaşında vəfat edib.

arrow Ətraflı
Braziliya lideri Rusiyaya səfərdən imtina etdi like
  • 22 Apr 22:25  
Dünya Braziliya lideri Rusiyaya səfərdən imtina etdi

Braziliya Prezidenti Lula Da Silva Rusiya və ya Ukraynaya səfər etməkdən im

arrow Ətraflı
Bizimkilər Dubayda...  FOTO like
  • 22 Apr 22:14  
Şou-biznes Bizimkilər Dubayda... FOTO

Bakıda aprel ayı gah yağış, gah külək, gah da birdən-birə doğan günə

arrow Ətraflı
Qəza baş verib, xəsarət alanlar var like
  • 22 Apr 21:58  
Digərləri Qəza baş verib, xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol q�

arrow Ətraflı