Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub FOTO


Digərləri 20 Apr 2023 13:14:00 177 0

Turizm sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub  FOTO

"Turizm biznesi: mövcud vəziyyət və perspektivlər" mövzusunda ictimai müzakirədə postpandemiya dövründə turizm sektorunun inkişafı və sahibkarların gözləntiləri müzakirə edilib, biznes subyektlərinin təklifləri dinlənilib.

Son.az Trend-ə istinadən bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın və "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə "Turizm biznesi: mövcud vəziyyət və perspektivlər" mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov rəhbəri olduğu şuranın təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən KOB subyektlərinin iştirakı ilə prioritet mövzularda ictimai müzakirələrin təşkil olunmasının diqqətdə saxlanıldığını, turizm mövsümünün aktivləşməsi dövründə keçirilən tədbirin məqsədinin sektorun vəziyyətinin və sahibkarların gözləntilərinin öyrənilməsi, dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirə edilməsi olduğunu qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov turizm sektorunun pandemiya dövründə zərər çəkən sahələrdən olduğunu, lakin digər sahələrdə olduğu kimi turizm sektorunda da canlanmanın müşahidə edildiyini bildirib. Qeyd olunub ki, KOBİA turizm sektorunda biznesin qurulması və inkişafını müxtəlif mexanizm və xidmətlərlə dəstəkləyir, bu istiqamətdə Dövlət Turizm Agentliyi və digər tərəfdaşlarla birgə layihələr həyata keçirir. KOBİA turizm sektorunda fəaliyyət göstərən sahibkarlarla mütəmadi olaraq görüşlər, onlar arasında sorğular keçirir. Bu görüşlərin və sorğuların nəticələrinə əsasən turizm sektorunda çalışan sahibkarların çətinlikləri maliyyə vəsaitlərinə çıxış, kadr çatışmazlığı, regionların turizm üçün əlverişli zonalarında infrastrukturun əlçatan olmaması və s. ilə bağlıdır. Kreditləşmə prosedurunun sadələşdirilməsi və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi, peşəkar kadrların hazırlanması istiqamətində sahibkarların maarifləndirilməsi bu məsələlərin həllində əhəmiyyətli olacaqdır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun turizm siyasətində iqtisadi yanaşmanın əsas götürüldüyünü, turizm sektorunun ümumi daxili məhsulda payının artırılmasının və 2026-cı ildə ümumi turist xərcləmələrinin 10 milyard manata çatdırılmasının hədəf kimi müəyyən edildiyini bildirib. Qeyd olunub ki, Dövlət Turizm Agentliyinin fəaliyyəti turizmdə strateji idarəetmə, turizmin tənzimlənməsi, turizm infrastrukturunun təkmilləşdirilməsi, marketinq və kommunikasiyanın gücləndirilməsi, turizm məhsullarının yaradılması və inkişaf etdirilməsi kimi 5 əsas istiqamət üzrə qurulub. Agentlik sədri turist səfərlərinin stimullaşdırılması üçün hava nəqliyyatında, həmçinin mehmanxanaların fəaliyyətində pandemiya dövründən irəli gələn müəyyən sanitar tələblərin aradan qaldırıldığını, viza rejiminin liberallaşdırılması, asanlaşdırılması istiqamətində hökumət səviyyəsində yeni müzakirələrə başlandığını vurğulayıb. Fuad Nağıyev turizm təkliflərinin stimullaşdırılması məqsədilə turizm və rekreasiya zonalarının yaradılması, sahibkarlar üçün əlverişli investisiya rejiminin formalaşdırılması üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Eyni zamanda hava nəqliyyatı siyasəti ilə turizmin inkişafı siyasətinin uzlaşdırılması istiqamətində Agentliyin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, əlavə iqtisadi təşviqlərin verilməsi, maliyyə əlçatanlığının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib.

Elza Seyidcahan üçüncü dəfə nənə oldu like
  • 20 Apr 13:07  
Şou-biznes Elza Seyidcahan üçüncü dəfə nənə oldu

Əməkdar artist Elza Seyidcahan üçüncü dəfə nənə olub. 

arrow Ətraflı
Rusiya qorxur, biz Qərbə üz tuturuq like
  • 20 Apr 12:58  
Dünya Rusiya qorxur, biz Qərbə üz tuturuq

İrəvan Kremldən üz döndərdikdən sonra postsovet məkanında sözün əsl

arrow Ətraflı
İş xanımı Elnarə Bəkirova atasının qətli barədə: "Biri deputatın dayısıdır..." like
  • 20 Apr 12:49  
Digərləri İş xanımı Elnarə Bəkirova atasının qətli barədə: "Biri deputatın dayısıdır..."

Xəbər verdiyimiz kimi, iş xanımı Elnarə Bəkirovanın atası Kamran Bəkir

arrow Ətraflı
General Aydın Qasımovun qızı like
  • 20 Apr 12:45  
Digərləri General Aydın Qasımovun qızı

Ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun ailəsində

arrow Ətraflı
Beynəlxalq aləm Azərbaycanın tariximədəni irsinə qarşı vandalizmin qarşısını almayıb like
  • 20 Apr 12:42  
Siyasət Beynəlxalq aləm Azərbaycanın tariximədəni irsinə qarşı vandalizmin qarşısını almayıb

Ümummilli lider Heydər Əliyevin müəllif hüquqü sisteminin yaradılmasınd

arrow Ətraflı
Paşinyan: Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır like
  • 20 Apr 12:39  
Dünya Paşinyan: Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyas

arrow Ətraflı
Bayram gününün HAVAsı like
  • 20 Apr 12:36  
Digərləri Bayram gününün HAVAsı

Aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Gəncə və Bakı UNESCOnun Dünya Kitab Paytaxtı elan oluna bilər like
  • 20 Apr 12:36  
Kriminal Gəncə və Bakı UNESCOnun Dünya Kitab Paytaxtı elan oluna bilər

26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəllif

arrow Ətraflı
Ermənistan növbəti kapitulyasiya astanasında like
  • 20 Apr 12:33  
Digərləri Ermənistan növbəti kapitulyasiya astanasında

Ermənistanın rus mediasında aşağılanması, riyakar və ikiüzlü siyasəti

arrow Ətraflı
Son 200 ildə xalqımızın başına gətirilən bütün faciələrin təməlində erməni yalanları durur like
  • 20 Apr 12:29  
Siyasət Son 200 ildə xalqımızın başına gətirilən bütün faciələrin təməlində erməni yalanları durur

Son 200 ildə xalqımızın, həm də tək xalqımızın yox, bütün Cənubi Qa

arrow Ətraflı
NATO baş katibi Kiyevdədir like
  • 20 Apr 12:26  
Dünya NATO baş katibi Kiyevdədir

NATO baş katibi Yens Stoltenberq Ukraynaya gedib.

arrow Ətraflı
Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb  FOTO like
  • 20 Apr 12:20  
Digərləri Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb FOTO

İşğaldan azad edilən Tərtər rayonunun Talış kəndində Ailə Sağlamlıq

arrow Ətraflı
“Kızılelma”nın növbəti uğurlu uçuşu like
  • 20 Apr 11:53  
Digərləri “Kızılelma”nın növbəti uğurlu uçuşu

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"

arrow Ətraflı
İran Türk Dövlətləri Təşkilatına üzv olur? like
  • 20 Apr 11:42  
Digərləri İran Türk Dövlətləri Təşkilatına üzv olur?

Türkiyədə fəaliyyət göstərən, Rusiyaya rəğbəti ilə seçilən Vətən

arrow Ətraflı
“Formula1”in keçiriləcəyi bəzi yollar like
  • 20 Apr 11:37  
Digərləri “Formula1”in keçiriləcəyi bəzi yollar

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarix

arrow Ətraflı