MuğanlıİsmayıllıQəbələ yolu belə olacaq


Digərləri 20 Apr 2023 10:15:00 161 0

MuğanlıİsmayıllıQəbələ yolu belə olacaq

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.

Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır.

Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin nəzərdə tutulan dairəvi və düzbucaqlı suötürücülərin inşası aparılır.

Paralel olaraq ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri də görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir.

Yolda sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə14 metr dərinlikdə qrunta vurulması işləri aparılır.

Layihələndirilən yolun 4.5-ci km-də Ağsu çayı üzərində 1200 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpünün inşası üzrə ümumilikdə 31% işlərin icrası yekunlaşıb. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün dayaqlarının gövdə hissələrinin inşası icra olunur.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 883 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşıb. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir. Tuneldə qazma işləri davam edir. Tuneldə yerinə yetirilən işlər ümumilikdə 22% təşkil edir.

Layihənin 55.5-76.6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.

Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1-i asma körpü, 15 körpü də layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Aktrisanın 2 ilə qədər həbsi istənilir like
  • 20 Apr 10:07  
Şou-biznes Aktrisanın 2 ilə qədər həbsi istənilir

Türk aktrisa Hazal Kayanın həbsi istənilir.

arrow Ətraflı
İmtahanda az bal topladı, like
  • 20 Apr 09:50  
Digərləri İmtahanda az bal topladı,

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

arrow Ətraflı
"Xalq artistidir, iki sözü ardarda oxuya bilmir" like
  • 20 Apr 09:47  
Şou-biznes "Xalq artistidir, iki sözü ardarda oxuya bilmir"

"Müğənni ayrı şeydir, oxuyan ayrı şey. Müğənni müğənni olmalı

arrow Ətraflı
İran vətəndaşına işləyən daha bir şəxs tutuldu like
  • 20 Apr 09:26  
Kriminal İran vətəndaşına işləyən daha bir şəxs tutuldu

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçiril

arrow Ətraflı
Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib like
  • 20 Apr 09:20  
Digərləri Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib

Ötən il ölkədə 1 milyon 71 min hektar taxıl əkilib.

arrow Ətraflı
Zakir Həsənov Qazaxıstanda səfərdədir like
  • 20 Apr 09:05  
Siyasət Zakir Həsənov Qazaxıstanda səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb like
  • 20 Apr 08:59  
Digərləri Avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb

Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat ha

arrow Ətraflı
Ağır bombardman başlayır  Ukrayna təcili silah istəyir like
  • 20 Apr 08:53  
Dünya Ağır bombardman başlayır Ukrayna təcili silah istəyir

Təmas qrupunun qarşıdakı günlərdə keçiriləcək iclasında Ukrayna Qərb

arrow Ətraflı
ŞOK XƏBƏR: Minlərlə insan işdən çıxarılacaq... like
  • 20 Apr 08:48  
Dünya ŞOK XƏBƏR: Minlərlə insan işdən çıxarılacaq...

"Walt Disney Co." şirkəti gələn həftə minlərlə işçisini ixti

arrow Ətraflı
178 avtobus gecikir like
  • 20 Apr 08:43  
Digərləri 178 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Tovuzun dağ bulaqlarının suyu niyə azalıb?  FOTO like
  • 20 Apr 08:38  
Digərləri Tovuzun dağ bulaqlarının suyu niyə azalıb? FOTO

Tovuzun bulaqların suyunda bu il kəskin azalmalar müşahidə edilir. Bəzilə

arrow Ətraflı
Kennedi də prezidentlik uğrunda yarışacaq like
  • 20 Apr 08:27  
Dünya Kennedi də prezidentlik uğrunda yarışacaq

Amerikalı məşhur vəkil, vaksinasiya əleyhdarı kimi tanınan Robert Kennedi

arrow Ətraflı
Kayahanın qızı atasının malikanəsini satır  FOTO like
  • 20 Apr 08:22  
Digərləri Kayahanın qızı atasının malikanəsini satır FOTO

Mərhum türkiyəli məşhur müğənni Kayahanın malikanəsi satılır.

arrow Ətraflı
"2025ci ilə qədər..." like
  • 20 Apr 07:57  
Digərləri "2025ci ilə qədər..."

Qazaxıstan daha çox Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqli

arrow Ətraflı
29 ildən sonra ilk: İsrailli nazir... like
  • 20 Apr 07:46  
Dünya 29 ildən sonra ilk: İsrailli nazir...

İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistana tarixi səfər edib.

arrow Ətraflı