Azərbaycanda rüşvət almaqda ittiham edilən


Siyasət 17 Apr 2023 12:05:00 167 0

Azərbaycanda rüşvət almaqda ittiham edilən

Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs:

- Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov,

- Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov,

- Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov,

- Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov,

- Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə;

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirəsi  FOTO like
  • 17 Apr 11:54  
Siyasət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirəsi FOTO

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin köməkçis

arrow Ətraflı
"1 aya yaxın birbirimizi görməmişik" like
  • 17 Apr 11:25  
Şou-biznes "1 aya yaxın birbirimizi görməmişik"

"Hər peşə çətindir, əziyyətlidir. Amma aktyorluğun ağırlığı bi

arrow Ətraflı
Səfərbərlik Xidmətinin yeni rəisi kimdir? like
  • 17 Apr 11:21  
Digərləri Səfərbərlik Xidmətinin yeni rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərb�

arrow Ətraflı
ABnin ən korrupsiyalaşmış ölkəsi... like
  • 17 Apr 11:16  
Dünya ABnin ən korrupsiyalaşmış ölkəsi...

Avrokomissiyanın Brüsselin macarların qərarını "həzm edə" bilm

arrow Ətraflı
“Uşaqlarımızın da psixologiyasını pozub” like
  • 17 Apr 10:54  
Şou-biznes “Uşaqlarımızın da psixologiyasını pozub”

Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahanla 8 ildir

arrow Ətraflı
Ağstafada TIRın hava yastığı partlayıb, like
  • 17 Apr 10:43  
Digərləri Ağstafada TIRın hava yastığı partlayıb,

Ağstafada usta faciəvi şəkildə ölüb.

arrow Ətraflı
Quru sərhədlər AÇILIR?  Millət vəkili like
  • 17 Apr 10:35  
Digərləri Quru sərhədlər AÇILIR? Millət vəkili

"Azərbaycanda quru sərhədlərin bağlanması birbaşa pandemiya ilə əl

arrow Ətraflı
2 il əvvəl ölən şəxs "DİRİLDİ" like
  • 17 Apr 08:27  
Dünya 2 il əvvəl ölən şəxs "DİRİLDİ"

Hindistanda 2 il öncə koronavirusdan öldüyü bilinən şəxs evinə qayıdı

arrow Ətraflı
İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? like
  • 17 Apr 07:57  
Digərləri İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var?

Əsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böy

arrow Ətraflı
Bakıda QƏZA: 2 avtomobil toqquşub, like
  • 17 Apr 07:53  
Digərləri Bakıda QƏZA: 2 avtomobil toqquşub,

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ya

arrow Ətraflı
İranın sonuncu şahının oğlu İsrailə səfər edəcək like
  • 17 Apr 07:28  
Dünya İranın sonuncu şahının oğlu İsrailə səfər edəcək

İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi yaxın günlərdə İsr

arrow Ətraflı
Qadın sağlamlığının qorunması üçün VACİB MƏSLƏHƏT like
  • 17 Apr 07:23  
Digərləri Qadın sağlamlığının qorunması üçün VACİB MƏSLƏHƏT

Mama-ginekoloq və reproduktoloq Oksana Seliverstova hesab edir ki, qadın sağl

arrow Ətraflı
Türkiyə XİN Sudandakı vətəndaşlarını evlərini tərk etməməyə çağırıb like
  • 17 Apr 07:18  
Dünya Türkiyə XİN Sudandakı vətəndaşlarını evlərini tərk etməməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi Sudanda yaşayan vətəndaşlarını evləri

arrow Ətraflı
Zaur özünü tanınmaz hala saldı  Aparıcının illərdir öyrəşdiyimiz görünüşü like
  • 17 Apr 07:12  
Şou-biznes Zaur özünü tanınmaz hala saldı Aparıcının illərdir öyrəşdiyimiz görünüşü

Zaur Kamal sosial media hesabında etdiyi paylaşımla diqqət mərkəzinə dü�

arrow Ətraflı
İftar süfrəsi üçün hazırlaya bilərsiniz like
  • 17 Apr 06:24  
Digərləri İftar süfrəsi üçün hazırlaya bilərsiniz

Son.az Axşam.az-a istinadən iftar süfrəsi üçün maraqlı reseptlər təqdi

arrow Ətraflı