"Bir qədəh içəndə hər şeyi unudub çox pis söyüş söyürəm"


Digərləri 11 Apr 2023 17:12:00 256 0

"Bir qədəh içəndə hər şeyi unudub çox pis söyüş söyürəm"

Onu ən müxtəlif obrazlarda görmüşük. Gah zalım ər rolunda ( "Öyle bir keçer zaman ki") nifrətimizi, gah ipək ürəkli mafiya babası ("Kırmızı oda") olaraq rəğbətimizi qazanıb. Gah uşaq kimi saf ata olub ("O kız"), gah qolu bükülməz igid komissar ("Sana söz").

Son.az lent.az-a istinadla Erkan Petekkaya barəsində məlumat verir.

Biz onu "Aynalı Tahir", "Aşkına Eşkıya", "Bedel", "Japon Gelin", "Taştan Kalp", "Dila Hanım" kimi filmlərdə baş rollarda gördük, sevdik. Dəfələrlə "ən yaxşı kişi aktyor" mükafatını qazanmış Erkan Petekkayanın ömür yolu da çox maraqlıdır.

O, 1970-ci ildə Türkiyənin Elazığ şəhərində doğulsa da, uşaqlığı  İstanbulda keçib. Kiçik olarkən anası ilə atası ayrılıb. Anası yaşca daha kiçik olan qızını götürüb gedib. Erkan atasının himayəsində qalıb. Atası işlədiyi üçün Erkana baxa bilməyib və onu uşaq evinə verib.

"Orda qorxumdan dəliyə dönürdüm. Atam hər gün mənə baş çəkməyə gəlsə də, hər dəfə bir daha onu görməmək qorxusu  ilə yaşayırdım. Yanımdakı uşaqlar belə başa salırdılar. Orda heç bir qohumu, əqrəbası olmayan balaca bir qız vardı. Onunla dostluq edirdim. Bir gün onunla oynayarkən başımı yardı. Alnımdakı çapıq onun xatirəsidir. Müəllimlər dərhal yaxındakı xəstəxanaya aparıb başımı sarıtdırdılar. Axşam atam gəlib başımı sarıqlar içində görüncə bərk əsəbiləşdi. Dəmir şkafın qapısını elə bir hirslə çırpdı ki, o səsi hələ də unuda bilmirəm. Sevindim, bildim ki, məni burdan aparacaq. Apardı. Başım yarıldığı üçü anamla atam barışdı və mən hələ də o zərbəyə görə kiçik dostuma minnətdaram. Bir gün anama yalvardım ki, o qızı da övladlıq götürək. Süfrəyə bir boşqab artıq qoyacaqdıq.  Getdik, yetimxanaya. Amma onu bizdən öncə hamiliyə götürüb aparmışdılar. Onu bir daha görmədim. Əgər məni görürsə, onu unutmadığımı bilsin" - deyə Erkan verdiyi müsahibələrin birində bildirib.

Erkan Petekkaya 17 yaşında təsadüfən bir xalq tamaşasında xəstələnmiş aktyoru əvəz etdikdən sonra aktyor olmaq arzusuna düşüb. Ona qədər niyyəti diplomat olmaq idi.  Səhnəyə bir çıxışı ilə "xəstələnib".

"Hərçənd ilk vaxtlar rejissorlar mənə "odun" deyirdilər, məndən bir şey çıxmayacağını söyləyirdilər. Amma inad elədim, konservatoriyaya daxil oldum, olacam dedim, oldum. Bu sənət dibsiz quyudur, hər gün öyrənmən lazımdır, Mən zirvədəyəm deyə bir şey yoxdur",- deyə Erkan  söyləyib.

Erkan bir zamanlar alkoqol asılılığından əziyyət çəkib. İçki aludəsinə çevrilib. Alkoqolizmdən müalicə olunmaq üçün Hindistana və Rusiyaya gedib. Rusiyada vurulan bir iynə ilə beyninə  təsir edildiyini deyir : "Bir iynə vurdular, səhəri gün daha içki istəmədim. Bir qədəh içincə hər şeyi unudur və çox pis söyüş söyürəm. Özümü kontrol edə bilmirəm. Beynimi yudular bir iynə ilə".

Mövqelərimiz atəşə tutulub like
  • 11 Apr 17:04  
Digərləri Mövqelərimiz atəşə tutulub

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun D

arrow Ətraflı
Aeroportda bağlamadan insan kəlləsi tapıldı  FOTO like
  • 11 Apr 16:48  
Digərləri Aeroportda bağlamadan insan kəlləsi tapıldı FOTO

Rusiya paytaxtı Moskvanın Vnukovo hava limanında skanerlə yoxlamalar zamanı

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 11 Apr 16:40  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yolux

arrow Ətraflı
Şəhərin ən böyük parklarından biri sahibsiz itlərlə doludur  VİDEO like
  • 11 Apr 16:36  
Digərləri Şəhərin ən böyük parklarından biri sahibsiz itlərlə doludur VİDEO

Abşeronda sahibsiz küçə itləri insanlara təhlükə saçır.

arrow Ətraflı
Dövlət başçısı Monteneqronun yeni seçilmiş prezidentini təbrik edib like
  • 11 Apr 16:30  
Siyasət Dövlət başçısı Monteneqronun yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatovi

arrow Ətraflı
"Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər"  FOTO like
  • 11 Apr 16:24  
Şou-biznes "Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər" FOTO

"Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxma�

arrow Ətraflı
Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar?  VİDEO like
  • 11 Apr 16:17  
Siyasət Arzu Nağıyev danışır, bəs sizə nə oldu, həmkarlar? VİDEO

 "Çox danışma - çox düşün. Yaxşı həyat qanunudur". Qədim R

arrow Ətraflı
Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO like
  • 11 Apr 16:12  
Digərləri Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... VİDEO

Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.

arrow Ətraflı
Alimlər az qala özlərini elmə qurban verəcəkdilər  VİDEO like
  • 11 Apr 16:00  
Dünya Alimlər az qala özlərini elmə qurban verəcəkdilər VİDEO

Kamçatkada (Rusiya) "Bezımyannı" vulkanının tədqiqi zamanı ali

arrow Ətraflı
Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir? like
  • 11 Apr 15:54  
Digərləri Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhm

arrow Ətraflı
Murovdağ tunelində son vəziyyət açıqlandı  VİDEO  FOTO like
  • 11 Apr 15:50  
Digərləri Murovdağ tunelində son vəziyyət açıqlandı VİDEO FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının i

arrow Ətraflı
Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi like
  • 11 Apr 15:25  
Digərləri Unibank kartlarında 200 AZN dövriyyə tələbi ləğv edildi

İndi Unibank kart sahiblərinin ay ərzində yüksək keşbek qazanmaq imkanı

arrow Ətraflı