Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz Sürücülərin diqqətinə!
Digərləri 25 Mar 2023 14:32:00 305 0
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılma əsasında nişanların quraşdırlımasına başlanılıb.
Bu xəbəri də oxu: Ömürboyu kasıblığa məhkum bürclər
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılır. Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik.
Onu da qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapmışdır.
Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.

Bölgədəki vəziyyəti fasiləsiz gərginləşdirən Ermənistan yeni hərbi �

Tez-tez yoldaşı Zakir Bayramovla müxtəlif ölkələrə səyahət edən müğ

"Jurnalistlər "ChatGPT" kimi süni intellekt vasitələrinin ort

"Avroviziya" təmsilçimiz Samirə Əfəndi İspaniyanın Barselona ş

ABŞ-nin "Intel" şirkətinin yaradıcılarından Qordon Mur 95 yaşı

Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.

Rəqqasə Fatimə Fətəliyeva Türkiyədə məscidin yanında çəkdirdiyi vide

Martın 24-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən ba

Avtomobil almaq istəyən şəxslərin bəziləri sadəcə onun qiymətinə fiki

Ucarda zəncirvari yol- nəqliyyat hadisəsi baş verib.
