Güclü geomaqnit qasırğası müşahidə olunur


Digərləri 24 Mar 2023 18:48:00 156 0

Güclü geomaqnit qasırğası müşahidə olunur

Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır. STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir. Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır. Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.

TikTok Avroviziyaya sponsor oldu like
  • 24 Mar 18:36  
Digərləri TikTok Avroviziyaya sponsor oldu

TikTok platforması bu il də Avroviziya mahnı müsabiqəsinin rəsmi sponsoru

arrow Ətraflı
Süleyman Soylunun səhhətində problemlər yaranıb like
  • 24 Mar 18:24  
Digərləri Süleyman Soylunun səhhətində problemlər yaranıb

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun səhhətində problemlər

arrow Ətraflı
Bu motosiklet insanları xilas edəcək like
  • 24 Mar 18:12  
Digərləri Bu motosiklet insanları xilas edəcək

Əbu-Dabidə insanların həyatını xilas etmək üçün uçan motosiklet burax

arrow Ətraflı
Evdən 10750 dollar və qızıl oğurlayan şəxs tutuldu like
  • 24 Mar 18:00  
Kriminal Evdən 10750 dollar və qızıl oğurlayan şəxs tutuldu

Sabirabadda evdən 10750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən ş�

arrow Ətraflı
Oruc tutanlar bunları etməlidir like
  • 24 Mar 17:48  
Digərləri Oruc tutanlar bunları etməlidir

Ramazan ayı boyunca oruc tutanların orqanizmi daim enerji sərf edir. İtiril

arrow Ətraflı
İranın molla rejimi insanlığa düşmən kəsilib  Sahil Kərimli like
  • 24 Mar 17:46  
Siyasət İranın molla rejimi insanlığa düşmən kəsilib Sahil Kərimli

İran nəinki bölgə ölkələri üçün, bütün dünya üçün ciddi təhdid

arrow Ətraflı
Fransada etiraz aksiyalarında 457 nəfər həbs edilib like
  • 24 Mar 17:36  
Dünya Fransada etiraz aksiyalarında 457 nəfər həbs edilib

Fransada pensiya islahatlarına qarşı nümayişlərdə saxlanılanların sayı

arrow Ətraflı
DYP "Qarabağ"  “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib like
  • 24 Mar 17:24  
Digərləri DYP "Qarabağ" “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək

arrow Ətraflı
Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir  VİDEO like
  • 24 Mar 17:22  
Siyasət Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraz

arrow Ətraflı
Mahsundan 18 il sonra bir ilk like
  • 24 Mar 17:12  
Şou-biznes Mahsundan 18 il sonra bir ilk

Məşhur müğənni və kinorejissor Mahsun Kırmızıgül 18 ildən sonra ilk d

arrow Ətraflı
İsmayıllıda 67 yaşlı qadın intihar edib like
  • 24 Mar 16:52  
Digərləri İsmayıllıda 67 yaşlı qadın intihar edib

İsmayıllıda intihar hadisəsi baş verib.

arrow Ətraflı
İcarəyə götürdüyü maşını piyadaların üstünə sürdü like
  • 24 Mar 16:44  
Digərləri İcarəyə götürdüyü maşını piyadaların üstünə sürdü

Almaniyada 57 yaşlı kişi hava limanında avtomobili piyadaların üzərinə s

arrow Ətraflı
Brilliantdan Dilarəyə təsəlli: "Biz də qəzada itirmişik..."  VİDEO like
  • 24 Mar 16:40  
Şou-biznes Brilliantdan Dilarəyə təsəlli: "Biz də qəzada itirmişik..." VİDEO

Xalq artisti, müğənni Brilliant Dadaşova mərhum prodüser Oqtay Əliyevlə

arrow Ətraflı
Azərbaycanda bunu edənlərə sərt xəbərdarlıq edilib  VİDEO like
  • 24 Mar 16:28  
Digərləri Azərbaycanda bunu edənlərə sərt xəbərdarlıq edilib VİDEO

Tarixi abidələrə müdaxilə edənlərə sərt xəbərdarlıq edilib.

arrow Ətraflı
Rayon mərkəzində yaşayanlar hələ də odun yandırır  VİDEO like
  • 24 Mar 16:16  
Digərləri Rayon mərkəzində yaşayanlar hələ də odun yandırır VİDEO

Xaçmazın mərkəzində yaşayan sakinlər 10 ilə yaxındır qaz sarıdan əzi

arrow Ətraflı