Hər 3 azərbaycanlıdan biri...


Digərləri 22 Mar 2023 07:53:00 222 0

Hər 3 azərbaycanlıdan biri...

Piylənmə bütün dünyada iqtisadi təsirləri ilə artan ictimai sağlamlıq problemidir.

Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsindəki proqnozda əks olunub ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək. Analitiklər hesab edir ki, bu problemlərə görə Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər.

Təşkilatın qiymətləndirmələrinə görə, 2020-ci ildə bu problem ilə mübarizəyə Azərbaycanda səhiyyə sisteminin xərcləri $108 milyon həcmində qiymətləndirilir, 2025-ci ildə $130 milyon, 2030-cu ildə- $165 milyon, 2035-ci ildə-$210 milyon təşkil edəcək. McKinsey Global İnsitutu konsaltantiq kompaniyasının tədqiqatına görə, piylənmə probleminin dünya iqtisadiyyatına vurduğu ziyan, demək olar ki, silahlı münaqişənin vurduğu zərərə bərabərdir.

Son illərdə artıq çəki və piylənmə dünyada kifayət qədər ciddi problemə çevrilməkdə davam edir. Bu, Azərbaycandan da yan ötüşmür və ölkəmizdə 2 milyondan çox insan piylənmədən əziyyət çəkir.

Həddindən artıq çəki sağlamlığa bir çox cəhətdən zərər verir. Şəkərli diabet, ürək xəstəliyi, osteoartrit və bəzi xərçəng növləri kimi xəstəliklərin inkişaf riskini artırır və ömrü azaldır. Piylənmə və piylənmə ilə bağlı xəstəliklərin müalicəsi ildə milyardlarla dollara başa gəlir.

Gələcəkdə artıq çəkidən əziyyət çəkən hər 3 nəfərdən biri olmamaq üçün necə yaşamalı, qidalanmada nələrə diqqət etməliyik?

Son.az xəbər verir ki, publika.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, Azərbaycanda piylənmədən əziyyət çəkən insanların sayı göstərilən rəqəmlərdən daha artıqdır.

"Bu, qeydiyyatda olan rəqəmlərdir. Piylənmənin əsas səbəblərindən biri insanların gündəlik qəbul etdiyi müasir qidalardır. Qida miqdarını düzgün tənzimləməmək, düzgün saatda qəbul etməmək, hərəkətsizlik və oturaq həyat tərzi də ən başlıca səbəblərdəndir. İnsan orqanizmi gündəlik fərqli maddələr mübadiləsinə malikdir və hər insanın qəbul etdiyi qida eyni miqdarda olsa da, eyni şəkildə həzm olunmur. Xüsusilə də, müasir qidalar deyə adlandırdığımız mənşəyi bəlli olmayan "fast food" qidalar, yüksək karbohidratlı qidalar, ağ un, şəkər və şirniyyatlardır ki, bunlar da zərərli karbohidratlar sırasına daxildir. Həmin qidalar insanda asıllıq yaradır və nə qədər qida qəbul etsə də, onlardan istifadə etdikdə doyma hissi itir. Ona görə də, qidanın miqdarı aşır və orqanizmin qəbul etdiyi şəkər yağlar şəklində orqanizmdə yığılır. Və bu, xüsusən də qaraciyər piylənməsinə səbəb olur".

M.Hüseynovanın sözlərinə görə, gün ərzində oturaq rejim və insanın fiziki aktivlikdə olmaması insanın bel nayihəsində, xüsusilə də, qarında hərəkətsiz yağların toplanmasına səbəb olur. Bununla belə daxili orqanların funksiyası tamamilə sıradan çıxır.

Paşinyan alman deputatlarla regionu müzakirə etdi like
  • 22 Mar 07:47  
Dünya Paşinyan alman deputatlarla regionu müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının spiker müavini

arrow Ətraflı
İlin ən kədərli günü like
  • 22 Mar 07:41  
Digərləri İlin ən kədərli günü

Bir qrup amerikalı tədqiqatçı müəyyən edib ki, 21 yanvar ilin ən depress

arrow Ətraflı
Pakistanlı general pusquya salındı və like
  • 22 Mar 07:35  
Dünya Pakistanlı general pusquya salındı və

Pakistanın Hayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarə

arrow Ətraflı
Həkimlərdən xəbərdarlıq: Bu iynəni uşaqlara vurdurmayın! like
  • 22 Mar 07:29  
Digərləri Həkimlərdən xəbərdarlıq: Bu iynəni uşaqlara vurdurmayın!

Son zamanlar ABŞ-da yeni ənənə formalaşıb. Uşaqlarının qısaboylu oldu�

arrow Ətraflı
Türkiyədə prezident seçkiləri ilə bağlı 11 namizədin müraciəti qəbul edildi like
  • 22 Mar 07:24  
Dünya Türkiyədə prezident seçkiləri ilə bağlı 11 namizədin müraciəti qəbul edildi

Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) mayın 14-ü

arrow Ətraflı
Dünyanın ən xoşbəxt ölkələri like
  • 22 Mar 07:18  
Digərləri Dünyanın ən xoşbəxt ölkələri

Finlandiya ardıcıl altıncı ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçi

arrow Ətraflı
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artır like
  • 22 Mar 07:12  
Dünya Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artır

Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsi

arrow Ətraflı
Pendir yeməsəniz, dəriniz yaxşılaşacaq like
  • 22 Mar 07:07  
Digərləri Pendir yeməsəniz, dəriniz yaxşılaşacaq

Pendir kimi məşhur bir məhsulun həddindən artıq istifadəsi insan orqanizm

arrow Ətraflı
Oksana uşaqlıq fotolarını paylaşdı like
  • 22 Mar 06:22  
Şou-biznes Oksana uşaqlıq fotolarını paylaşdı

Rəqqasə-aktrisa Oksana Rəsulova arxiv fotolarını yayımlayıb. 

arrow Ətraflı
Bu, Putin üçün sanksiyadan daha təhlükəlidir like
  • 22 Mar 05:14  
Dünya Bu, Putin üçün sanksiyadan daha təhlükəlidir

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Ru

arrow Ətraflı
Hadisə 5 milyon xərcləməli olub like
  • 22 Mar 03:57  
Şou-biznes Hadisə 5 milyon xərcləməli olub

İş adamı Mehmet Dinçerlerlə boşandıqdan sonra müğənni Hadisə yeni ev

arrow Ətraflı
Çin ən böyük düşməndir like
  • 22 Mar 02:44  
Dünya Çin ən böyük düşməndir

ABŞ-ın respublikaçı senatoru Coş Houli Çin ilə normal ticarət əlaqələ

arrow Ətraflı
İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir like
  • 22 Mar 00:18  
Digərləri İnsanlar ölümdən sonra bir müddət ətrafı izləyir

ABŞ-dan olan alimlər ölümdən sonra insanların nə hiss etməsini aydınla�

arrow Ətraflı
Günün qoroskopu: ailə büdcəsi və ya maliyyə ehtiyatlarınızla ehtiyatlı olun like
  • 22 Mar 00:01  
Digərləri Günün qoroskopu: ailə büdcəsi və ya maliyyə ehtiyatlarınızla ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib like
  • 21 Mar 23:59  
Digərləri Pakistan Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Novruz bayramı münasib�

arrow Ətraflı