Prezident və xanımı Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar
Siyasət 18 Mar 2023 19:26:00 335 0
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda "Xaçınçay", "Köndələnçay-1", "Köndələnçay-2", "Köndələnçay-3" su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə İlyasova ilə birl

Çin lideri Si Szinpin antiamerika ritorikasını gücləndirib. Öz növbəsind

Cənubi Florida Universitetinin professoru Cozef Dituri insan orqanizminin uzun

Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Məd�

Bu ilin sonuna qədər laçınlıların birinci qrupunun öz rayonlarına yerlə

Xalq artisti Afaq Bəşirqızı ötən gün Axşam.az obyektivinə tuş gəlib.

"20 Yanvar" metro stansiyasının yaxınlığında yaşayan sakinlər

Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim ya
