İlham Əliyev və Mehriban Əliyeva Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar FOTO


Siyasət 18 Mar 2023 19:18:00 206 0

İlham Əliyev və Mehriban Əliyeva Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar  FOTO

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.

Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Bulvardan meyit tapıldı like
  • 18 Mar 18:54  
Digərləri Bulvardan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə

arrow Ətraflı
Rəşad İlyasov xanımı ilə Almaniyada  FOTO like
  • 18 Mar 18:43  
Şou-biznes Rəşad İlyasov xanımı ilə Almaniyada FOTO

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə İlyasova ilə birl

arrow Ətraflı
Bu, ABŞa ciddi zərər verəcək, Çini isə məhv edəcək like
  • 18 Mar 17:48  
Dünya Bu, ABŞa ciddi zərər verəcək, Çini isə məhv edəcək

Çin lideri Si Szinpin antiamerika ritorikasını gücləndirib. Öz növbəsind

arrow Ətraflı
55 yaşlı alim 100 gün suyun altında yaşayacaq  FOTO like
  • 18 Mar 17:36  
Dünya 55 yaşlı alim 100 gün suyun altında yaşayacaq FOTO

Cənubi Florida Universitetinin professoru Cozef Dituri insan orqanizminin uzun

arrow Ətraflı
“Sərhədçi” Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib  FOTOlar like
  • 18 Mar 17:25  
Digərləri “Sərhədçi” Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib FOTOlar

Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Məd�

arrow Ətraflı
Qaz limitinin aradan qaldırılması təklif edildi  VİDEO like
  • 18 Mar 16:58  
Digərləri Qaz limitinin aradan qaldırılması təklif edildi VİDEO

Bu ilin sonuna qədər laçınlıların birinci qrupunun öz rayonlarına yerlə

arrow Ətraflı
Afaq Bəşirqızı həyat yoldaşı ilə qala gecəsinə qatıldı  FOTO like
  • 18 Mar 16:46  
Şou-biznes Afaq Bəşirqızı həyat yoldaşı ilə qala gecəsinə qatıldı FOTO

Xalq artisti Afaq Bəşirqızı ötən gün Axşam.az obyektivinə tuş gəlib.

arrow Ətraflı
“20 Yanvar” metrosu yaxınlıqdakı məhəllə “dava meydanı”na çevrilib? like
  • 18 Mar 16:10  
Digərləri “20 Yanvar” metrosu yaxınlıqdakı məhəllə “dava meydanı”na çevrilib?

"20 Yanvar" metro stansiyasının yaxınlığında yaşayan sakinlər

arrow Ətraflı
İlham Əliyev: Doğma Qarabağda, doğma Zəngəzurda əbədi yaşayacağıq like
  • 18 Mar 15:48  
Siyasət İlham Əliyev: Doğma Qarabağda, doğma Zəngəzurda əbədi yaşayacağıq

Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanm�

arrow Ətraflı
“Bacım dedi, bu oğlana ərə getməlisən”  FOTO like
  • 18 Mar 15:46  
Şou-biznes “Bacım dedi, bu oğlana ərə getməlisən” FOTO

Aparıcı Çinarə Əliyeva nişanlısı Ruslan Rəsulla tanışlığının deta

arrow Ətraflı
Prezident: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın like
  • 18 Mar 15:34  
Siyasət Prezident: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın

Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və

arrow Ətraflı