Yerə tüpürmək, növbəyə durmamaq, qışqıraqışqıra danışmaq “mədəniyyəti” Mentalitet, yoxsa...


Digərləri 11 Mar 2023 08:53:00 186 0

Yerə tüpürmək, növbəyə durmamaq, qışqıraqışqıra danışmaq “mədəniyyəti”  Mentalitet, yoxsa...

"Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi - "bəy" deməyəcəyəm, bəzi insanlar "bəy", "xanım", "ağsaqqal", "ağbirçək" sözlərinə layiq deyillər - boğazını arıtlayıb tüpürdü yerə. Guya işini gizlədirmiş kimi ayaqqabısı ilə də sildi... Üzrlü sayın, bilirəm, çox iyrəncdir. Çöldə yaşlı nümayəndələrinin burun təmizləmələrinə də rast gəlirik. Yaxınlaşdım ona, dedim, a kişi, sən nə edirsən? Şəhərin içində, ictimai yerdə bu nə iyrənclikdir? Dedi, bağışla. Nəyi, hansınızı bağışlayım? Tək mən deyil, biz məcburuq sizin murdar hərəkətlərinizi görməyə?"

Buta.tv-nin  xəbərinə görə, bunu psixoloq Samirə Bağırova bildirib.

"Liftdəki murdarlıqlar, mağazada növbə mədəniyyətinin olmaması... Taksilər külqabı iyi verir, sürücülər avtomobillərdə elə bilirlər, kimsə onları görmür, saatlarla burun, qulaq təmizləyirlər, sonra da gedib kiməsə "salam" verirlər, kiminsə uşağının başını tumarlayırlar. "Tarqovı"da tumu çırtlayırlar, yerə tökürlər, "onsuz da yığışdıracaqlar" deyə düşünürlər. Hansınıza dözək? Sonra da deyirlər, indiki gənclər elə, belə... Məclislərdə gəyirmələriniz, efirlərdə, radiolarda qışqıra-qışqıra danışmağınız, dinləmə mədəniyyətinizin olmaması... Başa düşürəm, hamı təmizkar ola bilməz, amma hamı mədəni olmağa məcburdur. Şəhərdə yaşayırsınızsa, şəhər mədəniyyətinə uyğunlaşmalısınız", - S.Bağırova qeyd edib.

S.Bağırovanın sözləri böyük ölçüdə gerçəkdir və təzə məsələ də sayılmaz. Az qala, hər gün bu qəbildən hansısa naqisliyin şahidi oluruq.

Niyə belə hallar yaşanır? Bu, insanın böyüdüyü, tərbiyə aldığı ailə və məktəb mühiti ilə bağlıdır, yoxsa bir mentalitet məsələsidir? Bəs "şəhər mədəniyyəti" deyilən anlayış varmı? Varsa, demək "kənd mədəniyyəti" də olmalıdır.

Son.az bildirir ki, mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat"a danışıb: "Bütün  bu cür davranışlar, əslinə baxsan, mədəniyyətsizliklər, onunla bağlıdır ki, biz bu məsələlər ilə bağlı müasir dövrün tələblərinə uyğun şəkildə məşğul olmuruq. Prosesləri başlı-başına buraxmışıq. Halbuki günü-gündən mürəkkəbləşən, həssaslaşan, problemləri çox olan cəmiyyətdə bu cür problemləri başlı-başına buraxmaq olmaz. Burada hökmən müasir elmin imkanlarından, alimlərin köməyindən istifadə etmək lazımdır. Müasir elm dedikdə ciddi bir elmi nəzərdə tuturam, yoxsa ki, kiminsə qohumlarından rüşvət hesabına yaratdığı təşkilat deyil.

Hazırda bu məsələ ilə ciddi məşğul olunmur, ya da görmək istəmirlər. Ona görə də bu cür  davranışlara kəskin artmağa başlayıb".

Sosioloq qeyd olunan neqativ davranışların xalqın mentaliteti ilə bağlı olmadığını qeyd edib: "Mən qəti şəkildə bu məsələni xalqımızın  mentalitetinə bağlamıram. Çünki mentalitetlə bağlı olsa, onda gərək insanların hamısı bu cür davranışlar nümayiş etdirsin. İnsanların çox böyük hissəsi bu cür davranmır, yalnız bir qismi bu cürdür. Ona görə bunun mentalitetə dəxli yoxdur. Amma müəyyən bir qrupda yaranan mentalitetdən söhbət gedə bilər. Yəni xalqın mentaliteti deyil. Burada mentalitet dedikdə təkrar olunan davranış nəzərdə tutulur ki, bunun da ortadan götürmək lazımdır. Bu da çətin məsələ deyil, asandır. Qeyd etdiyim kimi, sadəcə, bununla məşğul olmaq lazımdır".

Əhməd Qəşəmoğlu şəhər, kənd mədəniyyəti anlayışının mövcud olduğunu da vurğulayıb: "O adam daha mədənidir ki, ətrafında daha çox ahəng yarada bilib və yaxud ahəng yaradacaq məqsədə doğru fəaliyyətdədir. O adam ki, bu ahəngi pozur, demək ki, o mədəni deyil. Yəni bir adam kənddə ətrafında çox gözəl ahəng yarada, amma gəlib şəhərə o ahəngi poza bilər. Yəni kənddə mədəni, şəhərdə isə mədəniyyətsiz təsiri yarada bilər. Və yaxud əksinə, şəhərdə mədəni davranışı ilə sayılıb, seçilən adam gedib kənddə gərginlik yarada bilər.  Bu baxımdan bəli, kənd və şəhər mədəniyyəti var.

Kənd mədəniyyəti kənd mühitində, kəndin potensialına uyğun olaraq yaranan, şəhər mədəniyyəti isə şəhərin imkanları, tələbləri, şəraitinə uyğun olaraq ahəngdar davranış formasıdır. Yəni insanın mədəniyyətinin formalaşmasında mühit çox böyük  rol oynayır. Həmçinin təhsil, üstünlük verilən dəyərlər də öz böyük təsirini göstərir.  Sovet dövründə bununla bağlı çox ciddi işlər aparılır, məktəblərdə lazımi təbliğat işləri görülürdü. Amma indi bunu görmürük".

Antarktidada dəniz buzunun sahəsi rekord dərəcədə azalıb like
  • 11 Mar 08:48  
Dünya Antarktidada dəniz buzunun sahəsi rekord dərəcədə azalıb

Fevralın sonunda Antarktidada dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilome

arrow Ətraflı
Azərbaycan vətəndaşı İranda yoxa çıxdı  Fərid Səfərli oğurlanıb, yoxsa...? like
  • 11 Mar 08:43  
Digərləri Azərbaycan vətəndaşı İranda yoxa çıxdı Fərid Səfərli oğurlanıb, yoxsa...?

Hüquqşünas: "Dostlarından ona İstanbula gəlməsi üçün bilet almala

arrow Ətraflı
Koronavirusun daha bir təhlükəsi like
  • 11 Mar 08:31  
Digərləri Koronavirusun daha bir təhlükəsi

ABŞ-dan olan həkimlər COVID-19-dan sağalmış təxminən 400 min insanın da

arrow Ətraflı
Məşhur bank müflis oldu like
  • 11 Mar 08:25  
Dünya Məşhur bank müflis oldu

ABŞ-ın Kaliforniya ştatı Maliyyə Mühafizəsi Departamenti ölkənin ən b�

arrow Ətraflı
Bu ölkədə hökumət telefonlarında TikToka qadağa qoyulub like
  • 11 Mar 08:19  
Dünya Bu ölkədə hökumət telefonlarında TikToka qadağa qoyulub

Belçika Milli Təhlükəsizlik Şurası Çin sosial media tətbiqi olan "T

arrow Ətraflı
İrəvanın Qarabağda “anklav” hiyləsi like
  • 11 Mar 08:12  
Siyasət İrəvanın Qarabağda “anklav” hiyləsi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlam

arrow Ətraflı
Mask işçilərinə şəhər tikir  FOTO like
  • 11 Mar 08:06  
Digərləri Mask işçilərinə şəhər tikir FOTO

"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask işçiləri

arrow Ətraflı
Almaniyada polis aptekə hücum edib like
  • 11 Mar 07:53  
Dünya Almaniyada polis aptekə hücum edib

Almaniyanın Karlsrue şəhərində polis xüsusi təyinatlıları naməlum şə

arrow Ətraflı
Zəlzələlərdə bu qədər bina dağıldı like
  • 11 Mar 07:47  
Dünya Zəlzələlərdə bu qədər bina dağıldı

"Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra 820 mind�

arrow Ətraflı
KİV: Putin G20 sammitində iştirak edə bilər like
  • 11 Mar 07:40  
Dünya KİV: Putin G20 sammitində iştirak edə bilər

Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin Hindistanda keçiriləcək sa

arrow Ətraflı
108 nəfərin 260 milyon dollar pulu mənimsənilib like
  • 11 Mar 07:28  
Dünya 108 nəfərin 260 milyon dollar pulu mənimsənilib

Ermənistanda 4 fırıldaqçı 108 vətəndaşın 101 milyon dramını (260 mily

arrow Ətraflı
Zelenskidən bu şirkətlərə sanksiya like
  • 11 Mar 07:22  
Dünya Zelenskidən bu şirkətlərə sanksiya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın "Sportloto" dövlət

arrow Ətraflı
Rus ordusu bu istiqamətlərdə uğursuz cəhdlər etdi like
  • 11 Mar 07:17  
Dünya Rus ordusu bu istiqamətlərdə uğursuz cəhdlər etdi

Rusiya ordusu ötən gün Baxmuta hücum etmək üçün çoxsaylı uğursuz cəh

arrow Ətraflı
Yeni sosial şəbəkə yaradılır like
  • 11 Mar 07:11  
Digərləri Yeni sosial şəbəkə yaradılır

ABŞ-ın "Meta" şirkəti ən son məlumatları paylaşmaq mümkün ol

arrow Ətraflı
Bakıdakı atışmada adı hallanan kriminal aləmin üzvünün görün kiminlə like
  • 11 Mar 07:05  
Kriminal Bakıdakı atışmada adı hallanan kriminal aləmin üzvünün görün kiminlə

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışaman�

arrow Ətraflı