Novruz niyə "farslaşdı"? Süfrəyə qoyulan 7 nemətin sirri...


Digərləri 09 Mar 2023 08:18:00 207 0

Novruz niyə "farslaşdı"? Süfrəyə qoyulan 7 nemətin sirri...

Son.az axar.az-a istinadən filologiya elmləri doktoru, professor Kamil Hüseynoğlunun yazısını təqdim edir.

Milli bayramlar hər bir mədəniyyətin, cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Onlar sadəcə uydurma deyil, cəmiyyətin yaşaması üçün lazım olan obyektiv zərurətlərdən biridir. Milli bayramlar cəmiyyəti birləşdirmək, fərdləri bir-birinə bağlamaq kimi funksiyalardan əlavə, fəlsəfi, dini və siyasi mənalar da daşıyırlar. Belə bayramlar həmçinin insanların gündəlik, adi yekrəng həyatına fərəh, sevinc hissləri qatmaqla onlarda gələcəyə inam və nikbin münasibət yaradır. Bir sıra Yaxın və Orta Şərq xalqlarında olduğu kimi, bizdə də ən mühüm milli bayram Novruzdur.

Novruz təqvim və mövsüm bayramı olduğuna görə həmişə ilin eyni günündə - 20 (21) mart tarixində bayram edilir. Bu bayramın başlıca məqsədi insanlarla təbiət arasında harmoniya yaratmaq, cəmiyyətin həyat və fəaliyyətini təbiət qanunlarına uyğunlaşdırmaq və bununla da insanlara firavanlıq, rifah və xoşbəxtlik gətirməkdir. Eyni zamanda Novruz insanları müqəddəs təbiətlə əlaqələndirmək üçün nəzərdə tutulan bütöv bir fəlsəfi təlimlə, inanc və pərəstiş mərasimləri ilə müşayiət olunur. Burada qüdrətli təbiətin qanunauyğunluqları, onun daima dəyişən və yeniləşən mövsümlərinin sirləri insanlara xüsusi bir sistem əsasında aşılanır. Təbiət ilahiləşdirilir, ona canlı bir qüvvə kimi baxılır və insanlara ona sitayiş formaları izah edilir.

Buna görə də Novruzun dəyəri, gözəlliyi və fəlsəfəsi ümumbəşəri səciyyə daşıyır. Təsadüfi deyil ki, 2010-cu ildə BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz günü kimi elan etmişdir.

Novruz ənənələri ilkin olaraq qədim sak tayfaları arasında yaranıbdır. Mənşəcə sak olan Zərdüşt də öz həmtayfalarının dini inanclarında islahatlar aparmaq məqsədilə onlara yeni mənalar verərək, öz təliminə daxil etmişdir. Həmyerliləri Zərdüştü əcdadların etiqadına müxalif çıxmış bir adam kimi Baykalyanı ərazilərdən qovduqdan sonra o, indiki Əfqanıstan ərazisinə gəlir və Həxamənişi dövlətinin buradakı canişini Viştaspa (I Daranın atası) onun təlimini qəbul edir. Elə həmin zaman (e.ə. 6-cı əsrdə) Zərdüştün yaxın köməkçilərindən olan Cəmaspa (sonrakı rəvayətlərdə - Cəmşid) zərdüştliyi təbliğ etmək məqsədilə Midiyaya gəlir və əvvəlki dinləri I Dara tərəfindən qadağan edilmiş Azərbaycan muğları Zərdüştün təlimini qəbul edirlər. Farslar isə, Daranın bütün səylərinə baxmayaraq, özlərinin qədim Mitra dininə sadiq qalaraq, Zərdüştün təlimini qəbul etmirlər.

Zərdüştilik dini İranda təqribən 1000 il sonra - Sasanilər dövründə yayılmaqda olan xristian dininə qarşı mübarizə vasitəsi kimi qəbul edilir və bu zaman Mitra dininin ayinləri də Zərdüştün dininə qarışdırılaraq, "Avesta" adlanan kitab halına salınır (çünki xristian dininin kitabı var idi). Bunu da təəssüflə qeyd etmək lazımdır ki, indi bizim qeyd etdiyimiz dörd çərşənbə ünsürü də Novruzun yox, həmin Mitra bayramının ünsürləridir. Halbuki 1970-ci illərədək farslardan fərqli olaraq, bizdə Novruzdan əvvəl altı çərşənbə mərasimi və ya ünsürü qeyd edilirdi. O zaman bir neçə il Novruz bizdə rəsmi səviyyədə qeyd edilməyə başlandı. Çərşənbə günləri isə xalq yaddaşında müxtəlif bölgələrdə fərqli adlar daşıyırdı. Əsasən isə "yalançı çərşənbə", "əzəl çərşənbə", "müjdəçi çərşənbə", "gül çərşənbə", "kül çərşənbə" və "ilaxır çərşənbə" adlarından istifadə edilirdi. Buna görə də bizim folklorşünaslara bu adları sistemləşdirmək barədə göstəriş verildi. Onlar isə Novruzun tarixini və sistemini bilmədiklərinə görə mexaniki surətdə fars çərşənbə günlərini və ünsürlərini (su, od, yel və torpaq) götürdülər. Bu ünsürlər Mitra dininin yaranış ünsürləridir. Zərdüştiliyin yaranış əfsanəsinə əsasən isə Ahura Məzda dünyanı yeddi ünsürdən ibarət yaratmışdır: əvvəlcə bütün digər ünsürləri öz əhatəsinə alan və yumurta qabığı formasında olan səmanı, sonra qabığıın aşağı hissəsini dolduran suyu, sonra suyun üzərindəki yastı yeri, yerin üzərində isə bir bitkini, bir buğanı və Kiya Mərtan adlı bir insanı, nəhayət, Günəşin simasında görünən odu (atəşi). Bu ünsürlərdən ibarət olan dünya əvvəllər sabit halda səmanın ortasında dayanırdı. Ancaq sonra qaranlıqda yatmış şər tanrısı Əhrimən Günəş işığından oyanıb qəzəblənir və Ahura Məzdanın yaratdığı dünya üzərinə hücuma keçir. O, səmanı yarır, suyu bulandırır, yerin hamar səthini kələ-kötür edir, bitkini susuz qoyaraq qurudur, buğanı və insanı öldürür, odu tüstüyə yoluxdurur. Bunu görən Ahura Məzda dünyanı hərəkətə gətirir: Günəş dövr etməyə, gecə ilə gündüz əvəzlənməyə, sular axmağa, bitki, buğa və insan da canlanmağa başlayırlar. Öz yaratdıqlarını Əhrimənin gələcək hücumlarından qorumaq üçün Ahura Məzda yeddi "ölməz mələk" ("ameşa spentə") yaradır ki, onlardan hər biri bir ünsürün qoruyucusu olsun.

Məlumdur ki, zərdüştilik təliminin əsasında xeyirlə şərin əbədi mübarizəsi dayanır. Bu mübarizə sonda xeyir qüvvələrin qələbəsi ilə nəticələnməlidir. Ancaq hələlik gah xeyir qüvvələri, gah də şər qüvvələri üstün gəlirlər. Bu təlimdə il iki fəslə bölünür və belə hesab edilir ki, yayda xeyir, qışda isə şər qüvvələri üstünlük təşkil edirlər. Məhz bu səbəbdən də qışda insanlar, heyvanlar və bütün təbiət soyuq, xəstəlik və aclıqdan əziyyət çəkirlər. Qışın ortalarında şər qüvvələri o qədər güclənirlər ki, insanlar qoruyucu mələkləri köməyə çağırmağa məcbur olurlar. Hər çərşənbə günü onlar mərasimlər keçirərək, qoruyucu mələklərdən birinə müraciət etməyə başlayırlar. Nəhayət, axır çərşənbə axşamı qoruyucu mələklər və insanların ölmüş qohumlarının ruhları yerə yaxınlaşmağa başlayırlar. Novruz ərəfəsində evlərin, həyət-bacaların təmizlənməsi, yeni paltarlar alınması və s. də məhz bu "qonaqların" qarşılanması üçündür. Axır çərşənbə axşamı isə hətta kasıb adamlar belə öz qohumlarınınn ruhları və mələklərin şərəfinə bacardıqları səviyyədə bol süfrə açmalıdırlar. Həmçinin bu günü küsənlər barışmalı, hamı yaxşı sözlər danışmalı, mehriban olmalıdırlar ki, ruhlar və mələklər onlardan razı qalsınlar. Eləcə də ölmüş qohumların qəbri ziyarət edilməli, onların ruhuna ehsan verilməlidir. Bu səbəbdən də Cənubi Azərbaycanda axır çərşənbəyə "Ölülər bayramı" da deyilir. Axşam qaranlıq düşəndən sonra ruhlar öz evlərini və qohumlarını işıqda tanıyıb, evə tez çatsınlar deyə damların üstündə və digər hündür yerlərdə tonqal qalayıb, onun üstündən tullanırlar. Ancaq Novruz mərasimlərinin qədim mənaları unudulduğuna görə indi insanlar elə bilirlər ki, xəstəlik və azarlardan təmizlənmək üçün tonqalın üzərindən tullanırlar, halbuki zərdüştilikdə od çox müqəddəs sayılır və onu çirkləndirmək günah hesab edilir.

Ruhlar və mələklər "gəlib çıxandan" sonra onların şərəfinə qonaqlıq başlayır. Ruhlar öz paylarını almaq üçün qapı və bacalardan torba sallayırlar. Ev sahibləri isə bu torbalara ən yaxşı yeməklərdən qoymalıdırlar.

Axır çərşənbə axşamının səhəri isə insanlar onlara köməyə gəlmiş ruhlar və mələklərin yardımı ilə şər qüvvələrlə mübarizəyə başlayırlar, yəni bu mübarizəni təcəssüm etdirən mərasimlər keçirirlər. Bizdə bu mərasimlərdən ən çox tanınanı keçəllə kosa arasındakı tamaşadır. Burada keçəl təbiəti keçəlləşdirmiş qışın, kosa isə xeyir-bərəkət rəmzi olan keçinin və baharın simvollarıdır. Bu mübarizədə kosa keçələ, yəni bahar qışa qalib gəlir. Bəzi rayonlarda (məsələn, Ordubadda) qışda ağalıq edən Əhrimən "xan" kimi geyindirilir və sonda onu götürüb suya atırlar. Gürcüstanın Muğanlı kəndində isə son zamanlara qədər şər qüvvələr rolunu "keçəpapaqlar" adlanan insanlar oynayırmışlar. Onlar adamlara əziyyət verir, onları "döyüb, pullarını alırmışlar". Sakinlər isə onları yumurta ilə vururmuşlar (S.Rzasoy. Muğanlıda Novruz karnavalı. Tbilisi. 2014. s. 35).

Ərdoğan Putin və Zelenski arasında like
  • 09 Mar 08:06  
Dünya Ərdoğan Putin və Zelenski arasında

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə İstanbulda Rusiya və Uk

arrow Ətraflı
Varlamov Türkmənistan vətəndaşı oldu like
  • 09 Mar 08:01  
Dünya Varlamov Türkmənistan vətəndaşı oldu

Rusiyalı urbanist bloqer İlya Varlamov öz sosial şəbəkə səhifəsində T�

arrow Ətraflı
Quterreş Zelenski ilə görüşüb like
  • 09 Mar 07:55  
Dünya Quterreş Zelenski ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü, martın 8-də ölkə

arrow Ətraflı
NATOdan Gürcüstan açıqlaması like
  • 09 Mar 07:50  
Dünya NATOdan Gürcüstan açıqlaması

NATO Tbilisidə 1-ci oxunuşda qəbul edilmiş qanun layihəsindən narahatdır.

arrow Ətraflı
Şimali Koreya nüvə arsenalını genişləndirməkdə qərarlıdır like
  • 09 Mar 07:44  
Dünya Şimali Koreya nüvə arsenalını genişləndirməkdə qərarlıdır

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə arsenalını genişləndirmə

arrow Ətraflı
Bakıda bank mühafizəçisi iş vaxtı like
  • 09 Mar 07:38  
Kriminal Bakıda bank mühafizəçisi iş vaxtı

Bakının Nərimanov rayonunda dava zamanı mühafizəçi döyülüb.

arrow Ətraflı
Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya like
  • 09 Mar 07:32  
Dünya Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya

Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraq

arrow Ətraflı
Ana və oğul qəzaya düşüb, like
  • 09 Mar 07:27  
Digərləri Ana və oğul qəzaya düşüb,

Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.

arrow Ətraflı
Quterreşdən Gürcüstandakı hadisələrlə bağlı çağırış like
  • 09 Mar 07:22  
Dünya Quterreşdən Gürcüstandakı hadisələrlə bağlı çağırış

BMT-nin baş katibi Antonio Quterreş xarici agentlər haqqında qanun layihəsi

arrow Ətraflı
ABŞ kəşfiyyatı: Rusiya bu sahədə dünyada ən güclüdür like
  • 09 Mar 07:17  
Dünya ABŞ kəşfiyyatı: Rusiya bu sahədə dünyada ən güclüdür

Rusiyanın nüvə arsenalı dünyanın ən güclüsüdür.

arrow Ətraflı
Gürcüstanda gecə saatlarında da etirazlar davam edir, like
  • 09 Mar 07:11  
Dünya Gürcüstanda gecə saatlarında da etirazlar davam edir,

Tbilisinin mərkəzində etirazlar gecə saatlarında da davam edir.

arrow Ətraflı
Zurabişvili: "Hakimiyyət dərk etməlidir ki..." like
  • 09 Mar 07:05  
Dünya Zurabişvili: "Hakimiyyət dərk etməlidir ki..."

Bizim cəmiyyət təəssüf ki, hakimiyyətdən daha demokratikdir. Bu cəmiyyə

arrow Ətraflı
Sevda qızıyla like
  • 09 Mar 04:42  
Şou-biznes Sevda qızıyla

Müğənni Sevda Yahyayeva növbəti dəfə qızı Ayla ilə görüntüsünü pa

arrow Ətraflı
Vatsapda bu da mümkün olacaq like
  • 09 Mar 03:36  
Digərləri Vatsapda bu da mümkün olacaq

Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır.

arrow Ətraflı
Bakı hazırlıq görür: like
  • 09 Mar 02:43  
Siyasət Bakı hazırlıq görür:

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermə

arrow Ətraflı