Ermənistanda təhlükəli xəstəlik:


Digərləri 08 Mar 2023 16:42:00 193 0

Ermənistanda təhlükəli xəstəlik:

Əhalinin stabil olaraq yüksək səviyyədə qızılca və məxmərəyə qarşı peyvəndlərlə əhatə olunması nəticəsində 2019-cu ilin iyul ayından başlayaraq Azərbaycanda endemik qızılca xəstəliyi qeydə alınmayıb.

Son.az xəbər verir ki, bu barədə Axar.az-ın qızılca xəstəliyi ilə bağlı sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qızılca virusu yalnız insanı yoluxdurduğu üçün xəstəliyin eliminasiyasına (müəyyən bir xəstəliyin nəzərdə tutulmuş ərazidən tamamilə silinib təmizlənməsi) nail olmaq mümkündür:

"Qızılca virusu yüksək kontagiozlu mikroorqanizmlərdəndir. İnfeksiya mənbəyi ilə (xəstə insan) təmasda olduqdan sonra insan 90% xəstələnir. Qızılca hava-damcı yolu ilə yayılır. Virusla təmasdan sonra xəstəliyin simptomları əmələ gələnədək inkubasiya dövrü adətən 10-12 gün təşkil edir (7-18 günədək dəyişə bilər).

Qızılcalı xəstələr səpki əmələ gəldikdən 4 gün əvvəl və səpki əmələ gəldikdən 4 gün sonrayadək yoluxucu hesab edilirlər. Qızılca səpkisinə bənzər səpki bir sıra yoluxucu xəstəliklərdə də ola bilər. Buna görə də qızılcanın differensial diaqnostikası üçün laborator müayinənin aparılması vacibdir. Qızılca xəstəliyi üçün səpki ilə yanaşı digər kliniki əlamətlər - öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 dərəcə olması və konyuktivit də xarakterikdir.

Azərbaycanda yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bir çox xəstəliklər, o cümlədən qızılca xəstəliyi eliminasiya olunub. Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən, qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. Milli səviyyədə peyvəndlərlə əhatənin yüksək səviyyəsinin (95-98%) saxlanılması, qızılca və məxmərəyə şübhəli bütün hadisələrin tam və aktiv aşkarlanması, onların mütləq laborator müayinəsi, qızılca xəstəliyi üzərində effektiv epidemioloji nəzarətin aparılması və vaxtında operativ qərarların qəbul edilməsi ölkənin infeksiya üzrə eliminasiya statusunun qorunub saxlanılmasında əsas rol oynayır".

Qeyd edək ki, hazırda Ermənistanda qızılcaya yoluxanların sayı artır.

İlham Əliyev: Gələn illərdə Avropa İttifaqı ilə ticarətin həcmi artacaq like
  • 08 Mar 16:32  
Siyasət İlham Əliyev: Gələn illərdə Avropa İttifaqı ilə ticarətin həcmi artacaq

Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələ

arrow Ətraflı
Tanınmış aktrisa əməliyyat olundu like
  • 08 Mar 16:31  
Şou-biznes Tanınmış aktrisa əməliyyat olundu

Məşhur türkiyəli aktrisa, "Üç kız kardeş" serialının baş ro

arrow Ətraflı
Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır like
  • 08 Mar 16:28  
Siyasət Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır

Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Kom

arrow Ətraflı
Latviya Prezidenti Egils Levits Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib like
  • 08 Mar 16:27  
Siyasət Latviya Prezidenti Egils Levits Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils

arrow Ətraflı
Rusiya 300 min əsgərlə hücuma hazırlaşır like
  • 08 Mar 16:20  
Dünya Rusiya 300 min əsgərlə hücuma hazırlaşır

Ukraynanın şərqində Rusiya qüvvələri Luqansk vilayətindən Donetsk vilay

arrow Ətraflı
“Şəxsi həyatım mənə aiddir, heç kimə yox” like
  • 08 Mar 16:09  
Şou-biznes “Şəxsi həyatım mənə aiddir, heç kimə yox”

"Mənim şəxsi həyatım, ailəm mənə aiddir. Heç kimə yox. Hər zaman

arrow Ətraflı
Bahalaşan meyvəyə bəzi vətəndaşlar çıxış yolu tapdılar like
  • 08 Mar 15:58  
Dünya Bahalaşan meyvəyə bəzi vətəndaşlar çıxış yolu tapdılar

İspaniyada rekord qiymət artımı fonunda tərəvəz və meyvələrin birbaşa

arrow Ətraflı
Prezident: Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq like
  • 08 Mar 15:50  
Siyasət Prezident: Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq

Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəm

arrow Ətraflı
İlham Əliyev: Aİ ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq like
  • 08 Mar 15:47  
Siyasət İlham Əliyev: Aİ ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq

Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa �

arrow Ətraflı
Krımı azad etmək asandır, yoxsa Donbası? like
  • 08 Mar 15:47  
Digərləri Krımı azad etmək asandır, yoxsa Donbası?

Bu gün Krımı azad etmək Donbasdan daha asandır.

arrow Ətraflı
Azərbaycan və Latviya prezidentlərinin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub like
  • 08 Mar 15:41  
Siyasət Azərbaycan və Latviya prezidentlərinin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 8-də Azərbaycan Respublika

arrow Ətraflı
DİN: Martın 7də axtarışda olan 89 nəfər saxlanıb like
  • 08 Mar 15:36  
Kriminal DİN: Martın 7də axtarışda olan 89 nəfər saxlanıb

Martın 7-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən ba�

arrow Ətraflı
Avtomobil yolunda uçqun: 1 ÖLÜ, 6 YARALI like
  • 08 Mar 15:25  
Dünya Avtomobil yolunda uçqun: 1 ÖLÜ, 6 YARALI

Hindistanda təmir zamanı dağ yolunda uçqun baş verib. 

arrow Ətraflı