Bakıda hipermarketə silahlı basqının detalları "Qabaqcadan hazırlanan..." VİDEO


Kriminal 07 Mar 2023 15:33:00 221 0

Bakıda hipermarketə silahlı basqının detalları  "Qabaqcadan hazırlanan..."  VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib.

Son.az sfera.az-a istinadla xəbər verir ki, "Xəbərertəsi" verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib:

"Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil edilib. Qabaqcadan hazırlanan, bir neçə şəxs tərəfindən planlaşdırılan cinayət idi ki, o ünvana gedilib bu hadisə törədilsin.

Nəticədə oradan külli miqdarda vəsait talanmalı idi. Gəlin baxaq, o cinayətkarlar həmin informasiya-kommunikasiya vasitələrini də nəzərə almışdılar. Bilirdilər ki, harada kameralar var. Amma onların nəzərə almadıqları bir çox cəhətlər var idi ki, onlar ondan məlumatsız idilər. Əvvəl cinayəti törədənlərin şəxsiyyəti müəyyən edildi. Onlar hansı ünvana gedə bilər o ünvanlar nəzarətə götürüldü".

Xatırladaq ki, 3 gün əvvəl Xətai rayonunda yerləşən hipermarketlərdən birində silahlı basqın edilib. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib.

Şəxslərin yeri müəyyən ediləndə onlar polisə odlu silahdan atəş açmağa başlayıblar. Avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.

Ətraflı videoda:

Füzulidə incəsənət məktəbinin təməli qoyuldu  FOTO like
  • 07 Mar 15:32  
Digərləri Füzulidə incəsənət məktəbinin təməli qoyuldu FOTO

Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikas�

arrow Ətraflı
Təyyarənin mühərrikinə girən quş sərnişinlərə həyəcanlı anlar yaşatdı  VİDEO like
  • 07 Mar 15:30  
Dünya Təyyarənin mühərrikinə girən quş sərnişinlərə həyəcanlı anlar yaşatdı VİDEO

Kubadan Floridaya (ABŞ) uçuş həyata keçirən təyyarənin mühərrikinə qu

arrow Ətraflı
Bu qətnamələrinin siyahısı təsdiqləndi like
  • 07 Mar 15:25  
Digərləri Bu qətnamələrinin siyahısı təsdiqləndi

Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının al

arrow Ətraflı
Qadınların kriptovalyuta birjasında iştirakı stimullaşdırılır like
  • 07 Mar 15:18  
Digərləri Qadınların kriptovalyuta birjasında iştirakı stimullaşdırılır

Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance 8 Mart Beynəlxalq Qa

arrow Ətraflı
Müşfiq Əmirov sədr seçildi like
  • 07 Mar 15:17  
Digərləri Müşfiq Əmirov sədr seçildi

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar İşçiləri Həmlka

arrow Ətraflı
83 kq narkotiki ölkəyə keçirməyə çalışan dəstə üzvləri saxlanıldı  VİDEO  FOTO like
  • 07 Mar 15:15  
Kriminal 83 kq narkotiki ölkəyə keçirməyə çalışan dəstə üzvləri saxlanıldı VİDEO FOTO

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tər

arrow Ətraflı
Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatların məxfi detalları AzTVdə like
  • 07 Mar 15:08  
Siyasət Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatların məxfi detalları AzTVdə

Azərbaycan Televiziyası (AzTV) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) &

arrow Ətraflı
“CinemaPlus”da türk ailə komediyası “Ne olacak halim?” like
  • 07 Mar 15:00  
Kriminal “CinemaPlus”da türk ailə komediyası “Ne olacak halim?”

"CinemaPlus" kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən &qu

arrow Ətraflı
Səidə Sultandan sinə əməliyyatı ilə bağlı ETİRAF like
  • 07 Mar 14:58  
Şou-biznes Səidə Sultandan sinə əməliyyatı ilə bağlı ETİRAF

"Plastik əməliyyatlar bizim cəmiyyətdə də adiləşib. Mən özüm də

arrow Ətraflı
Qəbiristanlıqda 60a yaxın ağac kəsilib like
  • 07 Mar 14:47  
Digərləri Qəbiristanlıqda 60a yaxın ağac kəsilib

Ağacların kütləvi kəsilməsi faktları kəndin girəcəyində olan 2 qədim

arrow Ətraflı
Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu like
  • 07 Mar 14:36  
Digərləri Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu

"Mingəçevir" futbol klubunu daşıyan avtobus yük maşını ilə to

arrow Ətraflı
16 ailə hər an ölümlə üzüzə yaşayır like
  • 07 Mar 14:25  
Digərləri 16 ailə hər an ölümlə üzüzə yaşayır

1 əsrdən çox yaşı olan bina hər an uça bilər. Söhbət Sabunçu rayonu Z

arrow Ətraflı
İran Hacı Şahinin məzarından da ƏL ÇƏKMİR like
  • 07 Mar 14:19  
Siyasət İran Hacı Şahinin məzarından da ƏL ÇƏKMİR

Məşhur ilahiyyatçı alim Hacı Şahin Həsənlinin günlər öncə ürəktutm

arrow Ətraflı
"Bu, bir yuxudur..."  İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni like
  • 07 Mar 14:14  
Şou-biznes "Bu, bir yuxudur..." İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni

Müğənni Çingiz Mustafayev bir müddət əvvəl yenidən İndoneziyaya yollan

arrow Ətraflı