Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatların məxfi detalları AzTVdə


Siyasət 07 Mar 2023 15:08:00 201 0

Heydər Əliyevin şəxsən iştirak etdiyi əməliyyatların məxfi detalları AzTVdə

Azərbaycan Televiziyası (AzTV) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "Heydər Əliyev İli" çərçivəsində "Konfidensial" adlı birgə layihəyə start verir.

Son.az Trend-ə istinadən bildirir ki, sənədli silsilənin ilk buraxılışı bu gün saat 22:15-də AzTV-də efirə gedəcək. Birinci hissə "Naturalist" əməliyyatına həsr olunub. Sözügedən əməliyyat Almaniya Federativ Respublikası vətəndaşı, "müstəqil jurnalist" V.B.-nin sovet xüsusi xidmət orqanına cəlb edilməsi haqqındadır.

Ulu Öndər Heydər Əliyev prosesdə şəxsən iştirak edib, "ikili agent" qismində çıxış edən alman vətəndaşla psixoloji kontakt yaradıb. Həmin söhbətin nadir fotoşəkli şərh olunacaq, məzmunu stenoqram sənədinə istinadən təqdim ediləcək.

Qeyd edək ki, sənədli silsilənin ilk buraxılışları Ulu Öndər Heydər Əliyevin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan SSR DTK-da müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş əməliyyat tədbirlərinə həsr olunacaq. "Konfidensial"da istifadə olunan çoxgedişli kombinasiyaların mütərəqqiliyi göstəriləcək, beynəlxalq təcrübə ilə müqayisəli təhlillər aparılacaq, xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi kimi tədris olunan fəndlərdən danışılacaq. Sonrakı buraxılışlarda isə dövlət təhlükəsizliyinə təhdid olan müasir çağırışlar yer alacaq. Bura müxtəlif ölkələrin xarici xidmət orqanlarının ölkəmizdə həyata keçirmək istədiyi layihələrin məqsədi, əsl mahiyyətinin izahı daxildir.

"Konfidensial"ın ərsəyə gəlməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin xüsusi rolu var. Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, operatorları Elburus Musayev və Cavid Əliyevdir.

"Konfidensial" sənədli silsiləsinin özəlliyi ondan ibarətdir ki, DTX-nin nümayiş olunacaq arxiv materiallarından bəziləri indiyədək ictimaiyyətə açıqlanmayıb və hələ də "tam məxfi" qrifi altında saxlanılırlar.


Xəbərə aid video

“CinemaPlus”da türk ailə komediyası “Ne olacak halim?” like
  • 07 Mar 15:00  
Kriminal “CinemaPlus”da türk ailə komediyası “Ne olacak halim?”

"CinemaPlus" kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən &qu

arrow Ətraflı
Səidə Sultandan sinə əməliyyatı ilə bağlı ETİRAF like
  • 07 Mar 14:58  
Şou-biznes Səidə Sultandan sinə əməliyyatı ilə bağlı ETİRAF

"Plastik əməliyyatlar bizim cəmiyyətdə də adiləşib. Mən özüm də

arrow Ətraflı
Qəbiristanlıqda 60a yaxın ağac kəsilib like
  • 07 Mar 14:47  
Digərləri Qəbiristanlıqda 60a yaxın ağac kəsilib

Ağacların kütləvi kəsilməsi faktları kəndin girəcəyində olan 2 qədim

arrow Ətraflı
Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu like
  • 07 Mar 14:36  
Digərləri Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu

"Mingəçevir" futbol klubunu daşıyan avtobus yük maşını ilə to

arrow Ətraflı
16 ailə hər an ölümlə üzüzə yaşayır like
  • 07 Mar 14:25  
Digərləri 16 ailə hər an ölümlə üzüzə yaşayır

1 əsrdən çox yaşı olan bina hər an uça bilər. Söhbət Sabunçu rayonu Z

arrow Ətraflı
İran Hacı Şahinin məzarından da ƏL ÇƏKMİR like
  • 07 Mar 14:19  
Siyasət İran Hacı Şahinin məzarından da ƏL ÇƏKMİR

Məşhur ilahiyyatçı alim Hacı Şahin Həsənlinin günlər öncə ürəktutm

arrow Ətraflı
"Bu, bir yuxudur..."  İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni like
  • 07 Mar 14:14  
Şou-biznes "Bu, bir yuxudur..." İndoneziyaya yollanaraq, orada yaşayan azərbaycanlı müğənni

Müğənni Çingiz Mustafayev bir müddət əvvəl yenidən İndoneziyaya yollan

arrow Ətraflı
Apteklərdə yol verilən qanunsuzluqlar like
  • 07 Mar 13:52  
Digərləri Apteklərdə yol verilən qanunsuzluqlar

Vətəndaşlar hesab edir ki, həyat üçün təhlükə yarandığı halda aptek

arrow Ətraflı
8 Martda metro qatarlarının like
  • 07 Mar 13:46  
Digərləri 8 Martda metro qatarlarının

8 Mart - Beynəlxalq Qadınlar Günü Bakı metropoliteni xətlərində qatarlar

arrow Ətraflı
Zəlzələ bölgəsindən qayıdan aktyor “Instagram”ını “təmizlədi”: like
  • 07 Mar 13:41  
Digərləri Zəlzələ bölgəsindən qayıdan aktyor “Instagram”ını “təmizlədi”:

Məşhur türkiyəli aktyor Uraz Kaygılaroğlu "Instagram" hesabında

arrow Ətraflı
Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib like
  • 07 Mar 13:25  
Siyasət Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

Milli Məclis 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Birinci vi

arrow Ətraflı
İran Hacı Şahinin ölümündən bu cür istifadə edir like
  • 07 Mar 13:19  
Digərləri İran Hacı Şahinin ölümündən bu cür istifadə edir

Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərg

arrow Ətraflı
Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb like
  • 07 Mar 13:08  
Digərləri Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb

Bakının Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən

arrow Ətraflı
Tanınmışlar 8 Martı necə keçirəcəklər? like
  • 07 Mar 12:57  
Şou-biznes Tanınmışlar 8 Martı necə keçirəcəklər?

8 Mart Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Kimisi verəcəyi hədiyyəni

arrow Ətraflı
WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır like
  • 07 Mar 12:46  
Digərləri WhatsApp “Müddəti Bitmiş Qruplar” adlı yeni funksiya hazırlayır

WhatsApp "Müddəti Bitmiş Qruplar" adlı yeni funksiya hazırlayır.

arrow Ətraflı