Kürün bu FOTOları narahatlıq yaratdı...


Digərləri 06 Mar 2023 16:36:00 189 0

Kürün bu FOTOları narahatlıq yaratdı...

Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun səviyyəsi kəskin azalıb. Xüsusən, çayın Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində quruma hiss olunur.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılır. Qeyd olunur ki, bu səbəbdən hazırda həmin rayonların Kür çayı boyunca yerləşən kəndlərində ciddi içməli su problemi yaşanır. Ehtimal olunur ki, yaxın vaxtlarda əkin sahələrində yaz suvarmasına başlanıldıqdan sonra problemin miqyası daha da böyüyəcək.

Kürün suyunun quruması ilə bağlı təhlükə varmı? Bu ekoloji tarazlığın pozulmasına səbəb ola bilərmi?

Problemlə bağlı ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyevlə əlaqə saxladıq. O, son bir neçə il ərzində Kürün suyunun 20-25 faiz azaldığını təsdiqlədi: "Kür çayında suyun azalması, birinci növbədə, iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir. Çayın çoxillik rejimində azalma müşahidə olunur. Temperaturun, buxarlanmanın artması, yağıntının azalması Kür çayı və onun qollarında sululuğun son 30 ildə 10-15 faiz, son bir neçə ildə isə 20-25 faiz azalmasına səbəb olub. Biz Kürdə və onun qollarında son illərdə su qıtlığı hiss edirik. Bundan başqa, Kürdə suyun azalması həm də mövsümi tərəddüdlə bağlıdır. Qış mövsümü adətən azsulu dövr olduğundan qışda su aşağı olur, buna eyni zamanda iqlim dəyimələrinin təsirini də əlavə eləsək, suda ümumi azalma müşahidə olunur. Kürdə suyun sürəti aşağı olduğundan orada axın da güclü olmur".

Xidmət rəsmisi əlavə edib ki, mart ayında, adətən, qarın əriməsi, yağışların düşməsi ilə əlaqədar Kür çayına daxil olan axım artacaq. Son 2 gündə bu, özünü hiss etdirir: "Son iki gündə həm Kür, həm də Qanıx çayı ilə daxil olan sularda artım müşahidə edilir. Bu artım imkan verir ki, Kürün aşağı axınında da suyun sərfini bir qədər artıraq. Yaxın günlərdə bu müsbət dəyişiklik öz təsirini göstərəcək". 

Könül boşandığını ilk dəfə etiraf etdi  FOTO like
  • 06 Mar 16:27  
Şou-biznes Könül boşandığını ilk dəfə etiraf etdi FOTO

Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını ilk də

arrow Ətraflı
Rasim Məmmədova hökm oxundu like
  • 06 Mar 16:17  
Digərləri Rasim Məmmədova hökm oxundu

"İctimai Nəzarət Koalisiyası" İctimai Birliyinin sədri Rasim Mə

arrow Ətraflı
Ceyhun Bayramov Qətərdə Mişel Sison ilə görüşdü like
  • 06 Mar 16:15  
Siyasət Ceyhun Bayramov Qətərdə Mişel Sison ilə görüşdü

6 mart 2023-cü il tarixində Qətər Dövlətinə işgüzar səfəri çərçiv�

arrow Ətraflı
Serialdakı bu görüntülər dini tənqid kimi qəbul olundu  VİDEO like
  • 06 Mar 16:14  
Şou-biznes Serialdakı bu görüntülər dini tənqid kimi qəbul olundu VİDEO

"Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialının

arrow Ətraflı
Gürcüstan parlamentində dava düşüb  VİDEO like
  • 06 Mar 16:03  
Dünya Gürcüstan parlamentində dava düşüb VİDEO

Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsinin iclası zamanı dep

arrow Ətraflı
Atışmada xəsarət alanlardan biri evə buraxıldı like
  • 06 Mar 15:50  
Digərləri Atışmada xəsarət alanlardan biri evə buraxıldı

Bakının Xətai rayonunda baş verən atışmada xəsarət alan şəxslərdən

arrow Ətraflı
Mətanət İsgəndərlidən qardaşı ilə bağlı açıqlama : "Ömrünə az qalıb..."  VİDEO like
  • 06 Mar 15:41  
Şou-biznes Mətanət İsgəndərlidən qardaşı ilə bağlı açıqlama : "Ömrünə az qalıb..." VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin qardaşının səhhəti pisləşib.

arrow Ətraflı
Şəhid Eşqin Hüseynov like
  • 06 Mar 15:40  
Digərləri Şəhid Eşqin Hüseynov

Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin təxribatı nəticəsind�

arrow Ətraflı
Morqda VİDEO çəkərkən heyrətə gəldi  “Ölü” dirildi like
  • 06 Mar 15:30  
Dünya Morqda VİDEO çəkərkən heyrətə gəldi “Ölü” dirildi

Türkiyədə zəlzələlərdən sonra dağıntılar altından çıxarılan uşaq

arrow Ətraflı
İki amerikalı Ermənistan ərazisindən Rusiyaya hərbi texnika göndərdiyinə görə həbs olundu  VİDEO like
  • 06 Mar 15:19  
Dünya İki amerikalı Ermənistan ərazisindən Rusiyaya hərbi texnika göndərdiyinə görə həbs olundu VİDEO

ABŞ-nin Kanzas ştatından olan iki kişi Ermənistan ərazisindən Rusiyaya av

arrow Ətraflı
Atışmada yaralanan Unibank əməkdaşının vəziyyəti açıqlandı like
  • 06 Mar 15:06  
Digərləri Atışmada yaralanan Unibank əməkdaşının vəziyyəti açıqlandı

Bakının Xətai rayonunda baş verən atışma zamanı yaralanan Unibank əmək

arrow Ətraflı
DİNdən metroda terror olacağı iddiasına REAKSİYA like
  • 06 Mar 14:57  
Digərləri DİNdən metroda terror olacağı iddiasına REAKSİYA

Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi bar�

arrow Ətraflı
İlham Əliyev Aİnin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib like
  • 06 Mar 14:49  
Siyasət İlham Əliyev Aİnin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı