Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi


Kriminal 05 Mar 2023 12:10:00 285 0

Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi

Son.az Kulis.az-a istinadən aktrisa, qiraətçi, Xalq artisti Əminə Yusifqızı haqqında maraqlı faktları təqdim edir.

Əminə Yusifqardaş qızı Yusifova 24 sentyabr 1936-cı ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Orta məktəbin yeddinci sinfinə qədər Bakıxanov qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır. Sonrakı illərdə isə ailəsi Sabunçu qəsəbəsinə köçdüyündən təhsilini Sabunçu qəsəbəsində davam etdirir.

***

Özünü müəllif kimi öldürməsə, oxucu kimi onun qanını içəcəm - Hekayə müzakirəsi 1961-ci ildə M. F. Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirir.

Aktrisaya ən çox uğur gətirən rolu Səməd Vurğunun eyniadlı poeması əsasında hazırlanan "Komsomol poeması" tamaşasındakı Humay rolu olub. Bu roldan sonra yaradıcı heyət SSRİ-i mükafatına layiq görülüb. Tamaşanın növbəti nümayişi isə Kremldə baş tutub.

***

Aktrisa olmasına qardaşı razı olmayıb. Qardaşından gizlin teatra gedib-gələn aktrisanın anası ona çox dəstək olub, oğlundan Əminənin teatra getməsini uzun müddət gizlədib.

***

İnstitutun birinci kursundan artıq Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan Əminə xanım yenicə ailə qurduğundan azyaşlı uşağını böyütməklə bərabər, həm də karyerasını qurmağa çalışır. Günün on səkkiz saatını işlədiyini deyən aktrisa radio verilişlərinə, teatrda, dublyaj studiyasında çalışmaqla yanaşı, həm də ali təhsilini davam etdirməyə müvəffəq olur.

Ancaq bütün bunlarla yanaşı aktrisa dövlət tərəfindən verilən imtiyazlara çox gec nail olub. İllərlə evi olmayan aktrisa sonralar çox çətinliklə dövlət tərəfindən evlə təmin olunub. O, 46 yaşında Əməkdar artist, 74 yaşında isə Xalq artisti adına layiq görülüb. Bu barədə o, müsahibələrinin birində deyir:

"Camaat bu barədə maraqlanırdı, amma mən bu söhbətləri ürəyimə yaxın buraxmırdım. Mən özümü mərd aparırdım. Həmişə deyirdim ki, eybi yoxdur, bir sağlamlığım, bir də pulum olsun. İş də elə gətirmişdi ki, imkanım yaxşı idi. O vaxtı aktyorlar arasında söhbət gəzirdi ki, Əminənin kassada çoxlu pulları var".

Əminə xanımın əslən İrandan olan nənəsi molla olub. Dövrün mədrəsə təhsilinə çox yaxşı yiyələnib. Əminə xanım balaca olanda, nənəsi onu özü ilə məscidə, dini məclislərə aparırmış. Belə məclislərdə o da nənəsinə qoşulub mərsiyələr deyirmiş. Boynunda isə nənəsinin ona bağışladığı gümüş qabın içərisində saxladığı "Quran" gəzdirirmiş. Uzun illər bu "Quran"ı özü ilə gəzdirən Əminə xanım, imtahanlara girəndə mütləq Allaha dua edib, Quranı öpüb imtahanlara girirmiş.

Çinin ÜDM artım tempi 2023cü ildə 5 % təşkil edəcək like
  • 05 Mar 11:56  
Dünya Çinin ÜDM artım tempi 2023cü ildə 5 % təşkil edəcək

Çinin ümumi daxili məhsulunun (ÜDM) artım tempi 2023-cü ildə 5 % təşkil

arrow Ətraflı
Almaniya və Rusiya arasında müəmmalı uçuş like
  • 05 Mar 11:28  
Dünya Almaniya və Rusiya arasında müəmmalı uçuş

Şəxsi reanimasiya təyyarəsi olan "Bombardier Chalenger 604" bu gü

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ: mərkəzdə bu prospekt təmirə bağlıdır like
  • 05 Mar 11:22  
Digərləri Sürücülərin NƏZƏRİNƏ: mərkəzdə bu prospekt təmirə bağlıdır

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaq

arrow Ətraflı
Kamaləddin Qafarov: “YAPın VII qurultayı partiya tarixində yeni mərhələdir” like
  • 05 Mar 11:00  
Siyasət Kamaləddin Qafarov: “YAPın VII qurultayı partiya tarixində yeni mərhələdir”

"YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıc

arrow Ətraflı
Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi like
  • 05 Mar 10:46  
Digərləri Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi

Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib.

arrow Ətraflı
Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi like
  • 05 Mar 10:32  
Dünya Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi

Türkiyənin Kocaeli vilayətində evdə yayılan pis qoxu 5 nəfərin zəhərl�

arrow Ətraflı
Ceyhun Bayramov Qətərə yola düşüb like
  • 05 Mar 10:30  
Siyasət Ceyhun Bayramov Qətərə yola düşüb

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı PAYLAŞIM like
  • 05 Mar 10:18  
Digərləri Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı PAYLAŞIM

Azərbaycan Milli komandası və "Qarabağ" futbol klubunun müdafiə�

arrow Ətraflı
Təbii qaz 8,82 faiz bahalaşıb like
  • 05 Mar 10:04  
Dünya Təbii qaz 8,82 faiz bahalaşıb

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti bahalaşıb.

arrow Ətraflı
Türkiyədə zəlzələdə ölənlərin sayı artdı like
  • 05 Mar 09:35  
Dünya Türkiyədə zəlzələdə ölənlərin sayı artdı

Türkiyədə zəlzələdə ölənlərin sayı 45 min 968 nəfərə çatıb.

arrow Ətraflı
“Ekoloji cinayətə son!” like
  • 05 Mar 09:28  
Siyasət “Ekoloji cinayətə son!”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Türkiyədə zəlzələdə dağılan binalarla bağlı like
  • 05 Mar 09:14  
Dünya Türkiyədə zəlzələdə dağılan binalarla bağlı

Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 791 nəfər şübhəli sa

arrow Ətraflı
İranda məktəbli qızlar kütləvi zəhərlənir: like
  • 05 Mar 09:07  
Dünya İranda məktəbli qızlar kütləvi zəhərlənir:

İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qız

arrow Ətraflı