Bakıda gənc oğlan hamilə arvadını bıçaqladı: "Əgər kişisənsə..."


Kriminal 05 Mar 2023 11:14:00 218 0

Bakıda gənc oğlan hamilə arvadını bıçaqladı: "Əgər kişisənsə..."

Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Elnur qeyri-rəsmi yaşadığı arvadı Əsməri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Son.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 11 dekabr 2021-ci ildə baş verib.

Həmin gün, gecə saat 1 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində olan Elnurla kirayədə yaşadığı Əsmərin arasında mübahisə baş verib.

Münaqişə zamanı 23 həftəlik hamilə vəziyyətdə olan Əsmərin qollarından tutaraq ona zor tətbiq etməklə yerə yıxıb. Sonra onu anası Baharın gözləri qarşısında boğmağa çalışıb.

Aktiv müqaviməti və anasının müdaxiləsi ilə Əsmər Elnurdan yayınıb və qaçmağa çalışıb. Elnur həmin otaqda masanın üzərində olan bıçağını götürüb və onun qaçmasının qarşısını alıb. Qadını saçından tutaraq özünə tərəf çəkib və bıçaqla qarın, döş qəfəsi nahiyyələrinə güclü zərbələr vurub.

Əsmər hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

"Təsadüfən tanış olduq"

İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Əsmərlə təxminən 2019-cu ildə Bakı şəhərində təsadüf nəticəsində tanış olub:

"Aramızda normal münasibət yarandığından 2021-ci il aprelin 29-dan oktyabrın 18-nədək qeyri-rəsmi olaraq nikah münasibətlərində olmuşuq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Əsmərlə rəsmi olaraq nikaha daxil ola bilmədim. Buna baxmayaraq, birlikdə faktiki olaraq ər-arvad münasibətlərində yaşadıq. Həmin dövrdə Əsmər ilə münasibətlərimiz tam qaydasında olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 18-də rəsmi nikah bağlayıb və birlikdə kirayədə yaşamağa davam ediblər: "Həmin dövrdə "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "moyka"da işləmişəm, Əsmər isə işləməyib".

"Qızla mesajlaşdığımı gördü"

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, noyabrın 26-da evdə olarkən mobil telefonda domino oyunu zamanı tanımadığı qızla mesajlaşıb: "Əsmər həmin mesajları gördü, mənə irad tutdu. Buna görə mübahisə etməyə başladıq. Bir neçə saat ərzində mübahisədən sonra evdən getməyimi istədi.

Bu sözlərin qarşılığında Əsmərdən mənə bir həftə vaxt verməsini, ondan sonra evdən gedəcəyimi və ayrılacağımı bildirdim.

Bu hadisədən sonra münasibətlərimiz pozuldu. Lakin evin kirayəsini hələ vermədiyim üçün Əsmərə kirayəpulunu verdikdən sonra evdən çıxacağımı bildirdim. Sonra münasibətlərimiz bir qədər düzəldi və evdən çıxmadım".

"Əsmər mənə "kişi ol" dedi"

Elnur deyib ki, Əsmərin anası Bahar da ara-sıra baş çəkmək üçün yaşadıqları evə gəlib:

"Dekabrın 9-da Bahar və Əsmərlə onun bacısı Vəsiləgilə getdik. Onlarda olarkən qaynanama 80 manat verdim və dekabrın 10-da Əsmərlə birlikdə gedərək yaşadığımız evə yolka ağacı almağı xahiş etdim. Daha sonra Əsmərlə birlikdə yaşadığımız evə döndük. Bir qədər sonra qayınanam da bizim yaşadığımız evə gəldi.

Ertəsi gün qayınanam Bahar və Əsmər yolka almaq üçün "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən bazara getmişdlərlər. Mən həmin vaxt işdə idim.

Əsmər anasının telefonundan mənə zəng etdi. "Nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, mənə vaxt ayırmırsan, kişi ol, ə" dedi. Qışqıra-qışqıra nalayiq ifadələr də işlətdi. Mən də ona nalayiq sözlərlə cavab verdim. "Axşam evə gəldikdə, danışacağıq" deyib telefon danışığını bitirdim".

"Xoş olmayan mesaj yazdı"

Kamaləddin Qafarov: “YAPın VII qurultayı partiya tarixində yeni mərhələdir” like
  • 05 Mar 11:00  
Siyasət Kamaləddin Qafarov: “YAPın VII qurultayı partiya tarixində yeni mərhələdir”

"YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıc

arrow Ətraflı
Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi like
  • 05 Mar 10:46  
Digərləri Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat etdi

Vətən müharibəsi qazisi Qəribov Nəriman İlham oğlu vəfat edib.

arrow Ətraflı
Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi like
  • 05 Mar 10:32  
Dünya Mənzildən gələn naməlum pis qoxu beş nəfəri zəhərlədi

Türkiyənin Kocaeli vilayətində evdə yayılan pis qoxu 5 nəfərin zəhərl�

arrow Ətraflı
Ceyhun Bayramov Qətərə yola düşüb like
  • 05 Mar 10:30  
Siyasət Ceyhun Bayramov Qətərə yola düşüb

4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

arrow Ətraflı
Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı PAYLAŞIM like
  • 05 Mar 10:18  
Digərləri Medvedevdən silahlı basqında öldürülən Rüfətlə bağlı PAYLAŞIM

Azərbaycan Milli komandası və "Qarabağ" futbol klubunun müdafiə�

arrow Ətraflı
Təbii qaz 8,82 faiz bahalaşıb like
  • 05 Mar 10:04  
Dünya Təbii qaz 8,82 faiz bahalaşıb

Nyu-Yorkun əmtəə birjasında təbii qazın qiyməti bahalaşıb.

arrow Ətraflı
Türkiyədə zəlzələdə ölənlərin sayı artdı like
  • 05 Mar 09:35  
Dünya Türkiyədə zəlzələdə ölənlərin sayı artdı

Türkiyədə zəlzələdə ölənlərin sayı 45 min 968 nəfərə çatıb.

arrow Ətraflı
“Ekoloji cinayətə son!” like
  • 05 Mar 09:28  
Siyasət “Ekoloji cinayətə son!”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Türkiyədə zəlzələdə dağılan binalarla bağlı like
  • 05 Mar 09:14  
Dünya Türkiyədə zəlzələdə dağılan binalarla bağlı

Türkiyədə zəlzələdə dağılan binalarla bağlı 791 nəfər şübhəli sa

arrow Ətraflı
İranda məktəbli qızlar kütləvi zəhərlənir: like
  • 05 Mar 09:07  
Dünya İranda məktəbli qızlar kütləvi zəhərlənir:

İranın paytaxtı Tehranda və digər şəhərlərdə sakinlər məktəbli qız

arrow Ətraflı
Milyonları havaya sovuran əfsanə haqqında bilmədikləriniz  Onu zəiflədən nə idi? like
  • 05 Mar 02:44  
Digərləri Milyonları havaya sovuran əfsanə haqqında bilmədikləriniz Onu zəiflədən nə idi?

Hollivudun məşhurlarının adları yazılmış "Ulduzlar xiyabanı"n

arrow Ətraflı
Hacı Şahinin ölümündən dəqiqələr öncə çəkilən like
  • 05 Mar 02:12  
Digərləri Hacı Şahinin ölümündən dəqiqələr öncə çəkilən

Martın 2-si səhər saatlarında ürəktutmasından vəfat edən tanınmış i

arrow Ətraflı