Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox?


Digərləri 20 Fev 2023 00:31:00 219 0

Son zamanların dəbi: Elektron siqaretlər zərərlidir, ya yox?

Son zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşanda elektron siqaret olduğunu deyirlər. Çəkənlərin fikrincə, bu aparat adi siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər. Lakin son zamanlar yayılan məlumatlara görə, bu aparatlar heç də təhlükəsiz deyil. Hətta onların insanların əlində partlaması ilə bağlı da məlumatlar var. Bəs, əslində, elektron siqaret nədir? Həqiqətən də, deyildiyi qədər zərərsizdirmi? 

Elektron siqaret mağazasında satıcı işləyən Nazim Məcidli "Kaspi"yə açıqlamasında dedi ki, elektron siqareti adi siqaretdən içindəki maddələr, ziyanları fərqləndirir: "Hazırda satılan siqaretlərin içində karbonmonoksid, qətran kimi kimyəvi maddələr və s. maddələr var. Elektron siqaretin içində isə pambıq, onun da tərkibində yağ olur. Yağın tərkibi 3 hissədən ibarətdir: Glikol, gliserin və duzlu nikotin. Gliserin tüstünün çıxmağına kömək edir. Glikol isə ətirlə nikotinin qarışmağına səbəb olur. Duzlu nikotin qana tez qarışır. Tez təsir etdiyinə görə insanın siqaret çəkmək istəyini ertələyir. Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir".

Satıcı elektron siqaretlərin partlama riskindən danışarkən bildirdi ki, buna səbəb düzgün istifadə edilməməsidir: "Tək istifadəlik siqaretləri enerjiyə qoyurlar ki, daha çox istifadə etsinlər. Amma, əslində, onlar adapterlə doldurulmamalıdır. Elektron siqaret adapterdə olarkən partlaya bilər. Çünki mexanizm elə quraşdırılmayıb. Zavod istehsalı olanlar daha uzunömürlüdür və partlama baş verməsi qeydə alınmayıb".

N.Məcidli qeyd etdi ki, əslində, real həyatda nikotin maddəsi hər kəsə lazımdır: "Siqaret çəkməyən insanın da gündəlik istifadəsində nikotin var. Amma hamının müəyyən dozası mövcuddur. Siqaret çəkməyən insanın gündəlik nikotin dozası daha az olur. Siqaret çəkən bədənini nikotinə öyrəşdiribsə, gündəlik dozasını qəbul etməlidir ki, beyindəki bəzi vitaminlər ifraz olunsun və özünü rahat hiss etsin".

Satıcı elektron siqaretdən özünün də istifadə etdiyini və bunun fərqli bir istək olduğunu bildirdi: "Siqaret nəfəsimizin valını və həcmini çox daraldır. Elektron siqaret isə daha az təsir göstərir. Müsbət cəhəti iqtisadi baxımdan sərfəli olmasıdır. Həm də siqaret dişləri saraldır, ağızda bərbad bir qoxu yaradır, ətrafa bərbad iy saçır ki, bu siqaret çəkməyən insanların xoşuna gəlmir. Amma elektron siqaretin qoxusu normaldır, dişlərə də elə pis təsir etmir. Təbii ki, elektron siqaret də xeyirli deyil. Amma bir insan siqareti tərgitmək istəyirsə, elektron siqaret məsləhətdir. Çünki adi siqaretlə müqayisədə ziyanı daha azdır".  

Pulmonoloq Əsəd Beydullayev isə dedi ki, elektron siqaretlər sadəcə siqareti tərgitmək istəyənlər üçün yaradılmış yeni bir məhsuldur: "2006-cı ildən etibarən meydana gələn elektron siqaretlər, əsasən, iki cür - nikotinli və nikotinsiz olur. Məntiqlə, ciddi bir fərq yoxdur. Hansı insanlar ki, siqaret çəkir və atmağı düşünür, sağlamlığa daha az zərər verəcək alternativ axtarırlar. Elektron siqaret məhz həmin insanları əldə etmək üçün kəşf olunub. Siqaretdən faydalıdır, daha az ziyanı var? Bunu indi üçün demək qeyri-mümkündür. Çünki elektron siqaretlər yeni dövriyyəyə çıxdığı üçün ortaya çıxmış xəstəliklərin araşdırılması elə ciddi aparılmayıb. Ənənəvi siqaret barədə isə yüz illərdir araşdırmalar gedir. Hansı xəstəlikləri yaratdığını da, müalicəsini də bilirik".

Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür like
  • 20 Fev 00:01  
Digərləri Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Slovakiya parlamenti “MiQ29”ların Ukraynaya verilməsini müzakirə edəcək like
  • 19 Fev 23:57  
Dünya Slovakiya parlamenti “MiQ29”ların Ukraynaya verilməsini müzakirə edəcək

Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qır�

arrow Ətraflı
Fransa qoşunları Burkina Fasoda əməliyyatı başa çatdırıb like
  • 19 Fev 23:50  
Dünya Fransa qoşunları Burkina Fasoda əməliyyatı başa çatdırıb

Burkina-Faso silahlı qüvvələrinin komandanlığı Fransanın "Sabre&quo

arrow Ətraflı
Zəlzələdə uçan binanın podratçısı like
  • 19 Fev 23:34  
Dünya Zəlzələdə uçan binanın podratçısı

Türkiyənın Adıyaman vilayətində zəlzələdə dağılan binanın podratç�

arrow Ətraflı
"İstifadə edə bilməyəcəkləri silahın Ukraynaya verilməsi faydasızdır" like
  • 19 Fev 23:24  
Dünya "İstifadə edə bilməyəcəkləri silahın Ukraynaya verilməsi faydasızdır"

ABŞ Kiyevə Ukrayna Silahlı Qüvvələrinin istifadə edə bilməyəcəyi sila

arrow Ətraflı
Zelenski təsdiqlədi: Moskva Birjasına sanksiya tətbiq edildi like
  • 19 Fev 23:18  
Dünya Zelenski təsdiqlədi: Moskva Birjasına sanksiya tətbiq edildi

Ukrayna Prezident Vladimir Zelenski 333 Rusiya vətəndaşına və Moskva Birjas

arrow Ətraflı
KİV: Vaşinqton Kiyevə hücuma keçməyi təklif edib like
  • 19 Fev 23:12  
Dünya KİV: Vaşinqton Kiyevə hücuma keçməyi təklif edib

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna hakimiyyətindən hücuma

arrow Ətraflı
Batumidən Türkiyəyə gedən yol bağlandı like
  • 19 Fev 23:07  
Dünya Batumidən Türkiyəyə gedən yol bağlandı

Gürcüstanın Batumi şəhərini Sarpi ilə (Gürcüstan-Türkiyə sərhədi) b

arrow Ətraflı
Mixaylo Podolyak: “Rusiya Ukraynada hər gün 800  1 100 hərbçi itirir” like
  • 19 Fev 23:01  
Dünya Mixaylo Podolyak: “Rusiya Ukraynada hər gün 800 1 100 hərbçi itirir”

"Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir".

arrow Ətraflı
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırır like
  • 19 Fev 22:55  
Dünya ABŞ Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırır

ABŞ administrasiyası Rusiya Federasiyasına qarşı müdafiə, enerji və mali

arrow Ətraflı
Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var! like
  • 19 Fev 22:49  
Siyasət Vardanyan ilk dəfə etiraf etdi: Parçalanma var!

Erməni separatçılarının "dövlət naziri" Ruben Vardanyanın bu &

arrow Ətraflı
Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib like
  • 19 Fev 22:44  
Dünya Borrel İrandan Rusiyaya köməyi dayandırmağı tələb edib

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə

arrow Ətraflı
Podolyak: Ukraynaya lazım olan ən vacib 2 silah... like
  • 19 Fev 22:40  
Dünya Podolyak: Ukraynaya lazım olan ən vacib 2 silah...

Rusiyanın kütləvi hava hücumuna qarşı çıxmaq üçün Ukrayna Silahlı Q�

arrow Ətraflı
Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq like
  • 19 Fev 22:34  
Dünya Yermak: Baxmutu müdafiə edəcəyik, şəhəri tərk etməyi planlaşdırmırıq

Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil.

arrow Ətraflı
Rusiyada ticarət mərkəzində atəş açılıb like
  • 19 Fev 22:28  
Dünya Rusiyada ticarət mərkəzində atəş açılıb

Rusiyanın Rostov-na-Donu şəhərində naməlum şəxs ticarət mərkəzində t

arrow Ətraflı