Həkimlər ona oxumağı qadağan etdi, bir aya məşhurlaşdı,


Kriminal 19 Fev 2023 16:00:00 215 0

Həkimlər ona oxumağı qadağan etdi, bir aya məşhurlaşdı,

Son.az Kulis.az-a istinadən Əməkdar artist Məhəbbət Kazımov haqqında maraqlı faktları təqdim edir.

Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım imiş.

İlk təhsilini Şamkənd kənd orta məktəbində alır. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olur. İlk muğam dərslərini Nəriman Əliyevdən alandan sonra isə Ağaxan Abdullayevin sinfində oxuyur.

1976-cı ildən peşəkar səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olubr. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə -Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.

*** İlk dəfə diktor Roza Tağıyeva efirdən karıxaraq onun adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Məhəbbət Kazımov kimi tanınıb.

*** Bakı şəhərində yaşamağa başlayan müğənni 1990-cı ildə ailə həyatı qurub. Üç övlad atası olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyub, mahnılar bəstələyib. Ən çox sevilən mahnılarından biri bəstəsi özünə aid olan "Laçınım" mahnısıdır

*** Ailə üzvlərinin və dostlarının sözlərinə görə "Laçınım" mahnısını oxuyanda çox kövrəlirmiş. Hətta çox vaxt bu mahnını ifa edəndən sonra təzyiqi də qalxırmış. Bir dəfə adamlar "Laçınım" mahnısına toyda oynadıqları üçün Məhəbbət Kazımov mikrofonu masaya qoyub toydan çıxır. Sonralar ondan bunun səbəbini soruşanda deyir: "Bu mahnıya oynayıb, əl çalmayın".

***

Ölümündən 4 il qabaq həkim ona oxumağı qadağan edir. O qədər ürəkdən oxuyurmuş ki, daxili orqanları tab gətirmirmiş. Həyat yoldaşı isə onun haqqında belə deyib: "Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox". Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb. Könül xanımın sənətə gəlişində Məhəbbət Kazımovun böyük dəstəyi olub. İlk dəfə Könülün səsini Ağcabədidə toyda eşidib və xoşuna gəlib. Uzun illər bir yerdə çalışsalar da, sonralar Könül Kərimova solo ifaçılığa başlayır və onların dostluğu pozulur. Cabbar Musayevlə duetlərdən sonra mətbuat onların düşmən olduğunu yazır. Lakin Məhəbbət Kazımov bunu təkzib edib, sadəcə ondan incidiyini dilə gətirir. *** Şair Zahir Abbas Məhəbbət Kazımovun ifa etdiyi "Laçınım" mahnısının yaranma tarixindən bəhs edib:

"Bir gün Məhəbbət müəllim gəldi ki, mənim bir dostum var, Fəxrəddin, yol polisi əməkdaşıdır. Onun bir şeri var, "Laçınım", onu bir zümzümə edim, görün, necə alınır?". Məhəbbət müəllim onu oxuyanda bütün sənətkarlar kövrəldi, hətta Arif Babayev də ağladı. Elə də yaxşı şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi...

Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq etdi. Sonra "Laçınım"ı "Səbuhi" studiyasında yazdırdı. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq. Məhəbbət müəllim ehtiyat edirdi. İşğal olunan rayonlar çox idi, onların heç birinin adına mahnı bəstələnməmişdi. Bir tərəfdən isə mahnının musiqisində oynaqlıq vardı. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxaraq? Azərbaycan cəmiyyəti bunu necə qarşılayacaq? Biz düşünürdük ki, "Laçınım" ağlamalı bir mahnı olacaq. Mart ayında əsgərlər qarşısında konsert vardı. Məhəbbət Kazımov həmin mahnını əsgərlər qarşısında oxudu. Az TV konserti dərhal efirə verdi. Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllimin bir ayın içində minlərlə kaseti satıldı".

Günlərin birində Osman Alıyev adlı bir nəfər Məhəbbət Kazımovla görüşür, ona mahnının sözlərinin əsl müəllifi olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət müəllim həmin adama inanır və sonrakı kaset buraxılışlarından musiqinin söz yazarı kimi həmin adamın adını qeyd edir.

*** Bu mahnı xalq, xüsusən, laçınlılar arasında ona inanılmaz hörmət qazandırmışdı. Bu gün də Laçın camaatı müğənnini Məhəbbət Kazımovu inanılmaz məhəbbətlə ilə sevirlər.

***

Pavel Durov: “Telegram” “Facebook Messenger”i geridə qoyub like
  • 19 Fev 15:51  
Dünya Pavel Durov: “Telegram” “Facebook Messenger”i geridə qoyub

"Telegram" "Facebook Messenger"i üstələyərək son beş i

arrow Ətraflı
Bu hərəkətlər üzünüzdə qırış yaradacaq like
  • 19 Fev 15:40  
Digərləri Bu hərəkətlər üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, dah

arrow Ətraflı
Doğuş: "Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar" like
  • 19 Fev 15:31  
Şou-biznes Doğuş: "Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar"

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ bölgələrindən biri olan H

arrow Ətraflı
Makiyajla yatanların DİQQƏTİNƏ: like
  • 19 Fev 15:20  
Digərləri Makiyajla yatanların DİQQƏTİNƏ:

Qadınların əksəriyyəti hər gün evdən çıxarkən makiyaj vururlar.

arrow Ətraflı
Həbsxana yoldaşını azadlıqda cəzalandırdı: "Dedi, sənin bacını..." like
  • 19 Fev 15:00  
Kriminal Həbsxana yoldaşını azadlıqda cəzalandırdı: "Dedi, sənin bacını..."

Bakının Yasamal rayonunda 1964-cü il təvəllüdlü Teymur həbsxana yoldaş�

arrow Ətraflı
Donetskdə şiddətli döyüşlər gedir like
  • 19 Fev 14:51  
Dünya Donetskdə şiddətli döyüşlər gedir

Donetsk bölgəsində şiddətli döyüşlər davam edir.

arrow Ətraflı
Azərbaycan xilasediciləri qardaşlığın ən böyük nümunəsini göstərir like
  • 19 Fev 14:48  
Siyasət Azərbaycan xilasediciləri qardaşlığın ən böyük nümunəsini göstərir

Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda qardaşlığı

arrow Ətraflı
Su, yoxsa çay? like
  • 19 Fev 14:40  
Digərləri Su, yoxsa çay?

İnsan orqanizmi gündəlik 2 litr mayeyə ehtiyac duyur.

arrow Ətraflı
Pelosi “F16” qırıcılarının Ukraynaya təhvil verilməsinin tərəfdarıdır like
  • 19 Fev 14:31  
Dünya Pelosi “F16” qırıcılarının Ukraynaya təhvil verilməsinin tərəfdarıdır

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi &q

arrow Ətraflı
Gəncədə evdə qadın və kişi meyitləri aşkarlandı like
  • 19 Fev 14:24  
Digərləri Gəncədə evdə qadın və kişi meyitləri aşkarlandı

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

arrow Ətraflı
Boyu qısa qadınlar bunlara DİQQƏT etməlidir like
  • 19 Fev 14:20  
Digərləri Boyu qısa qadınlar bunlara DİQQƏT etməlidir

Bəstə boy olmaq bir çox cəhətdən avantaj sayılır. Amma boyu uzun görün

arrow Ətraflı
Uzun aradan sonra like
  • 19 Fev 14:11  
Şou-biznes Uzun aradan sonra

77 yaşlı amerikalı aktrisa Qoldi Houn ötən gün paparatsilərin obyektivin�

arrow Ətraflı
Müharibədə iştirak etdi, “İtkin gəlin” serialı ilə məşhurlaşdı, intihar etmək istədi like
  • 19 Fev 14:00  
Kriminal Müharibədə iştirak etdi, “İtkin gəlin” serialı ilə məşhurlaşdı, intihar etmək istədi

Son.az Kulis.az-a istinadən estrada müğənnisi, Xalq artisti Aygün Kazımo

arrow Ətraflı
Britaniyada Ukrayna üçün dronkamikadze yaradıldı like
  • 19 Fev 13:51  
Dünya Britaniyada Ukrayna üçün dronkamikadze yaradıldı

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin istifadəsi üçün nəzər

arrow Ətraflı