Müharibədə iştirak etdi, “İtkin gəlin” serialı ilə məşhurlaşdı, intihar etmək istədi


Kriminal 19 Fev 2023 14:00:00 210 0

Müharibədə iştirak etdi, “İtkin gəlin” serialı ilə məşhurlaşdı, intihar etmək istədi

Son.az Kulis.az-a istinadən estrada müğənnisi, Xalq artisti Aygün Kazımova haqqında on maraqlı faktı təqdim edir.

Aygün Ələsgər qızı Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Aygün ailənin dördüncü - sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf edib.

Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. İlk dəfə böyük səhnəyə 9-cu sinif oxuyan zaman "Ozan" qrupunun solisti olaraq səhnəyə çıxır.

***

Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olur. Bir-birlərini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. İş elə gətirir ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olur.

Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edir. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay hərbçilər tibbi yardım göstərir. Elə həmin dövrdə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edir.

***

"İtgin gəlin" serialı üçün yazılan eyni adlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınır. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində mahnının oxumaq istəməsə də, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişir.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır.

***

2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atır. 8 saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə razılıq verir. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi. Ona görə də Aygün, rejissorluğunu Ülviyyə Könülün üstələdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klip şəklində tamaşaçılara təqdim edilməsini vəsiyyət edir. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

Meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb olur. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır.

2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu Aygün Kazımovanı depressiyaya salır. Uzun üddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.

***

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək "Big Apple Music Awards"dan imtina edib. Buna səbəb isə təşkilatçıların erməni olması idi.

***

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin "S.U.S" mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada əxlaqsız qadın obrazını canlandırmışdı...

Son.az 

Britaniyada Ukrayna üçün dronkamikadze yaradıldı like
  • 19 Fev 13:51  
Dünya Britaniyada Ukrayna üçün dronkamikadze yaradıldı

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin istifadəsi üçün nəzər

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi like
  • 19 Fev 13:46  
Siyasət Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.

arrow Ətraflı
Hər gün badam südü içsəniz... like
  • 19 Fev 13:40  
Digərləri Hər gün badam südü içsəniz...

Badam südü dünyanın bir çox ölkəsində geniş istifadə edilir. Son vaxtl

arrow Ətraflı
Ermənistanda partlayış: like
  • 19 Fev 13:38  
Dünya Ermənistanda partlayış:

İrəvan-Gümrü yolunda yerləşən qazdoldurma stansiyasında partlayış baş

arrow Ətraflı
Blinken Münxendə çinli həmkarı ilə görüşüb, like
  • 19 Fev 13:31  
Dünya Blinken Münxendə çinli həmkarı ilə görüşüb,

Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ame

arrow Ətraflı
Bu gün necə geyinək? like
  • 19 Fev 13:20  
Digərləri Bu gün necə geyinək?

Bir çox qadın hər sabah işə və ya gəzməyə gedərkən özünə ilk bu su

arrow Ətraflı
Dağıntılar altından tapılan pul və qızılların aqibəti necə olacaq? like
  • 19 Fev 13:11  
Dünya Dağıntılar altından tapılan pul və qızılların aqibəti necə olacaq?

Türkiyədə zəlzələ zamanı dağıntılar altından tapılan qiymətli əşy

arrow Ətraflı
Kənarda qadınla yaşayan kişi qardaşının üstünə gəldi: "Onu da, atamı da..." like
  • 19 Fev 13:00  
Kriminal Kənarda qadınla yaşayan kişi qardaşının üstünə gəldi: "Onu da, atamı da..."

Bakının Qaraçuxur qəsəbəsində 1987-ci il təvəllüdlü Kamil mülk üst�

arrow Ətraflı
Masallıda ayrıayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb like
  • 19 Fev 12:51  
Kriminal Masallıda ayrıayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb

Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb.

arrow Ətraflı
30 yaşdan sonra arıqlamaq daha da çətinləşir like
  • 19 Fev 12:40  
Digərləri 30 yaşdan sonra arıqlamaq daha da çətinləşir

Baxımlı olmaq üçün gözəllik prosedurlarını 25 yaşından başlamaq laz�

arrow Ətraflı
Günay Musayeva doğum gününü Tanzaniyada KEÇİRDİ like
  • 19 Fev 12:31  
Şou-biznes Günay Musayeva doğum gününü Tanzaniyada KEÇİRDİ

Türkiyədə modellik fəalliyyətini uğurla davam etdirən azərbaycanlı mode

arrow Ətraflı
Gənc və möhkəm dərinin SİRRİ: like
  • 19 Fev 12:20  
Digərləri Gənc və möhkəm dərinin SİRRİ:

Zamanla dəridə kollagen istehsalının azalması dərinin vaxtından əvvəl q

arrow Ətraflı
"Qabriel" 11 nəfərin ölümünə səbəb olub like
  • 19 Fev 12:11  
Dünya "Qabriel" 11 nəfərin ölümünə səbəb olub

Fevralın 13-də Yeni Zelandiyanın Şimal adasından keçən "Qabriel"

arrow Ətraflı
Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir like
  • 19 Fev 12:03  
Digərləri Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir

Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir.

arrow Ətraflı