Fevral bu bürclər üçün çətin keçəcək


Digərləri 01 Fev 2023 15:20:00 190 0

Fevral bu bürclər üçün çətin keçəcək

Son.az bizim media-ya istinadən ulduz fallarını təqdim edir. 

Qoç

Ayın əvvəlində yaxın ətrafınız və ya dostlarınızla birgə təşəbbüslər üçün uğurlu dövrdür. Sevgi və tanışlıq baxımından özünüzü çox enerjili hiss edə bilərsiniz, ancaq həddinizi aşmamalısınız. Düşünülməyən reaksiyalara diqqət yetirin. Həssas qərarlar qəbul etməlisiniz. Ayın ortalarına doğru sosial çevrənizdə nadinc uşaq kimi davrana bilərsiniz. Yumoristik tərəfiniz aktiv olacaq. Ayın sonlarına doğru tez və səbirsiz davranmaq istəyəcəksiniz.  Buğa Fevral ayı maliyyə imkanlarınızla bağlı gündəmlərlə başlayacaq. Karyera baxımından siz artıq parlamağa başlayacaqsınız. Qəbul etdiyiniz qərarlar evinizin daxili tərtibatına təsir edəcək. İş təlaşınızla məşğul olarkən hisslərinizə laqeyd qalmayın. Ayın ortalarına doğru ailə və iş həyatı arasında balansı formalaşdıra biləcəksiniz. Dostluqlarınızda sevgi dili olmayan insanları həyatınızdan çıxara bilərsiniz. Ayın sonuna doğru ehtiraslarınız və daxili istəklərinizlə bağlı daha məntiqli qərarlar verməli olacaqsınız. Əkizlər Ayın əvvəlində hərəkət enerjinizin artdığını hiss edəcəksiniz. Uzun müddət durğunluqdan bezmisinizsə, hərəkətə keçməyin vaxtıdır. Həm təhsil, həm də karyera baxımından çox böyük keçidlər olacaq. Ayın ortalarında uzunmüddətli hədəfləriniz üçün parlaq günlərdən keçəcəksiniz. Ağıl, məntiq və sizə xas olan, əvvəllər sınamadığınız üsullardan istifadə edə bilərsiniz. Ayın sonuna doğru isə ictimai çevrənizdə təşəbbüskar ruhunuzla səhnədə olacaqsınız. Xərçəng Ayın əvvəlində dəqiq qərarlar qəbul etmədən öncə yaxşı-yaxşı hesablayın. Sanki beyniniz bulanıqdır. Bu dövrdə maliyyə imkanlarınız və pulunuzla bağlı məsələlər gündəminizdə olacaq. Ayın ortasında ailənin birgə sərmayələri, borcları və ya məxfi məlumatların işıqlandırılması ilə bağlı ani təsirlər əldə edə bilərsiniz. Öz transformasiyanız üçün bu prosesi ağıl və ruh tarazlığı ilə idarə etməyə çalışın. Ayın sonuna doğru karyera sahəsində və rəhbərlərinizin qarşısında çox cəsarətli addımlar atacaqsınız.  Şir Ayın əvvəlində sosial çevrənizdə çıxışlarınız və köçürmələrinizlə parlamağa başlayacaqsınız. İkitərəfli münasibətlərinizlə bağlı verəcəyiniz qərarlar gündəminizdə olacaq. Qidalanmanıza və iş rejiminə diqqət yetirin. Karyeranızdakı dəyişikliklər şəxsi həyatınıza təsir edəcək. Ayın ortasında ikitərəfli əlaqələr, razılaşmalar, müqavilələr, tərəfdaşlıqlarla bağlı məsələlər gündəminizdə olacaq. Perspektivinizi dəyişə bilərsiniz.  Ayın sonuna doğru uzaq səfərlərə çıxmaq istəyəcəksiniz.  Qız Ayın əvvəlində karyeranızla bağlı mövzular gündəminizdədir. Ətrafınızdakılara nə demək istədiyinizi çox aydın şəkildə əks etdirəcəksiniz. Fikirlərinizi həyata keçirməyə başlaya bilərsiniz. İkitərəfli münasibətlərlə bağlı məsələlərdə ağlınız və intuisiyanız arasında irəli və geri gedə bilərsiniz. Ayın ortasında iş mühitinizlə bağlı yeni tənzimləmələr edə bilərsiniz. Daha əvvəl tanımadığınız insanlarla tanış olub, işə düzələ bilərsiniz. Ayın sonuna doğru maddi məsələlərdə uğur qazanmaq imkanınız artacaq.  Tərəzi Ayın əvvəlində sevgi və flört dolu günlər sizi gözləyir. Uzunmüddətli hədəflər və ya səyahətlər üçün planlar qurmağa başlayacaqsınız. Siz təlim keçmək istəyəcəksiniz. Eyni zamanda sosial çevrənizdəki bəzi insanlarla münasibətinizi qəfil bitirmək istəyəcəksiniz. Ayın ortalarına doğru hobbilərinizin qayğısına qala və yaradıcı enerjinizi yazıya sərf edə bilərsiniz. İş qaydanız dəyişə bilər, yeni işə başlaya bilərsiniz. Yeni layihədə iştirak edə və ya mühüm işgüzar qərarlar verə bilərsiniz. Ayın sonuna doğru ikitərəfli münasibətlərinizdə sevgi diliniz dəyişəcək. Daha çevik, daha instinktiv olacaqsınız. Əqrəb Ayın əvvəlində ailənin birgə sərmayələri ilə bağlı bəzi söhbətlər edə bilərsiniz. Vərəsəlik və pul məsələləri gündəminizdə olacaq. Qazancınızı necə istifadə edəcəyinizi müəyyənləşdirməyin vaxtı gəldi. Evdəki hesab bazara uyğun gəlməyə bilər. İşdəki gərginlik evinizdə də əks oluna bilər. Mübahisələrdən uzaq durun. Ayın ortasında gündəminiz evdəki həyatınız olacaq. Həmin günlərdə hobbilərinizlə məşğul olun həvəsinizi səhnəyə qoyun, rəqs edin, mahnılar oxuyun. Ayın sonuna doğru iş sahəniz, rutinləriniz və sağlamlığınızla bağlı sahələrdə təşəbbüskar enerji üstünlük təşkil edir.  Oxatan Ayın əvvəlində ikitərəfli münasibətləriniz baxımından kifayət qədər enerjilisiniz. Gündəmləriniz, uzunmüddətli hədəflər, uzun səyahətlər mövzusunda addımlar atmaq üçün ideal zamandır. Ayın ortalarına doğru sosial mediada görünmə qabiliyyətiniz artacaq, yaxın dostluq və bacı-qardaşlarınızla münasibətiniz inkişaf edəcək. Yeni ideyalar yaradacaqsınız. Sövdələşmələr üçün əla vaxtdır. Ayın sonuna doğru sevgi mövzusunda qəfil qəzəblənməməyə diqqət edin. İdmana başlaya, yeni hobbilərlə məşğul ola bilərsiniz.  Oğlaq Ayın əvvəlində əmək məsələləri yenidən gündəminizdə olacaq. Çox hərəkətli olacaqsınız. İş yerinizdə özünüzə çox əziyyət verməməyə diqqət edin. Ailənin ümumi qazancı, əmlak, investisiya, borc və kreditlərlə bağlı mövzular gündəminizdə olacaq. İş sahənizdə mümkün böhranlarla qarşılaşa bilərsiz. Sevgi həyatınız və ya uşağınızla bağlı mühüm qərarlar verə bilərsiniz. Ayın ortasında pulla bağlı məsələlərdən danışmaq istəyə bilərsiniz və yeni gəlir qapıları açmaq üçün addımlar ata bilərsiniz. Ayın sonuna doğru ev və ailə məsələlərində hərəkətli günlər sizi gözləyir. Yeni mülk əldə edə və ya evinizi dəyişə bilərsiz. Dolça Ayın əvvəlində sevgi dolu xoşbəxt günlər qapıdadır. Siz aktiv və enerjili bir dövrdəsiniz. Çox flört edə bilərsiniz. Sosial mediada tanış olacağınız biri ilə eşq macərasına yelkən aça bilərsiniz. Şir Bürcünün Tam Ay ikitərəfli əlaqələr evinizdə baş tutacaq. Lakin maddi cəhətdən problemlərə diqqət edin. Ayın ortasında fikirlərinizi çox aydın və məntiqli şəkildə çevrənizə çatdıra biləcəksiz. Dəyərlərinizə uyğun gəlməyən və bu mövzuda qəbul edilmiş və sevildiyinizi hiss etdirməyən hər şeyi həyatınızdan silmək istəyəcəksiniz. Ayın sonuna doğru yaxın ətrafınız və ya bacı-qardaşlarınızla ünsiyyətinizdə gərginliklər ola bilər. Balıqlar Ayın əvvəlində evlə bağlı məşğul gündəmləriniz var. Yuvanızı yenidən təşkil etmək istəyəcəksiniz. İş rejiminizə, iş yerinizə və pəhrizinizə təsirlər olacaq. Məsuliyyətlər sizin üçün çox ola bilər, yaxın ətrafınızda deyilənlər sizə hər zamankindən daha çox təsir edə bilər. Ayın ortasında özünüzlə baş-başa qalmaq istəyəcəksiniz. Daxili aləminizdə əvvəllər hiss etdiyiniz, lakin şüurda dərk etmədiyiniz bəzi vəziyyətlərlə qarşılaşa bilərsiniz. Ayın sonuna doğru maliyyə imkanlarınızla bağlı məsələlərdə yaxşı nəticələr əldə edəcəksiniz. Öz dəyərinizi cilalamaq baxımından bu ay çox şanslısınız.

Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı, amma... like
  • 01 Fev 15:18  
Digərləri Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı, amma...

Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv

arrow Ətraflı
Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub like
  • 01 Fev 15:10  
Digərləri Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filminin təqdimatı olub

Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən "Ən səmimi sevgi ilə&

arrow Ətraflı
5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında! like
  • 01 Fev 15:00  
Digərləri 5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəa

arrow Ətraflı
Qida Sənayesi Kollecində tələbələrdən rüşvət alınır?  İDDİA və CAVAB like
  • 01 Fev 14:56  
Digərləri Qida Sənayesi Kollecində tələbələrdən rüşvət alınır? İDDİA və CAVAB

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi K

arrow Ətraflı
Hacı Nuran brilliant daşlarla bəzədilmiş qızıl saatını GÖSTƏRDİ like
  • 01 Fev 14:44  
Şou-biznes Hacı Nuran brilliant daşlarla bəzədilmiş qızıl saatını GÖSTƏRDİ

Ötən gün doğum gününü qeyd edən aparıcı və xeyriyyəçi Hacı Nuran M

arrow Ətraflı
"Kişinin silahı olar" deyib qanunsuz silah gəzdirməsinə haqq qazandırdı like
  • 01 Fev 14:33  
Kriminal "Kişinin silahı olar" deyib qanunsuz silah gəzdirməsinə haqq qazandırdı

Qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakin

arrow Ətraflı
“Bakı" rəsmiləri özlərinə gəlsin...” like
  • 01 Fev 14:29  
Dünya “Bakı" rəsmiləri özlərinə gəlsin...”

İranın "Mosalas Online" saytı yazır ki, Təbriz, Üskü və Azər�

arrow Ətraflı
DYP bu görüntülərlə bağlı açıqlama yaydı like
  • 01 Fev 14:22  
Kriminal DYP bu görüntülərlə bağlı açıqlama yaydı

Yük avtomobillərinin müəyyən olunmuş vaxtlarda Bakı şəhərinə girişin

arrow Ətraflı
İsveçin NATOya üzvlüyünə "hə" deməyəcəyik like
  • 01 Fev 14:20  
Siyasət İsveçin NATOya üzvlüyünə "hə" deməyəcəyik

İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik.

arrow Ətraflı
İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI like
  • 01 Fev 14:12  
Siyasət İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI

İran molla-fars rejiminin Azərbaycana olan kin-küdurəti günbəgün özünü

arrow Ətraflı
Bu küçədə yol hərəkəti nə vaxt tənzimlənəcək? like
  • 01 Fev 14:11  
Digərləri Bu küçədə yol hərəkəti nə vaxt tənzimlənəcək?

İllərdir küçədə işıqfor yoxdur. Quraşdırılan dırnaqarası yol hərə

arrow Ətraflı
Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..." like
  • 01 Fev 14:00  
Digərləri Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..."

Açıq fikirli mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlar v�

arrow Ətraflı
Binanın həyətində yaşıllıq məhv olub like
  • 01 Fev 13:49  
Digərləri Binanın həyətində yaşıllıq məhv olub

Bir vaxtlar görünüşü ilə göz oxşayan yaşıllıq ərazidən indi əsər-

arrow Ətraflı
Saakaşvilinin SON HALI like
  • 01 Fev 13:40  
Dünya Saakaşvilinin SON HALI

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezi

arrow Ətraflı
Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx" like
  • 01 Fev 13:38  
Digərləri Azərbaycanlı ana molla rejiminə ÜSYAN ETDİ: "Allahdan qorx"

Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələdən

arrow Ətraflı