Aksiyanın 51ci günü


Digərləri 31 Yan 2023 09:12:00 277 0

Aksiyanın 51ci günü

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli bir gündür davam edir, gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.

Son.az xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Türkiyə və Oman arasında müqavilə like
  • 31 Yan 09:00  
Digərləri Türkiyə və Oman arasında müqavilə

Türkiyə və Oman arasında 2025-ci ildən başlayaraq Türkiyəyə ildə 1 mil

arrow Ətraflı
Vərəm və risk altında olanlar like
  • 31 Yan 08:59  
Digərləri Vərəm və risk altında olanlar

Vərəm yoluxucu xəstəlik olub, sağlam adamlara mikrobun hava-damcı vasitəs

arrow Ətraflı
Pakistanda məsciddə partlayış: ölənlərin sayı like
  • 31 Yan 08:58  
Dünya Pakistanda məsciddə partlayış: ölənlərin sayı

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticə

arrow Ətraflı
Səfirliyimizə hücum edən Yasin Hüseynzadənin like
  • 31 Yan 08:56  
Siyasət Səfirliyimizə hücum edən Yasin Hüseynzadənin

Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum

arrow Ətraflı
Hamilə qalmaq istəyənlər üçün qidalanma rejimi like
  • 31 Yan 08:55  
Digərləri Hamilə qalmaq istəyənlər üçün qidalanma rejimi

Ət və ət məhsulları. Hamilə qalmaq istəyənlər hər qida qəbulu zaman�

arrow Ətraflı
Ukraynaya dərhal yeni silahlar verilməlidir like
  • 31 Yan 08:54  
Siyasət Ukraynaya dərhal yeni silahlar verilməlidir

Ukraynanın şərqindəki Baxmut, Uqledar və digər şəhərlər Rusiyanın dav

arrow Ətraflı
Co Bayden Polşaya like
  • 31 Yan 08:53  
Siyasət Co Bayden Polşaya

ABŞ Prezidenti Co Bayden Polşaya səfər edəcəyini açıqlayıb.

arrow Ətraflı
Ağciyərlərin absesi like
  • 31 Yan 08:51  
Digərləri Ağciyərlərin absesi

Ağciyərlərin absesi ağciyərlərdə qranulasion toxuma və fibroz liflər qa

arrow Ətraflı
İran İsraili hədələdi: Güc like
  • 31 Yan 08:50  
Siyasət İran İsraili hədələdi: Güc

Sionist rejimlə mübarizə aparmaq və onu Fələstinə təcavüzü dayandırma

arrow Ətraflı
Netanyahu Fransaya səfər like
  • 31 Yan 08:48  
Siyasət Netanyahu Fransaya səfər

İsrailin baş naziri Binyamin Netanyahu fevralın 2-də Fransaya rəsmi səfər

arrow Ətraflı
NATOnun genişlənməsi ilə bağlı Ankaranın mövqeyi bəllidir like
  • 31 Yan 08:28  
Siyasət NATOnun genişlənməsi ilə bağlı Ankaranın mövqeyi bəllidir

Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətlərə bax

arrow Ətraflı
Pnevmosistoz like
  • 31 Yan 08:25  
Digərləri Pnevmosistoz

Pnevmosistoz ağciyərlərin zədələnməsini, bəzən yorğunluq və arıqlama

arrow Ətraflı
Nigeriya "Starlink"ə like
  • 31 Yan 08:24  
Dünya Nigeriya "Starlink"ə

"SpaceX" şirkəti Nigeriyanın "Starlink" internet xidmətl

arrow Ətraflı
İrəvanda əməliyyat: Qalstyan like
  • 31 Yan 08:23  
Siyasət İrəvanda əməliyyat: Qalstyan

İrəvanda silah alverçisi kimi tanınan David Qalstyan yenidən saxlanılıb.

arrow Ətraflı
Yuxarı tənəffüs orqanlarının xəstəlikləri like
  • 31 Yan 08:21  
Digərləri Yuxarı tənəffüs orqanlarının xəstəlikləri

Yuxarı tənəffüs yollarının xəstəlikləri uşaqlarda tez-tez rastlanan x�

arrow Ətraflı