Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb


Digərləri 19 Yan 2023 17:50:00 215 0

Azərbaycanın KOB subyektinə AYİB tərəfindən 4,2 milyon ABŞ dolları həcmində kredit ayrılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Mark Boumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan Son.az-a bildirilib ki, görüşdə ölkəmizdə KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, bu sahədə potensial və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Orxan Məmmədov qeyd edib ki, KOBİA tərəfindən yerli sahibkarlıq subyektlərinə mövcud maliyyə alətlərinə çıxış sahəsində də dəstək göstərilir və stimullaşdırıcı tədbirlər görülür. Görüşdə AYİB-in Azərbaycandakı səfiri Piter Mixalko və Bankın Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteyo Patroni də iştirak ediblər.

Görüş çərçivəsində AYİB tərəfindən Azərbaycanın KOB subyektinə - "Az-Lead" şirkətinə 4,2 milyon ABŞ dolları həcmində kreditin ayrılması barədə müvafiq razılaşma sənədi imzalanıb.

Müvafiq vəsait şirkətin təkrar emal və saflaşdırma imkanlarını artırmaq, qurğuşun əldə etmə dərəcələrini yaxşılaşdırmaq və "Az-Lead"ə aylıq istehsalını 500 tondan 800 tona və nəhayət 1000 tondan çox artırmağa imkan verəcəkdir. Bu isə öz növbəsində şirkətə avtomobil və bərpa olunan enerji sektorlarında təkrar emal edilmiş qurğuşuna artan tələbatı ödəməyə imkan yaradacaqdır. Maliyyələşdirmə ilə yanaşı, AYİB KOB-lar üçün ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq hüquqi təhlil, eləcə də ətraf mühit, sosial və idarəetmə istiqamətlərində şirkətə dəstək olacaqdır.

Qeyd edək ki, "Az-Lead" 2014-cü ildə yaradılıb və Sumqayıt şəhərində fəaliyyət göstərir. Şirkət istifadə müddəti bitmiş qurğuşun turşusu akkumulyatorlarının təkrar emal edilməsi yolu ilə ikinci dərəcəli qurğuşun külçəsi və saflaşdırılmış qurğuşun külçələri istehsal edir. "Az-Lead" təmizlənməmiş qurğuşunun ən böyük ikinci istehsalçısı və saflaşdırılmış qurğuşun külçələrinin yeganə istehsalçısıdır. Şirkət bütün qurğuşun əsaslı məhsulları ixrac edir. "Az-Lead" 2022-ci ilin dekabrında "Təmiz ətraf mühit və yaşıl artım" nominasiyası üzrə KOBİA-nın təsis etdiyi "Dayaq" mükafatına layiq görülüb.

Davosda Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  FOTO like
  • 19 Yan 17:25  
Siyasət Davosda Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb FOTO

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosd

arrow Ətraflı
Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu like
  • 19 Yan 16:57  
Digərləri Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu

İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazar

arrow Ətraflı
“Afaq xanımdan halallıq alandan sonra bunu etdim, əvvəlcə etiraz edirdim...” like
  • 19 Yan 16:46  
Şou-biznes “Afaq xanımdan halallıq alandan sonra bunu etdim, əvvəlcə etiraz edirdim...”

"Dilarə Əliyeva, Tünzalə Əliyeva və mən Ülviyyə Əliyeva birlikdə

arrow Ətraflı
“Elə bilirsiniz ki, Maykl Cekson, Merilin Monro obrazını yaratmaq asandır..?” like
  • 19 Yan 16:24  
Şou-biznes “Elə bilirsiniz ki, Maykl Cekson, Merilin Monro obrazını yaratmaq asandır..?”

"Özümü, yaradıcılığımı teatra bağlamışam. Çəkilən seriallard

arrow Ətraflı
İsfahanda fermerlər su kvotasınıdan istifadə edə bilmirlər like
  • 19 Yan 15:29  
Digərləri İsfahanda fermerlər su kvotasınıdan istifadə edə bilmirlər

İsfahanda fermerlər əkin sahələri üçün su kvotasınıdan istifadə edə

arrow Ətraflı
Müdafiə Nazirliyi təkzib yaydı like
  • 19 Yan 15:10  
Digərləri Müdafiə Nazirliyi təkzib yaydı

Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən at

arrow Ətraflı
Fuad bağışlanmaq üçün içkili halda Asyanın evinə getdi like
  • 19 Yan 15:08  
Şou-biznes Fuad bağışlanmaq üçün içkili halda Asyanın evinə getdi

Videoqraf Fuad İsmayılov bloger həyat yoldaşı Asya İsmayılovadan (Aslanov

arrow Ətraflı
Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir like
  • 19 Yan 15:01  
Siyasət Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir

Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.

arrow Ətraflı
KOBİAda 2022ci ilin yekunları ilə bağlı Mətbuat Konfransı keçirilib like
  • 19 Yan 15:00  
Digərləri KOBİAda 2022ci ilin yekunları ilə bağlı Mətbuat Konfransı keçirilib

Yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2022-

arrow Ətraflı
ABŞdan Türkiyəyə "yaşıl işıq": Əməliyyat başlayır? like
  • 19 Yan 14:57  
Dünya ABŞdan Türkiyəyə "yaşıl işıq": Əməliyyat başlayır?

Suriyada planlaşdırılan quru əməliyyatları ilə bağlı Türkiyə ABŞ-dan

arrow Ətraflı
Bu gün Azərbaycanda iş müddəti 1 saat tez bitəcək like
  • 19 Yan 14:54  
Digərləri Bu gün Azərbaycanda iş müddəti 1 saat tez bitəcək

19 yanvarda iş gününün müddəti 1 saat qısaldılıb.

arrow Ətraflı
Mal ferması, yoxsa kazarma? like
  • 19 Yan 14:48  
Siyasət Mal ferması, yoxsa kazarma?

Ermənistanın Basarkeçər rayonunda, Göyçə mahalındakı Azad kəndində ye

arrow Ətraflı
Azərbaycan KOBlara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübəni öyrənib like
  • 19 Yan 14:28  
Digərləri Azərbaycan KOBlara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübəni öyrənib

2022-ci ildə KOBİA on beş ölkədə KOB-lara dəstək və xidmətlər sahəsi

arrow Ətraflı