Yemək məmulatları haqqında


Digərləri 07 Yan 2023 23:40:00 258 0

Yemək məmulatları haqqında

Allahın sizə əta etdiyi nemətləri, xüsusilə çörəyi əziz tutun. Bilin ki,onun hazırlanmasında minlərlə mələk və əkinçi zəhmət çəkir. Bu əziz nemətin isdifadəsində israfa yol verməklə onların zəhmətini hədər etməyin. Sonra Danyal (ə) haqqında bu əhvalatı nəql edərdi: Günlərin bir günü Danyal (ə) gəmiçinin yanına gəlib bir çörək verib onu gəmiyə buraxmasını xahiş edir. Gəmiçi çörəyi ondan alır və ayaqları altına atır və deyir: Nəyimə lazımdır bu çörək. Sənin mənə verdiyin bu çörək yəhudi cammatının ayaqları altında gəzir. Danyal (ə) əllərini asimana qaldırıb deyir: Pərvərdiyara! Özün bunun şahidi oldun , çörəyi əziz tut. Allah-təala Danyal (ə)-ın duasını qəbul edir. Həmən məntəqədə uzun müddət quraqlıq höküm sürür. Allahın əmri ilə nə göydən yağış yağır, nə də yerdən bir ot göyərirdi. Qıtlıq o yerə gəlib çatır ki, camaat bir-birini yeməyə başlayır. Yerli camaatdan olan iki qadının hər birinin bir (körpə) oğlu olur. Onlar şərt bağlayırlar ki, növbə ilə bir -birlərinin uşaqlarını yesinlər. Uşağın biri yeyilir, növbə ikinci uşağa çatdıqda ana buna etiraz edir. Onlar şikayət üçün Danyal (ə)-ın yanına gəlirlər. O, qadınların söylədikdə çöx kədərlənir və deyir: Bir görün iş nə yerə gəlib çıxıbdır. Onlar da təəssüf hissi ilə Danyal (ə)-ın dediklərini təsdiq edirlər. Sonra Danyal (ə) əllərini asimana qaldırıb belə bir dua edir: Pərvərdigara ! Bu körpə uşaqlara özün rəhm et. Onları nadan qövmün günahlarına görə çətinlikdə qoyma. Allah-təala Danyal (ə)-ın bu duasını da qəbul edir və yəhudi camaatı aclıqdan və quraqlıqdan yaxa qurtara bilir.

Peyğəmbər (s)-dan nəql olunmuş başqa hədisdə deyilir: "Çörək süfrəyə qoyulduğu zaman heç nə gözləməyin. Yediyiniz zaman çörəyi iyləməyin çünki, bu yırtıcılara xas olan xüsusiyətdir. Onunla namaz qılmayın (yəni ona səcdə etməyin). Oruc tutun və Allahın evini (Kəbəni) ziyarət edin.

Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Süfrəyə çörək və ət qoyduqda aclığınızı çörəklə dəf edin. Çörəyi süfrəyə qoyulan qabların altına qoymayın və bıçaqla yox, əliniz ilə bölün. Çörək kündələrini bir qədər kiçik edin ki,onların hər biri bərəkətdir.

Həzrəti Məhəmməd (s) etdiyi duaların birində buyurardı : İlahi !Bizi aclıqla imtahan etmə Əgər çörək olmazsa biz nə oruc tuta bilər , nə də sənin digər şəri gösdərişlərinə əməl edə bilərik.

İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Arpa çörəyinin fəziləti , biz Əhli-beytin sair insanlara olan fəzilətimiz kimidir. Bütün ilahi peyğəmbərlər arpa çörəyi yeyər və bu çörəkdən yeyənlər bir çox xəstəliklərdən uzaq olarlar ).

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "İshal" və "Vərəm" xəstəliklərinə düçar olan şəxslər yaxşı olar ki, dünya yeməklərindən daha çox isdifadə etsinlər. Daim qarın ağrısına tutulan şəxslərə düyüdən isdifadə etməyi məsləhət görürəm. Düyünü yuduqdan sonra kölgədə qurudun. Sonra qovurub un halına salın və hər səhər ac qarına bir qədər yeyin .

İmam Rza (ə)-dan nəql olunmuş hədisdə deyilir: Arpa unundan hazırlanmış çörək və digər yemək məmulatları peyğəmbərin gündəlik yeməklərinin xas hissəsini təşkil edərmiş. Bu undan hazırlanmış yemək məmulatları mədədə tez həzm olur. Bundan əlavə insanın kökölməsinə, cinsi əlaqənin fəallaşmasına və ödün və turşuluğun azalmasına müsbət təsir göstərir. Ardıcıl şəkildə qırx gün səhərlər arpa unundan bir qədər yeyən şəxslər ciyər və bir çox xəstəliklərdən uzaq olarlar.

Başqa bir rəvayətdə mərcinin müsbət xüsusiyyətləri belə bəyan edilir: "Mərci susuzluğu aradan aparır, qan dövranını fəallaşdırır, bədənin hərarətini sabitləsdirir və mədəyə qüvvət verir.Ardıcıl şəkildə mərcidən hazırlanmış yeməklər yeyilərsə boğazda olan bəlğəm tədricən azalar və bir müddətdən sonra isə tamamilə yox olar."

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : Allah-təalanın insanlar üçün dünya və axirətdə əta etdiyi nemətlərdən biri də ətdir. Qurani-kərimdə bu haqda buyrulur.

(Vələhmu təyrin mimma yəştəhun )

(İstədikləri quş əti onlara veriləcəkdir).

Allah Peyğəmbəri (s) əti (xüsusi ilə qoyun ətini ) çox sevərdi . Bu haqda o buyurardı. Biz Qureyş camaatı əti çox sevirik.İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : "Ət insanın ən mühüm qida məhsullarından birini təşkil edir . Qırx gün ardıcıl şəkildə ət yeməyən şəxslərdə nəzərə çarpası dəyişiklər müşahitə etmək olur. Bəzən belə şəxslərin övladları əlil dünyaya gəlir. Belə olduqda uşağın qulağına azan deyib şəfa tapmaq üçün Allaha təvəkkül etmək lazımdır."

Bir şəxs imam Rza (ə)-ın yanına gəlib deyir. Bizim evdə kimsə qoyun əti yemir və deyirlər ki, qoyun əti "əsəb pozuntuları" (malixoliya fikir dağıntısının ) aparmasına və müxtəlif baş ağrılarına səbəb olur . İmam Rza (ə) cavabında buyurur: Əgər izzət və cəlal sahibi olan Allah, qoyunu münasib bilməsəydi onu İbrahim (ə)-a,oğlu İsmayılın qurbanlığı üçün göndərməzdi.

İmam Baqir (ə)-dan nəql olunmus hədisdə deyilir: "İsrail camaatı dəri xəstəliyindən həzrəti Musa (ə)-a şikayət edirlər. Allah-təaladan Musa (ə)-a vəhy nazil olur : İsrail camaatına de ki, inək ətini çuğundur ilə bişirib yesinlər və bu onların düçar olduqları xəstəliyə şəfa verəcəkdir".

İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Ayaq sümüyü zəif olan şəxslər kəklik əti yesinlər , bu onlar üçün daha xeyirlidir."

İmam Məhəmməd Təqi (ə)-dan nəql olunmuş hədisdə deyilir: Əsfərud quşunun əti insan üçün daha xeyirlidi (Əsfərud səhrada yaşayır , tikanlardan özünə yuva qurur , qısauçuşları olur ərəb dilində bu quşa "qitah" deyirlər). Atam bu quşun ətini çox xoşlayardı və onu sarılıq xəstəliyinə düçar olan şəxslərə kabab edib verməyi tövsiyə edərdi.

İmam Musa (ə) sümüksüz əti yeməməyi tövsiyə edərdi. O bu haqda buyurardı: Sümüklü ət insan üçün daha xeyirlidir. Bu iflic kimi ağır xəstəliyin yaranmasının, kürək ağrılarının qarşısını alır. Digər tərəfdən də cinsi əlaqəyə müsbət təsir göstərir. İmam Rza (ə)-dan Zebra əti haqqında soruşduqda belə cavab verir: "vəhşi heyvan olduğu üçün ətini yemək olar.Amma onun ətini yeməmək daha yaxşı olar."

Həzrəti Peyğəmbər (s) səhabələrə çiy əti yeməyi qadağan edərdi və bu haqda buyurardı: Əti yalnız bişirdikdən sonra yeyin, onu çiy halda yemək yalnız yırtıcıların işidir.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir : Bu üç şey-qurudulmuş ət yemək, tox qarına hamama girmək və yaşlı qadınlarla cinsi əlaqədə olmaq-bədəni zəiflədir və ömrün az olmasına səbəb olur.

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: "Yeməli olmayan bu üç şey (kətan köynək geymək , ətir vurmaq və gözə nurə çəkmək ) (Nurə kimyəvi maddədir . Oksid kalsium daşının bişməsi (1000c+o) nəticəsində əmələ gəlir qırmızı , sarı və ya ağ rənglərdə olur. Nurə tük tökülmənin də qarşısını alır) insanı kökəldir.

Yeməli olan bu üç şey (quru pendir , qurudulmuş ət və quru xurma qönçəsi) insanı arıqladır. Bu iki şeyin (ilıq su və nar ) hər şeyə xeyri vardır , amma bu iki şeyin (qurudulmuş ətin və qurudulmuş pendirin ) hər şeyə zərəri vardır.

Həzrəti Peyğəmbər (s) qoyunun qabaq ayaqlarının ətini xoşlayardı və dal ayaqlarının əti ifrazat üzvünə yaxın olduğuna görə yeməkdən çəkinərdi.

Başqa bir rəvayətdə deyilir : Həzrəti Adəm (ə) öz nəslindən olan bütün peyğəmbərlər üçün bir qoyun qurbanı kəsir və onun hər üzvünü həmən peyğəmbərlərin adından ehsan edir. Həzrəti Məhəmməd (s) üçün isə onun qabaq ayaqlarını ayırır . Buna görə də həzrəti Peyğəmbər (s) həmən üzvü çox sevərdi.

Qədim zamanlardan bu günədək ətdən müxtəlif çeşiddə yeməklər bişirilməkdədir. Onlardan ən qüvvətlisi kabab, qəlyə (yağlı ət, yumurta, göyərti və üzüm qurusundan hazırlanır) ət şorbası , zəbibə və həlimdir.(həlim döyülmüş ətdən və buğdadan hazırlanır).

Bir çox hədis və rəvayətlərdə bu yeməklərə işarə edilmişdir.

İmam Musa (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yumurtadan çox isdifadə edən şəxslərin övladı çox və sağlam olar.Sizlərə sirkəni də tövsiyə edirəm. Bilin ki, bu bir çox peyğəmbərlərin qida maddələrinin əsasını təşkil etmişdir. İslam peyğəmbəri həzrəti Məhəmməd (s)-da sirkəni çox sevərdi və çox vaxt yeməkdən əvvəl çorəklə sirkə yeyərdi".

Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət” like
  • 07 Yan 23:38  
Siyasət Vardanyan bilmədən ermənilərin “aclıq və fəlakət”

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolundakı etiraz aksiyası bu d

arrow Ətraflı
Yumurta sarısı kimlərə ziyandır? like
  • 07 Yan 23:35  
Digərləri Yumurta sarısı kimlərə ziyandır?

Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini

arrow Ətraflı
Yağlı saçlara qulluq edilməsi like
  • 07 Yan 23:30  
Digərləri Yağlı saçlara qulluq edilməsi

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağl

arrow Ətraflı
Türk alimlər xərçəngin yeni müalicəsini tapdı like
  • 07 Yan 23:25  
Digərləri Türk alimlər xərçəngin yeni müalicəsini tapdı

Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələr

arrow Ətraflı
Zəhranın sözlərində dua like
  • 07 Yan 23:20  
Digərləri Zəhranın sözlərində dua

Mərhum Seyyid Möhsün Əmin "Əyanuş-şiə" adlı çox qiymətli ki

arrow Ətraflı
Uşaq nə qədər yatmalıdır? like
  • 07 Yan 23:15  
Digərləri Uşaq nə qədər yatmalıdır?

Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki

arrow Ətraflı
Nehrəmdə gəncin öldürülməsinin like
  • 07 Yan 23:14  
Digərləri Nehrəmdə gəncin öldürülməsinin

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dü

arrow Ətraflı
Nikah təzələməyin dindəki yeri nədir? like
  • 07 Yan 23:10  
Digərləri Nikah təzələməyin dindəki yeri nədir?

Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa

arrow Ətraflı
Müğənni Afaq Aslan sinəsini açıb paylaşım etdi – like
  • 07 Yan 23:07  
Şou-biznes Müğənni Afaq Aslan sinəsini açıb paylaşım etdi –

Müğənni Afaq Aslan böyük səs-küy yaradacaq şəkillərini sosial şəbək

arrow Ətraflı
Gecəni birlikdə keçirdiyi gəncin kim olduğunu biləndə heyrətə gəldi like
  • 07 Yan 23:06  
Digərləri Gecəni birlikdə keçirdiyi gəncin kim olduğunu biləndə heyrətə gəldi

ABŞ-ın Karolina ştatında yaşayan 33 yaşlı keçmiş müəllimə və hazır

arrow Ətraflı
Həqiqətən acmışıq, yoxsa can sıxıntısından yeyirik? like
  • 07 Yan 23:05  
Digərləri Həqiqətən acmışıq, yoxsa can sıxıntısından yeyirik?

Özünü təcrid etmək bu çətin dövrdə ən düzgün qərardır, amma bunun

arrow Ətraflı
Artıq çəki təhlükəlidir like
  • 07 Yan 23:01  
Digərləri Artıq çəki təhlükəlidir

Oksford Universitetinin alimləri qadınlarda süd vəziləri xərçənginin əm

arrow Ətraflı
Ölmüş insanların yasını doğru aparmaq barədə dinimiz nə buyurur? like
  • 07 Yan 22:55  
Digərləri Ölmüş insanların yasını doğru aparmaq barədə dinimiz nə buyurur?

Ölən biri yaxınları üçün böyük bir acı buraxır və bu acının keçm�

arrow Ətraflı
Ər öz arvadını şahidsiz olaraq boşaya bilərmi? like
  • 07 Yan 22:50  
Digərləri Ər öz arvadını şahidsiz olaraq boşaya bilərmi?

Uca Allah, Talaq surəsinin ilk ayələrində boşanma barədə məlumat verir.

arrow Ətraflı
Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə like
  • 07 Yan 22:49  
Digərləri Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə

Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazil�

arrow Ətraflı