Normal saçlara qulluq edilməsi


Digərləri 07 Yan 2023 22:45:00 254 0

Normal saçlara qulluq edilməsi

Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda təsadüf edilir. Normal saçlar, adətən, sıx, elastik və sağlam olur, asanlıqla daranır və istənilən formada yığılırlar.

Bu tip saçlara sahib olanlara başlarını tez-tez yumaq lazım gəlmir. Belə saçlar uzun müddət ərzində öz cazibədar görünüşünü saxlayırlar. Lakin digər saç tiplərinə olduğu kimi, normal saçlara da düzgün qulluq göstərilməsi tələb olunur, əks halda onlar bütün öz yaxşı xüsusiyyətlərini itirə bilərlər. Normal saçları həftədə bir dəfə olmaqla, yalnız bu tip saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etməklə yumşaq su ilə yumaq olar. Yuyulduqdan sonra onları dərman otlarından hazırlanmış dəmləmələr ilə yaxalamaq məsləhət görülür.

Normal saçların yaxalanması üçün yaxalayıcı vasitələri ev şəraitində də hazırlamaq olar:

- 1 çay qaşığı gicitkan və 1 çay qaşığı pıtraq bitkisini qarışdıraraq, üzərinə 1 stəkan qaynar su tökün. 20 dəqiqə saxladıqdan sonra dəmləməni süzün və saçların sonuncu yaxalanması üçün hazırladığınız suya əlavə edin.

- 2 çay qaşığı çobanyastığının üzərinə 1 stəkan qaynar su töküb dəmləyin və süzdükdən sonra sonuncu yaxalanma üçün hazırladığınız suya əlavə edin. Yaxalayacağınız suya 1 xörək qaşığı alma və ya üzüm sirkəsi də əlavə etmək olar.

- 2 çay qaşığı süpürgə otu və sərv ağacı qozaları üzərinə 1 stəkan qaynar su töküb, 20 dəqiqə keçdikdən sonra süzərək üzərinə limon şirəsi əlavə edin. Bunu saçlarınızı sonuncu dəfə yaxalayacağınız suya əlavə edin. Limon şirəsini saçları yaxalamaq üçün hazırlanan müxtəlif tərkiblərə və ya adi suya əlavə etmək olar. Saçlar istənilən halda yumşaq və itaətkar olub daha rahat daranacaq.

Normal saçları olanlarda həftədə 1 dəfə baş yuyulmamışdan qabaq və ya yuyulan zaman başı masaj etmək lazımdır. Zəifləmiş, nazik, rənglənmiş və s. saçlar üçün olduğu kimi, normal saçlara da öz parlaqlığını saxlaması, ipək kimi və yumşaq qalması üçün heç olmasa həftədə 1 dəfə kompres və maskalar etmək lazımdır. Maskalar əvvəl saçların köklərinə, sonra isə saçların uzunluğu boyu çəkilir.

- Kefir (0,5 stəkan), yumurta və kakaonu (1 çay qaşığı) qarışdırın və başınıza sürtün. Başınız quruduqca, hazırladığınız qarışıgı (qurtarana qədər) bir neçə dəfə başınıza çəkin. Sonra başınızı sellofanla örtüb üstündən dəsmalla bağlayaraq 20 dəqiqə saxlayın. Başı normal saçlar üçün olan şampunla yuyub gicitkən dəmləməsi ilə (2 çay qaşığı ot +1 stəkan qaynar su) yaxalayın.

- 1 çay qaşığı bal ilə 1 çay qaşığı gənəgərçək yağını yaxşı-yaxşı qarışdırıb üzərinə  əvvəlcədən yaxşıca çalınmış 1 yumurta əlavə edin. Hazırlanmış maskanı nəm saçlarınıza sürtərək sellofanla örtün və başınızı yun şərflə bağlayın. Yarım saatdan sonra saçları yumaq lazımdır.

- Ayıpəncəsi və gənəgərçək yağları saçlar üçün çox xeyirlidirlər. Hər iki yağdan 1 çay qaşığı götürərək yuyulmamışdan qabaq saçlara sürtmək olar.

Normal saçları gün ərzində 2 dəfədən az olmayaraq ehtiyatla daramaq lazımdır. Saçlarınızı fenlə daha az hallarda qurutmağa çalışın və ya qurutma zamanı xüsusi qoruyucu vasitələrdən (muss, sprey) istifadə edin.

Ermənistanda ağır yol qəzasında altı nəfər like
  • 07 Yan 22:44  
Dünya Ermənistanda ağır yol qəzasında altı nəfər

Ermənistanın Gegarkunik vilayətində baş verən ağır yol qəzasında altı

arrow Ətraflı
Ermənistanda qadınlar hərbi xidmətə like
  • 07 Yan 22:43  
Siyasət Ermənistanda qadınlar hərbi xidmətə

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xid

arrow Ətraflı
Göygöldə 16 yaşlı qız bıçaq like
  • 07 Yan 22:41  
Digərləri Göygöldə 16 yaşlı qız bıçaq

Göygöldə 16 yaşlı qız bıçaq xəsarəti alıb.

arrow Ətraflı
Allahdan bağışlanmaq diləmək like
  • 07 Yan 22:40  
Digərləri Allahdan bağışlanmaq diləmək

Ərəb dilindən tərcümədə "bağışlanmaq diləmək" mənasını

arrow Ətraflı
Cəlilabadda ər həyat yoldaşını like
  • 07 Yan 22:39  
Digərləri Cəlilabadda ər həyat yoldaşını

Cəlilabad rayonunda ər həyat yoldaşını döyüb.

arrow Ətraflı
Ötən il Qarabağa 8 minə yaxın vətəndaş like
  • 07 Yan 22:38  
Digərləri Ötən il Qarabağa 8 minə yaxın vətəndaş

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7,851 nəfər vətəndaşın səf

arrow Ətraflı
Hansı xalları yandırıb götürmək lazımdır? like
  • 07 Yan 22:35  
Digərləri Hansı xalları yandırıb götürmək lazımdır?

İnsan bədənində olan xalların bir çoxu sonradan təhlükə riski daşıyı

arrow Ətraflı
Evli kişilər daha çox yaşayırlar like
  • 07 Yan 22:30  
Digərləri Evli kişilər daha çox yaşayırlar

Araşdırmalara əsasən evil kişilər subay kişilərlə müqayisədə daha ç

arrow Ətraflı
Bu marşrut avtobuslarının sürücüləri işə çıxmaqdan like
  • 07 Yan 22:27  
Digərləri Bu marşrut avtobuslarının sürücüləri işə çıxmaqdan

Sumqayıtda 10 A saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusla

arrow Ətraflı
100dən çox rusiyalı məşhur like
  • 07 Yan 22:26  
Siyasət 100dən çox rusiyalı məşhur

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mədəniyyət xadimlərinə qar

arrow Ətraflı
Çörəyə insan və donuz tükü qatılır  Ekspertdən like
  • 07 Yan 22:25  
Digərləri Çörəyə insan və donuz tükü qatılır Ekspertdən

Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun r�

arrow Ətraflı
İranda azərbaycanlı rəssam like
  • 07 Yan 22:24  
Siyasət İranda azərbaycanlı rəssam

İranda azərbaycanlı rəssam qız həbs edilib.

arrow Ətraflı
Abşeronda avtomobil piyadanı vuraraq like
  • 07 Yan 22:23  
Digərləri Abşeronda avtomobil piyadanı vuraraq

Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb.

arrow Ətraflı
Məscidə girərkən oxunan dua like
  • 07 Yan 22:20  
Digərləri Məscidə girərkən oxunan dua

Oxunuşu; "Allahümmüğfirli zünubi, veftah-li ebvabe rahmetik."

arrow Ətraflı
Osteoxondroz nədir? like
  • 07 Yan 22:15  
Digərləri Osteoxondroz nədir?

Osteoxondroz - olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Hazır

arrow Ətraflı