Qaz dolan otaqda 7 dəqiqə kifayətdir ki, insanın həyatına son qoyulsun


Digərləri 06 Yan 2023 11:59:00 243 0

Qaz dolan otaqda 7 dəqiqə kifayətdir ki, insanın həyatına son qoyulsun

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) Kliniki Tibbi Mərkəzə zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub. Həmin şəxslərdən 4-ü dəm qazından zəhərlənib.

Bəs insanlar necə etsinlər ki, bu təhlükə ilə üz-üzə qalmasınlar.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, birinci növbədə insanlar standartlara cavab verməyən qaz sobalarından istifadə etməkdən çəkinməlidirlər.

"Dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri budur. Qaz cihazlarına vaxtında texniki qulluğun göstərilməsi də vacibdir. Çox vaxt qulluq mütəxəssislər tərəfindən deyil, adi insanlar tərəfindən həyata keçirilir, özləri evə qaz xətti çəkirlər, sobanın yerini dəyişirlər, ya da qaz sobasını müəyyən emalatxanalarda düzəltdirirlər. Bütün bunlar da yanma prosesinə təsir edir, nəticədə dəm qazının fəsadları ortaya çıxır".

Ekspert bildirib ki, soba borularının təmizlənməməsi də təhlükəlidir.

"Belə ki, sobanın içərisinə tullantılar düşür, heyvanlar orda yuva qururlar. Nəticədə həmin boru tutulur, dəm qazı evə dolur. İldə ən azı iki dəfə, qış fəslindən əvvəl və sonra həmin borular təmizlənməlidir.

Bunun üçün Mənzil İstismar Sahələri və bu işlə məşğul olan özəl şirkətlər də var. Elə evlər var ki, aylarla, hətta illərlə sobanın boruları təmizlənmir. Belə olduğu halda həmin borular dolur və problemlər yaranır. Bir də dəm qazının evə dolması ən çox hamam və yataq otaqlarında baş verir.

Çünki payız və qış aylarında insanların istiliyə olan tələbatı artır, qaz cihazlarından istifadə edirlər. Yaz, yay aylarında qapıları, pəncərələri açıq saxlayırlar. Soyuq fəsillərdə isə bunun tam tərsi olur. Təsəvvür edin evin qapıları bağlıdır və qaz sobası yanır. Elə bu da təhlükəsizlik qaydalarının pozulmasıdır. İnsanlar arasında maarifləndirmə olsa, məlumatlansalar yaxşıdır.

Ən azından evin havasını gündə bir-iki dəfə dəyişmək lazımdır. Hamam otaqlarında nəfəsliklər, qapının aşağısında dəliklər olmalıdır. Əsasən hamam otaqlarında plastik qapılar olur.

Amma bu tamam yanlışdır. Çünki dəlikləri yoxdur. Həmçinin hamam otaqlarının hündürlüyü minimum 2.2 m və sahəsi 7 kvadratmetr olmalıdır. Evlərin çoxunda hamamlar 1-2 kvadratmetrdir, qapıları isə plastikdir, nəfəslikləri yoxdur. Ona görə içəri dəm qazı dolduğu halda ölüm hadisələri ilə nəticələnir".

E.Nurəliyev həmçinin bildirib ki, dəm qazından boğulma halları ən çox sobalar standartlara uyğun olmayanda baş verir:

"Elə də olur ki, boruları evin bir otağından digərinə çəkirlər. Borunun çıxan yerini külək tutur. Odun alışması üçün də hava lazımdır, o da olmayanda yanma prosesi düzgün getmir.

Qaz dolan otaqda 7 dəqiqə kifayətdir ki, insanın həyatına son qoyulsun. İlk saniyələrdən qaz öz təsirini göstərir. Bəzən deyirlər, kaş bizi çağırardı, kömək istəyərdi. Amma o şəxs huşsuz vəziyyətdə olduğu üçün buna halı qalmır. Təhlükəsizlik qaydalarına əməl edilsə, belə hadisələr olmaz", - deyə ekspert qeyd edib.

"ASAN Xidmət"də Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb like
  • 06 Yan 11:56  
Digərləri "ASAN Xidmət"də Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb

Artıq Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıv

arrow Ətraflı
İranAzərbaycan sərhədində atışma olub, like
  • 06 Yan 11:55  
Digərləri İranAzərbaycan sərhədində atışma olub,

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit

arrow Ətraflı
Bakı Xankəndidən qalxan helikopteri vura bilər like
  • 06 Yan 11:48  
Digərləri Bakı Xankəndidən qalxan helikopteri vura bilər

Qarabağda separatçı-terrorçu rejim "hava limanı planı"nı yenid�

arrow Ətraflı
Bakının çıxaracağı "hökm" molla rejiminin SONU OLACAQ like
  • 06 Yan 11:42  
Siyasət Bakının çıxaracağı "hökm" molla rejiminin SONU OLACAQ

44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentl�

arrow Ətraflı
Xalq artisti itkin düşüb like
  • 06 Yan 11:37  
Şou-biznes Xalq artisti itkin düşüb

Rusiyanın Xalq artisti Tatyana Kravçenko itkin düşüb.

arrow Ətraflı
Molla rejimi cəlladlarını güllələyir  müəmmalı like
  • 06 Yan 11:29  
Siyasət Molla rejimi cəlladlarını güllələyir müəmmalı

İrandakı "Sazmane Bəsici Mustəzafin" ("Bəsic") könüll

arrow Ətraflı
Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı like
  • 06 Yan 11:26  
Digərləri Bakıda baş verən qətllə bağlı əməliyyat görüntüləri yayıldı

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qayn

arrow Ətraflı
Yeni sosial islahat mərhələsinə keçid like
  • 06 Yan 11:15  
Digərləri Yeni sosial islahat mərhələsinə keçid

Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamət

arrow Ətraflı
Azərbaycanda hazırda yayılan virusla bağlı like
  • 06 Yan 11:04  
Digərləri Azərbaycanda hazırda yayılan virusla bağlı

Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.

arrow Ətraflı
Hansı sosial müavinətlər və təqaüdlər artırılacaq və nə zaman olacaq? like
  • 06 Yan 10:55  
Digərləri Hansı sosial müavinətlər və təqaüdlər artırılacaq və nə zaman olacaq?

Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial rifahının yaxş

arrow Ətraflı
KİV: "Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər” like
  • 06 Yan 10:53  
Dünya KİV: "Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər”

"Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bil�

arrow Ətraflı
İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edilib  FOTO like
  • 06 Yan 10:42  
Siyasət İsrailli ictimai xadim Arye Qutun adına mükafat təsis edilib FOTO

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyəti İsrail və Azərbaycan

arrow Ətraflı
Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü like
  • 06 Yan 10:31  
Digərləri Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəs

arrow Ətraflı
2022ci ilin yadda qalan TƏYİNATLARI like
  • 06 Yan 10:20  
Digərləri 2022ci ilin yadda qalan TƏYİNATLARI

Başa vurduğumuz 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb.

arrow Ətraflı
Bakıda avtomobilə yol verməyən sürücü küçədə like
  • 06 Yan 10:09  
Kriminal Bakıda avtomobilə yol verməyən sürücü küçədə

Bakıda iki sürücünün bir birinə yol verməməsi qətllə nəticələnib.

arrow Ətraflı