Tarif Şurası dərmanlarla bağlı yeni qərarı


Digərləri 28 Dek 2022 18:48:00 272 0

Tarif Şurası dərmanlarla bağlı yeni qərarı

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının dekabrın 28-də keçirilən iclasında dərman vasitələrinin qiyməti ilə bağlı qərarlar qəbul edilib.

Qurumdan Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. 

Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb.

Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır.

Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur.

Dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər.

Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb.

Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin ("Fungipar", "Diasmet", "Rosapar" və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır. Digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan "Diabeton MR" dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır.

Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir.

Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır.

Azərbaycanda din xadimləri İrana qarşı like
  • 28 Dek 18:46  
Siyasət Azərbaycanda din xadimləri İrana qarşı

Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları və Şirvan şəhərinin d

arrow Ətraflı
Vasifin bacısı: “Haqqımı onlara halal etmirəm” like
  • 28 Dek 18:39  
Şou-biznes Vasifin bacısı: “Haqqımı onlara halal etmirəm”

Əməkdar artist Vasif Məhərrəmlinin bacısı Leyla Məhərrəmova uzun illə

arrow Ətraflı
Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb like
  • 28 Dek 18:30  
Digərləri Vasif Talıbovun oğlu Röyaya 8 milyonluq mülk bağışlayıb

Əməkdar artist Röya Ayxan Naxçıvanda konsert verir, bundan əvvəl isə Bak

arrow Ətraflı
Şaurma Moskva sakinləri arasında ən populyar qidaya çevrilib like
  • 28 Dek 18:28  
Digərləri Şaurma Moskva sakinləri arasında ən populyar qidaya çevrilib

2022-ci ildə Moskva sakinləri arasında ən çox toyuq şaurmasının evə ça

arrow Ətraflı
Korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxslər həbs edildi  RƏSMİ like
  • 28 Dek 18:19  
Siyasət Korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxslər həbs edildi RƏSMİ

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfind

arrow Ətraflı
Aparıcıaktrisa Xuraman Əlizadənin “beh” qalmaqalı like
  • 28 Dek 18:17  
Şou-biznes Aparıcıaktrisa Xuraman Əlizadənin “beh” qalmaqalı

Aparıcı-aktrisa Xuraman Əlizadə TikTok-da yaşanan "beh" qalmaqal�

arrow Ətraflı
"Mənə o vaxt icazə versəydilər, gedib onun başına bir donuz gülləsi vurub gətirərdik" like
  • 28 Dek 18:06  
Digərləri "Mənə o vaxt icazə versəydilər, gedib onun başına bir donuz gülləsi vurub gətirərdik"

"Ruben Vardanyanın beynəlxalq axtarışa verilməsi bizim üçün arzuolu

arrow Ətraflı
Erməniyə casusluq edən azərbaycanlının məhkəməsi başladı like
  • 28 Dek 18:00  
Kriminal Erməniyə casusluq edən azərbaycanlının məhkəməsi başladı

Bakı Ağır Cnayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsir

arrow Ətraflı
Yaşayış massivində təhlükəyə çevrilən göl like
  • 28 Dek 17:55  
Digərləri Yaşayış massivində təhlükəyə çevrilən göl

Yaşayış massivinin yaxınlığında yerləşən göl indi xəstəlik mənbəy

arrow Ətraflı
Tarif Şurasından bu dərmanların qiyməti ilə bağlı like
  • 28 Dek 17:47  
Digərləri Tarif Şurasından bu dərmanların qiyməti ilə bağlı

Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında yeni döv

arrow Ətraflı
Sevda: “Ad günümdə yeməyə heç nə yox idi, sinif yoldaşlarıma makaron bişirdik” like
  • 28 Dek 17:44  
Şou-biznes Sevda: “Ad günümdə yeməyə heç nə yox idi, sinif yoldaşlarıma makaron bişirdik”

"Həmin günü tam xatırlamıram, amma 2-ci və ya 3-cü sinifdə oxuyurdu

arrow Ətraflı
Obyektlərin icarə qiyməti niyə artıb? like
  • 28 Dek 17:33  
Digərləri Obyektlərin icarə qiyməti niyə artıb?

Pandemiyanın ilk aylarında bir sıra bazar iştirakçilarının fəaliyyəti m

arrow Ətraflı
Fransa səfiri Azərbaycan XİNə çağırılıb, like
  • 28 Dek 17:24  
Siyasət Fransa səfiri Azərbaycan XİNə çağırılıb,

Dekabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövq�

arrow Ətraflı
Ukraynada Stiv Cobs küçəsi peyda oldu like
  • 28 Dek 17:22  
Digərləri Ukraynada Stiv Cobs küçəsi peyda oldu

İzyumda (Ukraynanın Xarkov vilayəti) adları Rusiya və SSRİ ilə bağlı ol

arrow Ətraflı