Azərbaycan hədəfə düşdü


Siyasət 28 Dek 2022 17:17:00 338 0

Azərbaycan hədəfə düşdü

"Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı mətbuat konfransında bir sıra mühüm məsələlərə toxundu və onun qeyd etdiyi məqamlar xarici siyasətin demək olar bütün istiqamətlərini özündə əxz edir. Eyni zamanda Azərbaycan XİN başçısı üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin implimentasiyası məsələsinə toxunub".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycan ərazisində qurulan separatçı rejimin artıq heç bir gələcəyi yoxdur:

"Bizim də rusiyalı ekspertlərlə keçirdiyimiz görüşlərdə, danışıqlarda hər zaman Rusiya tərəfi qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya tərəfindən çıxarılması üçtərəfli birgə bəyanatda qeyd olunmayıb. Və bu, çox açıq şəkildə söz oyunudur. Təbii ki, üçtərəfli birgə bəyanat imzalananda Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi ilə paralel Ermənistan silahlı qüvvələrinin birləşmələri regionu tərk etməli idilər. 

Təəssüflər olsun ki, 2 il ərzində bu fəaliyyət icra olumayıb və Moskvanın Bakının tələbi qarşısında bildirməsi ki, erməni qoşunlarının çıxarılması Ermənistanın öhdəliyidir, bu mənə elə gəlir ki, rəsmi Kremlin doğru olmayan yanaşmasını nümayiş etdirir, eyni zamanda Azərbaycan tərəfinə arqumentasiya verir ki, Azərbaycan müstəqil surətdə Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarsın və qətiyyətli cavab, eləcə də qisas əməliyyatları mənə elə gəlir ki, Ermənistan üçün də və digər dövlətlər üçün də bir xüsusi anlam daşımalıdır. 

Eyni zamanda Azərbaycan ərazisində qurulan separatçı rejimin artıq heç bir gələcəyi yoxdur. Azərbaycan ərazisində yaşayan etnik ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar və bu gün Şuşa-Xankəndi yolunda Azərbaycanın ekofəallarının həyata keçirdiyi aksiya nəticəsində də artıq bir sıra mətləblər üzə çıxır, bir sıra mühüm proseslərin şahidi oluruq. Bütün bunlar onu deməyə əsas verir ki, baş verən aksiya müsbət nəticələr vəd edir.

Digər tərəfdən Zəngəzur dəhlizinin də müzakirələri artıq uzun müddətdir ki, üçtərəfli xarakter alsa da, burada Azərbaycanın Rusiya ilə müzakirələri çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Türkiyə də bu dəhlizin açılmasında maraqlıdır. Çünki Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında əlaqələr formalaşır. Bu, Türk Dövlətləri Təşkilatı (TDT) konteksində də böyük rola malikdir. 

Eyni zamanda danışıqlar prosesində hər zaman Rusiya Dəmiryolu şirkətinin nümayəndələri, rəhbər heyəti iştirak edir. Çünki Ermənistanda olan dəmiryolları şəbəkəsi Rusiya Dəmiryolları şirkətinin bir tərkib hissəsidir, onun təsiri və inhisarı altındadır. Azərbaycanın atdığı qətiyyətli addımlar, hücum diplomatiyası yaxın gələcəkdə bölgədə bir sıra dəyişikliklərə səbəb olacaq və Azərbaycan bütün platformalarda bəyan edib ki, üçtərəfli birgə bəyanatın 4-cü və 9-cu maddələri mütləq şəkildə yerinə yetirilməlidir.

Azərbaycan ərazisindən silahlı birləşmələr də çıxmalıdır, eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə təmin olunmalıdır. Hər iki müstəvidə Azərbaycan bu gün ardıcıl işlər həyata keçirir və onlar nəticəyə hesablanıb".

Təhməz Əsədov Son.az

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir like
  • 28 Dek 17:14  
Dünya Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını tə�

arrow Ətraflı
Dünyanın ən bahalı və ən gözəl turizm məkanları like
  • 28 Dek 17:11  
Dünya Dünyanın ən bahalı və ən gözəl turizm məkanları

Koronavirus pandemiyasından sonra dünyada bir çox sahələrin bərpası müş

arrow Ətraflı
KOBİA 5 illik yubileyini qeyd edir like
  • 28 Dek 17:04  
Digərləri KOBİA 5 illik yubileyini qeyd edir

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı i

arrow Ətraflı
İstirahət günlərində gözlənilən hava şəraiti açıqlandı like
  • 28 Dek 16:53  
Digərləri İstirahət günlərində gözlənilən hava şəraiti açıqlandı

Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Polislər Santa Klaus paltarı geyinərək uşaqlara hədiyyə paylayıb like
  • 28 Dek 16:50  
Dünya Polislər Santa Klaus paltarı geyinərək uşaqlara hədiyyə paylayıb

Peruda polis əməkdaşları qeyri-adi şəkildə sakinlərin Milad bayramını

arrow Ətraflı
Zeynəb Xanlarova haqqında like
  • 28 Dek 16:39  
Şou-biznes Zeynəb Xanlarova haqqında

Bu gün dünya şöhrətli müğənni, sevilən sənətkar Xalq artisti Zeynəb

arrow Ətraflı
İcbari tibbi sığorta üzrə xidmət zərfinə hansı sahələr daxil edildi? like
  • 28 Dek 16:28  
Digərləri İcbari tibbi sığorta üzrə xidmət zərfinə hansı sahələr daxil edildi?

8 icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500-dən artıq xidmət d

arrow Ətraflı
Nehir Ərdoğan məşhur serialda like
  • 28 Dek 16:17  
Şou-biznes Nehir Ərdoğan məşhur serialda

Reytinqlərdə ilk sırada yer alan "Yasak elma" serialına yeni aktri

arrow Ətraflı
Səkkizayaqlı ilbizi əlləri ilə tutdu like
  • 28 Dek 16:10  
Dünya Səkkizayaqlı ilbizi əlləri ilə tutdu

Türkiyənin İzmirin bölgəsində balıqçı sahildə gördüyü səkkizayaql�

arrow Ətraflı
Masallının baş həkimi rüşvət alarkən tutulub like
  • 28 Dek 16:07  
Kriminal Masallının baş həkimi rüşvət alarkən tutulub

İki gün öncə saxlanılan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş h�

arrow Ətraflı
Vatsap bu telefonlarda işləməyəcək like
  • 28 Dek 16:06  
Digərləri Vatsap bu telefonlarda işləməyəcək

Təzə modellər bazara təqdim olunduğuna görə, onlar bazarlardan köhnə mo

arrow Ətraflı
Respublika Klinik Xəstəxanasına yeni direktor like
  • 28 Dek 16:01  
Digərləri Respublika Klinik Xəstəxanasına yeni direktor

Respublika Klinik Xəstəxanasına yeni direktor təyin olunub.

arrow Ətraflı
Tanınmış musiqiçi 19 yaşlı kiçik sevgilisi ilə poz verdi like
  • 28 Dek 15:59  
Şou-biznes Tanınmış musiqiçi 19 yaşlı kiçik sevgilisi ilə poz verdi

50 yaşlı məşhur türk bəstəkar Ozan Doğulu özündən 19 yaş kiçik sevg

arrow Ətraflı
Türkiyəli aktyor siyahıda 1ci oldu like
  • 28 Dek 15:55  
Şou-biznes Türkiyəli aktyor siyahıda 1ci oldu

Türkiyəli aktyor Can Yaman "IMDb Starmetredə" (kinematoqraf haqqı

arrow Ətraflı
“Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı like
  • 28 Dek 15:53  
Kriminal “Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altı

arrow Ətraflı