“Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı


Kriminal 28 Dek 2022 15:53:00 301 0

“Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilən "Rauf Hacıyev-100" Musiqi Festivalının bağlanış konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  baş tutdu. 

Konsert musiqişünas, tədqiqatçı Vəfa Həmidovanın giriş sözü ilə açıldı. Rauf Hacıyev yaradıcılığının musiqi mədəniyyətimizdəki qoyduğu iz, onun əsas yaradıcılıq istiqamətləri və daşıyıcısı olduğu ənənələr və ifa olunacaq əsərlər haqda söz açıldı.Bu il dekabr ayında keçirilməyə başlanan "Rauf Hacıyev-100" Festivalı haqda da öz qeydlərini bölüşən aparıcı, söhbətin sonunda publikanı ən xoş, işıqlı emosiyalara kökləyib sözü Musiqiyə verdi.

Simfonik konsert bəstəkarın sırf simfonik əsərlərindən ibarət proqrama əsaslandı. 1954-cü ildə bəstələnmiş "Rəqs lövhələri" süitası ilə açılan musiqi axşamı publikanı incə zövqlü, zəngin orkestrovkalı, rəqs ritmləri və rəngarəng orkestr dilinə malik musiqiyə qərq etdi. "Qızların rəqsi", "Rəqs", "Yallı" adlı orkestr miniatürləri nurlu, nikbin, həyati və rəngarəng Şərq çalarlı fərqli lirik-məişət lövhələrini canlandırdı.

Bəstəkarın simli ifaçılıq repertuarından düşməyən Violin ilə orkestr üçün Konserti solist, Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidovanın ifasında və Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiətində səsləndi. Xatırladaq ki, bu əsər Azərbaycan musiqisi tarixində Violin konserti janrına üçüncü müraciət olub, daha ekspressiv musiqi dili və səciyyəsi ilə, dinamik musiqi inkişafı və gənclik ruhu ilə sələf əsərlərdən seçilir.

Konsertin böyük bir novator cəhəti - R.Hacıyevin çox-çox əvvəl yazılsa da,  postsovet zamanda ilk dəfə ifa olunan "Gənclik simfoniyası" (1952) oldu. Xatırladaq ki, bu əsər bəstəkarın buraxılış diplom əsəri olub, onun simfoniya janrında ilk əsəridir və Azərbaycan musiqisi tarixində isə lirik-dramatik simfoniyanın ilk nümunəsidir. 4 hissədən ibarət bu silsilə lirik, məzəli və həyati, fəlsəfi və həyat alovu ilə dolğun olan obrazları birləşdirir. Böyük diqqətlə dinlənilən "Gənclik" simfoniyası postsovet məkanda, yeni minillikdə npvbəti premyerasını yaşadı.

Konsertin sonunda dinləyicilərə bir ərməğan olaraq orkestr R.Hacıyevin simfonik şedevrlərindən olan "Qaytağı" əsərini ifa etdi. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Sülhməramlılara aid daha 5 yük avtomobili Laçın yolundan keçib like
  • 28 Dek 15:51  
Digərləri Sülhməramlılara aid daha 5 yük avtomobili Laçın yolundan keçib

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa

arrow Ətraflı
“Bütün hərəkətlərimi nəzarətdə saxlayıram”  Faiq Ağayev like
  • 28 Dek 15:49  
Şou-biznes “Bütün hərəkətlərimi nəzarətdə saxlayıram” Faiq Ağayev

"Özümü məharətlə danlaya bilirəm. Deyilənə görə, ağıllıyam. �

arrow Ətraflı
Sakinlər yol problemindən təngə gəliblər like
  • 28 Dek 15:44  
Digərləri Sakinlər yol problemindən təngə gəliblər

Yollar o vəziyyətdədir ki, palçıqlı yolda avtomobillər hərəkət edə b

arrow Ətraflı
Rasim Məmmədova 14 il həbs cəzası verildi like
  • 28 Dek 15:43  
Digərləri Rasim Məmmədova 14 il həbs cəzası verildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət

arrow Ətraflı
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir? like
  • 28 Dek 15:39  
Siyasət Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün bir sıra məhkəmələrə yeni sədr və hakim

arrow Ətraflı
Dünyanın ən gözəl qadını ilə bağlı üzücü xəbər like
  • 28 Dek 15:37  
Dünya Dünyanın ən gözəl qadını ilə bağlı üzücü xəbər

Dünyanın ən gözəl qadını seçilən məşhur Peyc Spiranakdan kədərli x�

arrow Ətraflı
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edildi like
  • 28 Dek 15:36  
Siyasət Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edildi

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edilib.

arrow Ətraflı
41 milyon manat qonorar alacaq like
  • 28 Dek 15:33  
Şou-biznes 41 milyon manat qonorar alacaq

Məşhur amerikalı müğənni Beyons 4 ildən sonra ilk dəfə konsert verəcə

arrow Ətraflı
Xankəndidə bu tarixdə ANTİTERROR ƏMƏLİYYATI başlaya bilər like
  • 28 Dek 15:30  
Siyasət Xankəndidə bu tarixdə ANTİTERROR ƏMƏLİYYATI başlaya bilər

"Xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarına dair keçirdiyi

arrow Ətraflı
Bölgələrdəki istirahət mərkəzlərində yerlərin çoxu tutulub like
  • 28 Dek 15:22  
Digərləri Bölgələrdəki istirahət mərkəzlərində yerlərin çoxu tutulub

Yeni il yaxınlaşdıqca bir çox insan bayram günlərində bölgələrdəki is

arrow Ətraflı
Vasif Talıbovun retro maşın kolleksiyası like
  • 28 Dek 15:19  
Digərləri Vasif Talıbovun retro maşın kolleksiyası

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu

arrow Ətraflı
"Qarabağ, o cümlədən, Laçın yolu Azərbaycanın suveren ərazisidir" like
  • 28 Dek 15:12  
Siyasət "Qarabağ, o cümlədən, Laçın yolu Azərbaycanın suveren ərazisidir"

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bir qrup fransız parlament

arrow Ətraflı
Məşhur aktyor öldü like
  • 28 Dek 15:11  
Şou-biznes Məşhur aktyor öldü

Polşalı məşhur aktyor Emilian Kaminski vəfat edib.

arrow Ətraflı
Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb like
  • 28 Dek 14:49  
Dünya Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namiz�

arrow Ətraflı