Zeynəb Xanlarova haqqında


Şou-biznes 28 Dek 2022 16:39:00 340 0

Zeynəb Xanlarova haqqında

Bu gün dünya şöhrətli müğənni, sevilən sənətkar Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. 86 yaşlı sənətkar son 60 ilin ən çox sevilən və dinlənilən müğənnilərindən biri idi.

Son.az bizim media-ya istinadən təkcə sənəti ilə deyil, şəxsiyyəti ilə də hər zamandiqqət mərkəzində olan dahi sənətkar haqqında 10 maraqlı faktı təqdim edir. 1. Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakının məşhur Dağlı məhəlləsində anadan olub. Ona görə də ona daha çox "dağlı qızı". Onun ən çox sevilən mahnılarından biri də "Məni heyran etdi Xızı dağları"dır. 2. "Zeynəb Asəf Zeynallıda mənim sinfimdə oxuyub. Yaman şuluq qız idi. Kollecdəki oğlanlar əlindən dad edirdilər, gəlib ondan mənə şikayətçi olurdular ki, müəllimə Zeynəb bizi vurdu, bizə söydü filan. Mən də təpinirdim ona. Əvvəl qara, quru bir qız idi, sonra çox gözəlləşdi". Bunu Xalq artisi Ceyran Haşımova deyib. 3. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış Zeynəb xanımın həyatına işıq saçır. Münsiflər heyətinin üzvləri olan - Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında "Azərbaycan maralı" xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi olur. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs alır. 4. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. 5. Xalq müsiqisi sahəsində SSRİ Xalq artisti alan ilk və son qadın müğənnidi. 6. Uzun illər yeni il başlayan kimi dövlət televiziyasında ilk mahnını Zeynəb Xanlarovanın ifa edib. Xalq artist indi də Aztv-NİN Yeni İl çəkilişlərində iştirak edir və çox güman ki, 2023-də ilk mahnını onun səsi ilə eşidəcəyik. 7. Zeynəb Xanlaraova Azərbaycan səhnəsinə naz və hərəkətlilik gətirən ilk müğənnidir. Bunu da Xalq artisti Flora Kərimova deyib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular. 8. +50 dərəcədə konsert verənilk və son Azərbaycan müğənnisi Zeynəb Xanlarova olub. O,Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın ozamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. 9. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənni də Zeynəb Xanlarova olub. 10. ABŞ-da ən çox konsert verən Azərbaycan müğənni də Zeynəb Xanlarovadır. Onun bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutan müğənni 2012-2015-ci illərdə ABŞ-da yenidən konsert proqramları ilə çıxış edib. ABŞ-da konsert zamanı Zeynəb Xanlarova tamaşaçılara ilk səfərindən məzəli bir əhvalat danışır: "1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də "Reyhan" idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər". Sənətini zirvəsində, yaşının müdriklik çağında olan Zeynəb xanımı ad günü münasibəti ilə təbrik edirik, ona can sağlığı arzulayırıq.

İcbari tibbi sığorta üzrə xidmət zərfinə hansı sahələr daxil edildi? like
  • 28 Dek 16:28  
Digərləri İcbari tibbi sığorta üzrə xidmət zərfinə hansı sahələr daxil edildi?

8 icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500-dən artıq xidmət d

arrow Ətraflı
Nehir Ərdoğan məşhur serialda like
  • 28 Dek 16:17  
Şou-biznes Nehir Ərdoğan məşhur serialda

Reytinqlərdə ilk sırada yer alan "Yasak elma" serialına yeni aktri

arrow Ətraflı
Səkkizayaqlı ilbizi əlləri ilə tutdu like
  • 28 Dek 16:10  
Dünya Səkkizayaqlı ilbizi əlləri ilə tutdu

Türkiyənin İzmirin bölgəsində balıqçı sahildə gördüyü səkkizayaql�

arrow Ətraflı
Masallının baş həkimi rüşvət alarkən tutulub like
  • 28 Dek 16:07  
Kriminal Masallının baş həkimi rüşvət alarkən tutulub

İki gün öncə saxlanılan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş h�

arrow Ətraflı
Vatsap bu telefonlarda işləməyəcək like
  • 28 Dek 16:06  
Digərləri Vatsap bu telefonlarda işləməyəcək

Təzə modellər bazara təqdim olunduğuna görə, onlar bazarlardan köhnə mo

arrow Ətraflı
Respublika Klinik Xəstəxanasına yeni direktor like
  • 28 Dek 16:01  
Digərləri Respublika Klinik Xəstəxanasına yeni direktor

Respublika Klinik Xəstəxanasına yeni direktor təyin olunub.

arrow Ətraflı
Tanınmış musiqiçi 19 yaşlı kiçik sevgilisi ilə poz verdi like
  • 28 Dek 15:59  
Şou-biznes Tanınmış musiqiçi 19 yaşlı kiçik sevgilisi ilə poz verdi

50 yaşlı məşhur türk bəstəkar Ozan Doğulu özündən 19 yaş kiçik sevg

arrow Ətraflı
Türkiyəli aktyor siyahıda 1ci oldu like
  • 28 Dek 15:55  
Şou-biznes Türkiyəli aktyor siyahıda 1ci oldu

Türkiyəli aktyor Can Yaman "IMDb Starmetredə" (kinematoqraf haqqı

arrow Ətraflı
“Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı like
  • 28 Dek 15:53  
Kriminal “Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altı

arrow Ətraflı
Sülhməramlılara aid daha 5 yük avtomobili Laçın yolundan keçib like
  • 28 Dek 15:51  
Digərləri Sülhməramlılara aid daha 5 yük avtomobili Laçın yolundan keçib

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa

arrow Ətraflı
“Bütün hərəkətlərimi nəzarətdə saxlayıram”  Faiq Ağayev like
  • 28 Dek 15:49  
Şou-biznes “Bütün hərəkətlərimi nəzarətdə saxlayıram” Faiq Ağayev

"Özümü məharətlə danlaya bilirəm. Deyilənə görə, ağıllıyam. �

arrow Ətraflı
Sakinlər yol problemindən təngə gəliblər like
  • 28 Dek 15:44  
Digərləri Sakinlər yol problemindən təngə gəliblər

Yollar o vəziyyətdədir ki, palçıqlı yolda avtomobillər hərəkət edə b

arrow Ətraflı
Rasim Məmmədova 14 il həbs cəzası verildi like
  • 28 Dek 15:43  
Digərləri Rasim Məmmədova 14 il həbs cəzası verildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət

arrow Ətraflı
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir? like
  • 28 Dek 15:39  
Siyasət Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün bir sıra məhkəmələrə yeni sədr və hakim

arrow Ətraflı
Dünyanın ən gözəl qadını ilə bağlı üzücü xəbər like
  • 28 Dek 15:37  
Dünya Dünyanın ən gözəl qadını ilə bağlı üzücü xəbər

Dünyanın ən gözəl qadını seçilən məşhur Peyc Spiranakdan kədərli x�

arrow Ətraflı