Bu ali məktəbin tələbələri dövlət müəssisələrində işlə təmin olunacaq


Digərləri 28 Dek 2022 07:07:00 1038 0

Bu ali məktəbin tələbələri dövlət müəssisələrində işlə təmin olunacaq

Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunacaq.

Bu barədə Son.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs (TƏBİB) və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb.

Əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.

Bu gün TƏBİB-in tabeliyindəki "Yeni klinika" tibb müəssisəsində Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova ilk olaraq iştirakçıları salamlayıb və TƏBİB haqqında ətraflı məlumat verib.

O, vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətə əlçatanlığının təmin edilməsi, dövlət tibb müəssisələrində xidmət standartlarının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldüyünü qeyd edib:

"Tibb müəssisələrinin yüksək standartlara cavab verən avadanlıqlarla təmin edilməsi, tibb işçilərinin rifahlarının yaxşılaşdırılması, yeni xəstəxanaların inşa edilməsi yönündə ölkə rəhbərliyi tərəfindən atılan addımlar bizi müasir tibbi çağırışlara daha tez adaptasiya olmağa sövq edir".

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verib və müəyyən olunan hədəflərdən, görüləcək işlərdən danışıb.

A.Nəsirov bildirib ki, cari ilin ötən müddəti ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə 12 min 440 işçi işə qəbul olunub:

"Tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 215 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir".

Çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tabeli tibb müəssisələrində tibbi xidmətin keyfiyyətinin artırılması üçün görüləcək işlər barədə məlumat verib.

A.İsrafilov TƏBİB və ATU arasında baş tutacaq əməkdaşlığı ölkə səhiyyəsinin daha da inkişaf etdirilməsi adına olduqca mühüm və əhəmiyyətli hadisə kimi qiymətləndirib.

Daha sonra çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları istiqamətində görüləcək işləri yüksək qiymətləndirib.

Prorektor bildirib ki, tələbələrin hələ təhsil aldıqları müddətdə işlə təminatı və əmək mühiti ilə tanış olması onların gələcək karyeralarında mühüm rol oynayacaq.

TƏBİB-in tabeli tibb müəssisələrinin rəhbərləri də işin təşkili barədə iştirakçılara geniş məlumat verib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Separatçılar bu dəfə aksiyadakı tələbimizi "oğurladı" like
  • 28 Dek 07:00  
Siyasət Separatçılar bu dəfə aksiyadakı tələbimizi "oğurladı"

Azərbaycanın Xankəndi şəhərində məskunlaşan erməni separatçıları ae

arrow Ətraflı
Bu mahnı Miladın ən çox dinlənilən ifası oldu  VİDEO like
  • 28 Dek 06:22  
Şou-biznes Bu mahnı Miladın ən çox dinlənilən ifası oldu VİDEO

Meraya Kerinin "All I Want For Christmas Is You" (1994) mahnısı gün

arrow Ətraflı
Şakira Pikesiz ilk Yeni ilini səhrada qeyd edir  FOTO like
  • 28 Dek 05:44  
Şou-biznes Şakira Pikesiz ilk Yeni ilini səhrada qeyd edir FOTO

Dünyaca tanınmış məşhur müğənni Şakira Milad bayramını oğlanları M

arrow Ətraflı
Azəri qızı Günel: “O zamanlar "bulka"ya oxşayırdım”  VİDEO  FOTO like
  • 28 Dek 04:22  
Şou-biznes Azəri qızı Günel: “O zamanlar "bulka"ya oxşayırdım” VİDEO FOTO

Son.az bizim media-ya istinadla Günel Zeynallı ilə müsahibəni təqdim edir:

arrow Ətraflı
Məşhur aktyor italyan modellə eşq yaşayır  FOTO like
  • 28 Dek 02:22  
Şou-biznes Məşhur aktyor italyan modellə eşq yaşayır FOTO

Sonuncu dəfə "Baht oyunu" serialında rol alan aktyor Tuan Tunalı y

arrow Ətraflı
Səhər tezdən oyanmağa nifrət edən bürclər  Yatağan dördlük like
  • 28 Dek 01:44  
Digərləri Səhər tezdən oyanmağa nifrət edən bürclər Yatağan dördlük

Bəzi insanlar yuxuya olan həvəsləri ilə ön plana çıxır. Onlar heç vaxt

arrow Ətraflı
İllər sonra və ilk dəfə AzTVyə çıxanlar like
  • 28 Dek 01:22  
Şou-biznes İllər sonra və ilk dəfə AzTVyə çıxanlar

Azərbaycan Televiziyasının builki əsas Yeni il çəkilişi konsepti ilə diq

arrow Ətraflı
Puqaçova agentlikdə ittiham edilir like
  • 28 Dek 00:44  
Şou-biznes Puqaçova agentlikdə ittiham edilir

Rusiyanın Xalq artisti Alla Puqaçova Qərb kəşfiyyat orqanlarına işləmə

arrow Ətraflı
Kıvançın həyat yoldaşının estetiksiz halı  FOTO like
  • 28 Dek 00:22  
Şou-biznes Kıvançın həyat yoldaşının estetiksiz halı FOTO

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun modelyer həyat yoldaşı Başak Dizeri

arrow Ətraflı
Günün qoroskopu: Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin like
  • 28 Dek 00:01  
Digərləri Günün qoroskopu: Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Avropada qaz like
  • 27 Dek 23:59  
Digərləri Avropada qaz

Avropada qazın qiyməti fevralın 21-dən indiyədək 850 ABŞ dollarından aş

arrow Ətraflı
Rusiya 42 ukraynalı əsgərin cəsədini like
  • 27 Dek 23:57  
Siyasət Rusiya 42 ukraynalı əsgərin cəsədini

Bu gün Ukrayna və Rusiya arasında hərbçilərin meyitlərinin növbəti dəf

arrow Ətraflı
Allahın ən yaxşı zikri – təsbihdir like
  • 27 Dek 23:55  
Digərləri Allahın ən yaxşı zikri – təsbihdir

Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsb

arrow Ətraflı