Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılışında iştirak edib FOTO


Digərləri 27 Dek 2022 21:34:00 332 0

Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılışında iştirak edib  FOTO

Dekabrın 27-də Bakıda IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, uşaqlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, onlara sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Xətai rayonu, 8 Noyabr prospektində, Cavanşir və Xaliq Əzizzadə küçələrində 8 hektar ərazidə 3 min 145 nəfər sakinin yaşadığı çoxmərtəbəli 10 binanı əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü 2 mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2 min 650 ədəd müxtəlif cinsli ağac və kollar əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə "yaşıl sədlər" yaradılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Qripə yoluxma riskini 100 dəfə aşağı salan like
  • 27 Dek 21:30  
Digərləri Qripə yoluxma riskini 100 dəfə aşağı salan

Həkim allerqoloq qripə yoluxmamağın sirrini açıqlayıb.

arrow Ətraflı
Alsheymer xəstəliyinin qan analizi kəşf olundu like
  • 27 Dek 21:25  
Digərləri Alsheymer xəstəliyinin qan analizi kəşf olundu

Yaponiyada Alzheimer xəstəliyinin əlamətlərini aşkar edə bilən qan testi

arrow Ətraflı
Vasif Məhərrəmlinin bacısından müğənni haqda şok açıqlama: like
  • 27 Dek 21:24  
Şou-biznes Vasif Məhərrəmlinin bacısından müğənni haqda şok açıqlama:

Müğənni Vasif  Məhərrəmlinin bacısının evdə qovulması xəbəri  gü

arrow Ətraflı
Türkiyədə dördgünlük iş həftəsi sınaqdan like
  • 27 Dek 21:23  
Digərləri Türkiyədə dördgünlük iş həftəsi sınaqdan

Türkiyədə ilk dəfə korparativ şirkət daxilində həftədə 4 günlük iş

arrow Ətraflı
"Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm” like
  • 27 Dek 21:22  
Digərləri "Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm”

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfər�

arrow Ətraflı
Üstünə buz parçası düşən uşağın like
  • 27 Dek 21:21  
Dünya Üstünə buz parçası düşən uşağın

Rusiyada iki yaşlı uşağın damdan üzərinə buz parçası düşməsi nətic

arrow Ətraflı
Qünutda azərbaycan dilində dua etmək olarmı? like
  • 27 Dek 21:20  
Digərləri Qünutda azərbaycan dilində dua etmək olarmı?

Qünut namazda yeganə əməldir ki, onun sözlərini istənilən dildə söylə

arrow Ətraflı
Donuz qripi ilə koronavirus necə fərqlənir? like
  • 27 Dek 21:15  
Digərləri Donuz qripi ilə koronavirus necə fərqlənir?

Donuz qripi və kovid oxşar simptomlarla müşayiət olunsa da, birincisində a

arrow Ətraflı
“Mən Şıxəliyevə hörmət etmirdim, o da mənə...” – Polkovnikdən like
  • 27 Dek 21:11  
Digərləri “Mən Şıxəliyevə hörmət etmirdim, o da mənə...” – Polkovnikdən

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin r�

arrow Ətraflı
Xilaskar like
  • 27 Dek 21:10  
Digərləri Xilaskar

"Mehdi" sözünün ərəb dilindən tərcüməsi "hidayət olunmu

arrow Ətraflı
Rusiya bizi dəhliz verməyə məcbur edir like
  • 27 Dek 21:07  
Siyasət Rusiya bizi dəhliz verməyə məcbur edir

Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, e

arrow Ətraflı
Separatçı komanda bölündü: “Bu iki şəxs Bakı ilə like
  • 27 Dek 21:06  
Siyasət Separatçı komanda bölündü: “Bu iki şəxs Bakı ilə

"Ruben Vardanyan Bakı ilə anlaşmaqda maraqlı olan Vitali Balasanyanı &

arrow Ətraflı
Rusiyanın bütün bölgələrində donuz qripi aşkarlandı – like
  • 27 Dek 21:05  
Digərləri Rusiyanın bütün bölgələrində donuz qripi aşkarlandı –

Qripin N1H1-2009- donuz qripi növü Rusiyanın bütün regionlarında aşkarlan

arrow Ətraflı
Antonio Banderas infarkt keçirdiyini açıqladı like
  • 27 Dek 21:01  
Digərləri Antonio Banderas infarkt keçirdiyini açıqladı

62 yaşlı Antonio Banderas 2018-ci ildə keçirdiyi ürək infarktından danı�

arrow Ətraflı
İranda azərbaycanlı qadına 70 şallaq cəzası verildi like
  • 27 Dek 21:00  
Digərləri İranda azərbaycanlı qadına 70 şallaq cəzası verildi

İranda molla rejiminə qarşı etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edi

arrow Ətraflı