Yeznə qayınını bıçaqlayıb


Kriminal 05 Dek 2022 07:07:00 117 0

Yeznə qayınını bıçaqlayıb

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Seymur Muradov yeznəsi Hikmət Əfəndiyev tərəfindən bıçaqlanıb.

O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.